“Azərbaycanda referendum zamanı səsvermə prosesi şəffaf olub, yaxşı təşkil edilib və dinc mühitdə keçib”

“İctimai nəzarət Komitəsi haqqında” qanun layihəsinin müzakirəsinə start verilir
Klod Monike: Biz Azərbaycana böyük maraq göstəririk
AVCİYA Zaqatalada bələdiyyə seçkiləri ilə əlaqədar tədbir keçirdi

“Azərbaycan Konstitusiyasına əlavə və dəyişiklik edilməsi ilə əlaqədar keçirilən referendum Azərbaycan xalqının sabitlik və demokratikləşmə elementlərinin genişləndirilməsinə hazır olduğunu göstərir.
Buna baxmayaraq, hakimiyyətin daha yaxşı tarazlaşdırılması gələcəkdə də islahatların aparılmasını tələb edəcək”. APA-nın xəbərinə görə, bu sözlər Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Azərbaycanda keçirilən referendumla bağlı Müşahidə Missiyasının bu gün yaydığı bəyanatdandır.
Bəyanatda AŞ Venesiya Komissiyasının rəyinin dəyişikliklərin səsverməyə təqdim edilməsindən əvvəl nəzərə alınmasının daha yaxşı ola biləcəyi barədə də fikir ifadə olunur: “AŞ PA nümayəndə heyətinin fikrinə görə, mediada daha geniş müzakirələrin keçirilməsi referendumun məqsədlərinə daha yaxşı xidmət etmiş olardı. Bəzi dəyişikliklərin şübhəsiz olaraq Konstitusiyanın əhəmiyyəti dərəcədə təkmilləşməsinə səbəb olacağı barədə Venesiya Komissiyasının fikrinə qatılır və Azərbaycan hakimiyyətini onları tam şəkildə yerinə yetirməyə dəvət edirik”.
AŞ PA missiyasının rəhbəri Poll Ville deyib ki, referendumun mürəkkəbliyinə baxmayaraq, səsvermə prosesi şəffaf olub, yaxşı təşkil edilib və dinc mühitdə keçirilib.
Müşahidə Missiyası seçki prosesindəki təkmilləşmələri gələcəkdə daha da genişləndirməyə və davam etdirməyə çağırıb. /APA/