Azərbaycanda övladlığagötürmə ilə bağlı müraciətlər DOST Mərkəzində də qəbul ediləcək

Prezident İlham Əliyev Şamaxı rayonunda Meysəri kənd tam orta məktəbinin yeni binasının açılışında iştirak edib
Eşitmə və ya nitq pozuntusu olan şəxslər üçün işarət dili ünsiyyət dili kimi rəsmi şəkildə tanınacaq
Anjey Kaspşik Dağlıq Qarabağa gəlib

“Azərbaycanda övladlığagötürmə ilə bağlı müraciətlər həm DOST Mərkəzində, həm də elektron portal üzərindən qəbul ediləcək”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Onun sözlərinə görə, övladlığagötürmə ilə bağlı aktiv işlər aparılır: “Məsələ ilə bağlı qanunvericiliyə edilən dəyişikliklər Milli Məclisə təqdim olunub. Yaxın günlərdə dəyişikliklərin plenar iclaslarda qəbul edilməsi gözlənilir”.

S.Babayev bildirib ki, noyabrın 1-dən etibarən övladlığagötürmə sahəsində fəaliyyətin istiqamətləndirilməsi, müraciətlərin qəbul edilməsi və müvafiq bazanın formalaşdırılması üçün elektron alt-sistem istifadəyə veriləcək.

Nazir vurğulayıb ki, hazırlıq işləri bitdikdən sonra övladlığagötürmə ilə bağlı müraciətlər həm DOST Mərkəzində, həm də elektron portal üzərindən qəbul ediləcək: “Əsas şərt övladlığa verilən uşağın psixoloji ehtiyaclarından irəli gələrək düzgün ailə seçilməlidir. Ailənin sosial, mədəni, maddi olaraq bu övladı yetişdirmək, onu böyütmək qabiliyyətinin olmasını düzgün qiymətləndirmək lazımdır”.

Övladlığaverilmə prosesinin də dəyişdiyinə diqqət çəkən S.Babayev qeyd edib ki, qısa müddətdə qiymətləndirmə aparılmayacaq və 6 aya qədər prosedur dövrü olacaq: “Sonrakı proses ailə ilə uşağın tanışlığı, onların neytral ərazidə görüşlərinin təşkil olunması, ekspertlərin əsasında onların ünsiyyətinə nəzarət edilməsi, qısa müddətdə və sonradan daimi şəkildə ailəyə verilməsindən ibarətdir”. 

Report.az