Birinci vitse-prezident Mehriban Əliyeva: 20 yanvar 1990-cı il Azərbaycanın tarixinə ən faciəli günlərdən biri kimi daxil olub

Avropa İttifaqı: Dağlıq Qarabağ münaqişəsi diqqətimizdədir
AVCİYA-nın eksperti professor Asif Hacılının kitabı İranda fars dilində nəşr edilib
Polad Bülbüloğlu: “Böyük Vətən Müharibəsindəki qələbə ümumi qələbədir”

Birinci vitse-prezident Mehriban Əliyeva rəsmi İnstaqram səhifəsində 20 Yanvar faciəsinin 30-cu ildönümü ilə bağlı paylaşım edib.

AZƏRTAC xəbər verir ki, paylaşımda deyilir: “20 yanvar 1990-cı il Azərbaycanın tarixinə ən faciəli günlərdən biri kimi daxil olub. 30 il bundan əvvəl xalqımızın qəhrəman oğul və qızları azadlıq və Vətənimizin istiqlaliyyəti uğrunda canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar. Ümumxalq Hüzn Günündə 20 Yanvar faciəsinin günahsız qurbanlarının əziz xatirəsini ehtiramla yad edir, bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm”.

AZƏRTAC