Berlində Xocalı soyqırımı anılıb

Bərdədə törədilən terror aktları nəticəsində həlak olan mülki şəxslərin xatirəsi Latviyada da anılıb
Yaqland azərbaycanlı qaçqınların probleminin həllində Avropa Şurasının fəaliyyətsizliyini etiraf edib
Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri və Azərbaycan torpaqlarının işğalın nəticələri

Azərbaycan millət vəkilləri Berlində Xocalı soyqırımı ilə bağlı keçirilmiş anım mərasimində iştirak ediblər.

Millət vəkili Qənirə Paşayevanın APA-ya verdiyi məlumata görə, tədbir “Almaniya Azərbaycanlılarının Koordinasiya Mərkəzi”, “Atatürk Düşüncə Dərnəyi Berlin – Branderburq mərkəzi” və “Almaniya Türk –Azəri Birliyi”nin birgə təşkilatçılığı ilə baş tutub.

Tədbirdə Azərbaycanın Almaniyadaki səfiri Pərviz Şahverdiyev, Türkiyənin Berlin baş konsulu Ehmed Basar Sen, Kuzey Kıbrıs Cumhuriyyətinin təmsilçisi Kamal Gokeli, Almaniya Azərbaycanlılarının Koordinasiya Mərkəzinin rəhbəri Samirə İsmayılova, professor Hakki Kəskin, millət vəkilləri Qənirə Pasayeva və Rövşən Rzayev, Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCIYA) eksperti, tarixçi Məhərrəm Zülfüqarlı çıxış ediblər.

Çıxışçılar Xocalı soyqrımından, Azərbaycan torpağnın işğal faktından, beynəlxalq təşkilatların məsələyə ikili standartlarla yanaşmasından söz açıblar.

Tədbirdə Xocalı faciəsinə həsr edilmiş film də nümayiş olunub.

Qeyd edək ki, Almaniyanın Frankfurt və Maqdenburq, Hamburq şəhərlərində də Xocalı soyqırımı ilə bağlı anım tədbirləri keçirilir.