Azərbaycanın ənənəvi incəsənəti Moskvada təqdim olunacaq

Ermənilərin insanlığa və bəşəriyyətə qarşı törədilmiş cinayət əməllərini təsdiq edən kitab
Bakıda Həştərxan Biznes Mərkəzinin təməli qoyulub
Azərbaycan və Tacikistan prezidentlərinin geniş tərkibdə görüşü

Aprelin 11-də Moskvada Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyində Azərbaycan Xalça Muzeyinin iştirakı ilə “Məkanın harmoniyası. Azərbaycanın ənənəvi incəsənəti” adlı sərgi açılacaq.

Xalça Muzeyindən AZƏRTAC-a bildirilib ki, sərgidə Azərbaycan Xalça Muzeyi və Şərq Xalqları İncəsənəti Muzeyinin kolleksiyasından 100-dən artıq dekorativ-tətbiqi sənət nümunəsi nümayiş olunacaq.

Ekspozisiyada, həmçinin xalça və tikmələr, geyim , mis qablar, zərgərlik əşyaları təqdim ediləcək. Sərginin qonaqları muzeyin zəngin kolleksiyasından toy mərasimi ilə bağlı əşyalar, kəlağayının hazırlanmasında istifadə edilən atribut və alətlər, dini inanclarla bağlı namazlıq xalçalardan tutmuş ənənəvi əşyalarla da tanış ola biləcəklər.

Dövlət Şərq Xalqları İncəsənət Muzeyinin kolleksiyasından isə xüsusi zərgərlik əşyaları, incə ornamentlə bəzədilmiş mis səhənglər, camlar və məcməyilər nümayiş olunacaq. Sərginin ən əhəmiyyətli eksponatı XIX əsrə aid Qarabağın “Bəhmənli” xalçasıdır.

Qeyd edək ki, mayın 12-dək ziyarətçilər üçün açıq qalacaq sərgi Rusiyanın və Azərbaycanın Mədəniyyət nazirlikləri, eləcə də Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyi və Azərbaycan Xalça Muzeyinin birgə təşkilatçılığı ilə reallaşacaq.