Beynəlxalq Türk Akademiyası Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə dair kitabın təqdimatını keçirəcək

XİN: Şuşanın işğalı Ermənistanın Azərbaycana qarşı sistematik işğalçılıq siyasətinin tərkib hissəsidir
Bakıda Azərbaycan, Gürcüstan, İran və Türkiyə xarici işlər nazirlərinin birinci dördtərəfli görüşü keçirilib
Qazaxıstanlı turist: Azərbaycanlılar çox qonaqpərvərdirlər

Beynəlxalq Türk Akademiyası (TWESCO) Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı kitab çap etdirib. Akademiyanın prezidenti Darxan Kıdıralı yaxın zamanlarda kitabın təqdimatının keçiriləcəyini bildirib. O, həmçinin Akademiya tərəfindən Hüseyn Cavidin, Çingiz Aytmatovun, Mağcan Cumabayevin kitablarının tərcümə edildiyini söyləyib.

Darxan Kıdıralı bu il Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması ilə bağlı Naxçıvan Sazişinin 10 illiyinə dair bir çox tədbirlərin keçirilməsinin planlaşdırıldığını da bildirib. O, həmçinin qeyd edib ki, Mustafa Kamal Atatürkün Samsuna gəlişinin 100 illiyinə həsr olunan tədbirlər də keçiriləcək.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan