Bakıda “Ermənilər Cənubi Qafqazda” kitabının təqdimatı olub

Şamaxıda üçüncü Sabir bulağı açılıb
“Tarixi Azərbaycan dövlətləri” kitabı ingilis dilində yenidən nəşr olunub
Ermənilərin ən çox oxuduğu Azərbaycan saytları hansıdır?

Bu gün 1905.az saytının təşkilatçılığı ilə Heydər Əliyev İrsinin Araşdırılması Mərkəzində “Ermənilər Cənubi Qafqazda” adlı kitabın təqdimatı olub.

APA-nın məlumatına görə, kitabın müəllifi Aqil Şahmuradov bildirib ki, beynəlxalq ictimaiyyətin diqqətini çəkmək üçün kitab 3 dilə tərcümə olunub.

Onun sözlərinə görə, kitabda ermənilərin ifşası əsas xətt kimi götürülüb: “Hazırda ermənilər həm elm, həm siyasət, həm də mədəniyyət sahəsində çox fəaldırlar və onların yalanlarına operativ şəkildə cavab verilməlidir. Bizim əsas məqsədimiz ermənilərin saxtakarlığını üzə çıxarmaqdır. Təbliğat və həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması olduqca vacibdir. Bu baxımdan kitabda kifayət qədər məlumatlar yer alıb”.

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasını (AVCİYA) prezidenti, millət vəkili Elxan Süleymanovisə çıxışında qeyd edib ki, ermənilər 23-ildən artıqdır  Azərbaycan torpaqlarını işğal edib və Azərbaycan bu torpaqların qaytarılması üçün çalışır. O, ermənilərin ifşası baxımından kitabın əhəmiyyətini xüsusi qeyd edib.

E. Süleymanov Azərbaycanın xarici ölkələrdəki səfirliklərini Qarabağ probleminin həllində fəal olmağa çağırıb.