Biz, jurnalistlərin həbsə alınmasının, həbsdə yatmasının tərəfdarı deyilik”

Azərbaycan siyasətçilərinin ATƏT Xarici İşlər Nazirləri Şurasının Helsinki toplantısı ilə bağlı rəyləri
Azərbaycan və Estoniyanın enerji təhlükəsizliyi məsələlərinə baxışları oxşardır
ABŞ RF-nin Azərbaycandakı RLS-dən birgə istifadə etmək təklifi ilə razılaşmayacaq

“Azərbaycan Respublikası Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovun Strasburqda “Cənubi Qafqazda media layihələrinin dəyərləndirilməsi”nə həsr olunmuş iclas çərçivəsndə Trend News-a eksklüziv müsahibəsi
“Cənubi Qafqazda media layihələrinin dəyərləndirilməsi”nə həsr olunmuş iclasın əhəmiyyəti və zəruriliyini necə qiymətləndirirsiniz?
Hər üç Cənubi Qafqaz ölkəsi Avropa Şurasına (AŞ) üzv qəbul olunarkən onların qarşısında media sahəsində bəzi öhdəliklər qoyulmuşdu. Bu iclas ö vaxtdan bu günədək olan müddətdə o, öhdəliklərin yerinə yetirilməsi vəziyyətinə və KİV sahəsində sözügedən ölkələrin bu müddətdə inkişafı ilə bağlı məsələlərə həsr olunub. Eyni zamanda, bu tədbirdə bundan sonrakı üç il ərzində AŞ-nin hər uç Cənubi Qafqaz ölkəsində Strategiyası müəyyən olunacaqdır (tədbirlər və fəaliyyət strategiyası, hansı məsələlərə diqqət ayırmaq lazımdır və s). Buna görə bu tədbirdə hər üç Respublika üzrə müstəqil şəxslər tərəfindən aparılan məruzələr dinlənildi. Azərbaycandan bununla bağlı Mətbuat Şurasının sədri çıxış etdi. Bundan sonra müzakirələr oldu. Azərbaycanla bağlı dəyərləndirmədə məndə Azərbycanda media sahəsində görülmüş işlər, mövcud vəziyyət və problemlər haqqında çıxış etdim. Eyni zamanda gələcək fəaliyyət haqqında, yəni sonrakı üç illik planlaşdırma ilə bağlı təkliflərimi verdim. Təkliflər ondan ibarət oldu ki, biz medianın növbəti inkişaf mərhələsində əsas diqqəti jurnalistlərin peşəkarlığının artırılmasına, müstəqil medianın dairəsinin genişlənməsi və onun fəaliyyətinin təkmilləşməsinə yönəltməliyik. Bu əsasda cəmiyyətdə insanlarla jurnalistlər arasında münasibətlərin normallaşmasını, jurnalistlərin insanların qanunla qorunan hüquqlarına hörmətlə yanaşmasını, insanların isə jurnalist yazılarına diqqət və qayğı ilə yanaşmasını şərtləndirən tədbirlər görməliyik. Eyni zamanda, dövlət olaraq, informasiya sahibi olan dövlət və onun media ilə işləyən qurumları peşəkar olmalıdır, medianın informasiya əldə etmək hüququnu dəyərləndirməlidir və onların sual və sorğularına vaxtında və peşəkarcasına cavab verməlidir. Bütovlükdə, hesab edirəm ki, bu tədbir əhəmiyyətlidir. AŞ Avropa ölkələrində, üzv dövlətlərdə media sahəsində fəaliyyətin standartlaşdırılması, universallaşdırılması ilə məşğuldur. Bu baxımdan, hər üç Cənubi Qafqaz ölkəsində medianın vəziyyətinə həsr olunmuş bu tədbir əhəmiyyətlidir.
“Diffamasiya haqqında” qanunun qəbulunun vacibliyi ile bağlı müxtəlif fikirlər səslənir. Bu qanunun mövcud vəziyyətdə qəbulunu məqsəduyğun sayirsinizmi? Qanunun qəbulu reketciliyin artmasına səbəb olmayacaq ki?
Bu günkü çıxışımda da qeyd etdim və Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə bəyan edib ki, biz, jurnalistlərin həbsə alınmasının, peşə fəaliyətinə görə kiminləsə məhkəməyə düşməsinin və bunun nəticəsində həbsdə yatmasının tərəfdarı deyilik. Biz jurnalistlərin peşə fəaliyyətini sərbəst və azad şəkildə həyata keçirməsinin, onların sərbəst informasiya toplaması və yaymalarının tərəfdarıyıq.. Dövlət olaraq, bu sahədəki fəaliyyətimizi buna yönəldirik. Təəssüflər olsun ki, Azərbaycan jurnalistlərinin bu günkü peşəkarlıq səviyyəsi çərçivəsində bu qanunu qəbul etmək hələ ki, bizim üçün qeyri-mümkün görünür. Səbəb odur ki, qeyri-professional insanla ictimai özünü idarəetmə, ictimai davranış qaydalarına riayət etmə və insanlar qarşısındakı məsuliyyəti hiss etmə uyğun gəlmir. Biz “Diffamasiya hqqında” qanunun əleyhinə deyilik. Bunun qəbul olunmasının tərəfdarıyıq, amma bunun üçün biz işləməliyik və eyni “Diffamasiya haqqında” qanunu bizdən daha çox müstəqil dövlətçilik, azad media təcrübəsi olan ölkələr qəbul etməlidir. Onlarda bu iş sınaqdan keçməlidir və ondan sonra biz onlara baxıb müvafiq təcrübələri nəzərə almaqla, keçməliyik. İndi AŞ doğru yolda deyil. Bu tipli qanunları, təcrübələri kiçik və təcrübəsi az olan ölkələrdə tətbiq etmək istəyir(Moldova, Azərbaycan, Albaniya, Makedoniya, Gürcüstanda). Niyə “Diffamasiya haqqında” qanunu birinci olaraq, Almaniya, Fransa, İngiltərə, Belçika və Hollandiya qəbul etməsin, kiçik dövlətlər qəbul etsin? Ona görə bu cür eksperimentləri daha təcrübəli ölkələrdə, insanlarda həyata keçirmək lazımdır. Bu tipli qanunları böyük dövlətlərdə tətbiq etmək lazımdır. O zaman biz bunu qəbul və tətbiq edəcəyik.
AŞ ilə Azərbaycan hökuməti arasında bu məsələ yanaşmada fikir ayrılığı nə dərəcədə dərindur?
AŞ bu sahədə bizi anlayır, eyni zamanda onların öz məqsədləri, siyasətləri var. Onları da başa düşürəm. Əlbəttə, onların məqsədi bütövlükdə üçüncü və kiçik dövlətlərdə onlara lazım olan jurnalist fəaliyyətini əldə etməkdir. Amma bizi azad jurnalist fəaliyyəti ilə bağlı həm də dövlətimizin, millətimizin taleyi, onun mentaletiti, onun dəyərləri düşündürür. Buna görə, bəzi məsələlərdə AŞ ilə fikir ayrılığı mövcuddur. Onlar bizi anlayır və biz də onları anlayırıq.
Mətbuatın peşəkarlığını və şəffaflığını artırmaq üçün nə kimi islahatlara ehtiyac görürsünüz?
İlk növbədə, jurnalist təhsili sahəsindəki vəziyyət bir az da Avropa standartlarına, dünya təhsil sisteminin, Bolonya sisteminin qayda və qanunlarına uyğunlaşdırılmalıdır. Təəssüflər olsun ki, son zamanlar mediayaya qeyri-peşəkarlar çox daxil olubdur və hal-hazırda Azəbaycan mediasındakı jurnalistlərin böyük qismi jurnalist təhsili olmayan, jurnalistika ilə əlaqələri zəif olan insanlardır. Ona görə, jurnalist cəmiyyətdə fəaliyyət göstərərkən əlbəttə, başqa insanların hüquqları və yaxud o, sahə ilə bağlı professional fəaliyyətdən daha çox sensasiya axtarışına gedir. Bu isə problemlərin ortaya çıxmasına səbəb olur. Sonrakı dövrdə jurnalist peşəkarlığının artırılması sahəsində ilkin tədbirlər təhsil və təlimlərə verilməlidir. Bu təlimlər müxtəlif qurumlar- Mətbuar Şurası, jurnalist təşkilatları, eləcə də mətbuat xidmətləri fəaliyyəti ilə bağlı dövlət tərəfindən aparılmalıdır, yəni jurnalistlər o vəziyyətə gətirib çıxarmalıdır ki, onlar cəmiyyətin informasiya tələbatın ödəmək gücündə olsun və eyni zamanda, cəmiyyətdə qanunlar çərçivəsində işləməyi öyrənsin.
Şəffaflıq məsələsi də önəmli məsələdir. Əlbəttə, dövlət qurumlarının fəaliyyətinin şəffaflaşdırılması bu gün Azərbaycan dövlətinin həyata keçirdiyi siyasətin əsas prioritetlərindən biridir. Avropa İttifaqının Qonşuluq Siyasəti çərçivəsində də biz dövlət idarəçiliyinin şəffaflaşdırılmasını prioritet vəzifələrdən biri kimi qoymuşuq, yəni dövlət idarəçiliyinin şəffaflaşdırılması o deməkdir ki, jurnalistlərin və medianın diqqətindən, eləcə də onların vasitəsilə ictimaiyyətin diqqətindən kənarda dövlət idarəçiliyndən heç nə qalmamalıdır. Hər bir fəaliyət şəffaf olmalıdır. Hər bir fəaliyyət insanları maraqlandırırsa, o, elan olunmalıdır və cəmiyyət bütövlükdə dövlətin gördüyü işlərlə tanış olmalıdır. Bu yöndə biz əlbəttə, strukturlarımızı, media ilə işləyən qurumlarımızı müvafiq standartlara gətirməliyik.
Milli Mətbuat günündə jurnalistlərin əfvi məsələsi gündəliyə gələ bilərmi?
Azərbaycanda jurnalist fəaliyyətinə görə həbs olunmuş jurnalistlərin əksəriyyətini Azərbaycan Prezidenti cənab İlham Əliyev əfv edib. Hazırda həbsdə olan jurnalistlər qeyri-jurnalist fəaliyyətinə görə həbsə alınmış insanlardır. Əlbəttə, arzu edirəm ki, onlarda həbsdə qalmasın. Düşünürəm ki, onlar artıq islah olunubdur. Onlar müəyyən məsələlərdə belə deyək, səhvlərini başa düşüblər, amma bu məsələ Əfv Komissiyasından, onun sədri olan cənab Prezidentdən asılıdır. Ona görə mən bu məsələ ilə bağlı konkret bir şey deyə bilmərəm.
Venesiya Komissiyasi Seçki Məcəlləsinə yenidən əlavə və dəyişikliklərin tərəfdarıdır və bununla bağlı bir neçə dəfə Azərbaycan hökumətinə jest göndəriblər. Xüsusən də seçki komissiyalarının paritet əsasda formalaşdırılmasının tərəfdarı kimi çıxış edirlər. Bununla bağlı Sizin də mövqeyinizi öyrənmək istərdik?
Seçki komissiyalarının paritet əsasda formalaşdırılması qeyri-mümkündür.Hazırkı Azərbaycan şəraitində ən azından qeyri-mümkündür, çünki Azərbaycanda siyasi təşkilatlar, siyasi partiyalar qanunun tələblərini, prinsipial razılaşmaları öz siyasi ambisiyaları, siyasi maraqları çərçvəsində daima pozurlar və açıq bəyan edirlər ki, belə də olmalıdır. Ona görə indiki şəraitdə o, qeyri-realdır. Venesiya Komissiyasını başa düşürəm. VK üzv ölkələrdə bu fəaliyyətlə məşğul olmalıdır və bunu Azərbaycanda da məşğul olurlar, amma Azərbaycan reallığı bizim üçün əsas şərtdir. Azərbaycanın milli və ictimai maraqları, sabitlik və digər məsələlər, seçki institutlarının dinamik faaliyyəti bizim üçün əsas məsələdir. Eyni zamanda, AŞ standartları çərçivəsində.
Azərbaycanda müxalifətin zəifliyinin fəlsəfəsində duran əsas məqamlar hansılardır?
Azərbaycanda müxalifət ilk növbədə, yeni şəraitdə işləməyi öyrənməlidir. Ənənəvi, start məqamda başladıqları prinsipləri, metodları indiki Azərbacanda keçərli deyil. Təəssüflər olsun ki, Azərbaycan müxalifəti hələ də düşünür ki, müstəqilliyin ilk günlərində onlar Azərbaycan qarşısında Kommunist partiyasının buraxılmasında, rejimin dağıdılmasında xidmətləri var və bu xidmətə görə hələ də xalqı, milləti özlərinə borclu hesab edirlər. Elə bilirlər ki, onların o vaxt göstərdikləri və effektivliyi çoxlarında şübhə doğuran fəaliyyətlərə görə onlara səsverməlidirlər. Azərbaycan xalqı indi başqa xalqdır, tamam praqmatik düşüncəyə malikdir. Onun marağını ifadə etməsən, hakimiyyətə gələcəyin təqdirdə, xalqa verəcəyin xeyri, respublikanın inkişafına, milli vəziyyətin yaxşılaşdırılmasına göstərəcəyin xidməti sübut etməsən, buna insanları inandrmasan, bu Azərbaycanda siyasətlə məşğul olub nəticə əldə etmək qeyri-mümkündür. Buna görə, onlar bu şəraitdə işləməyi, dəyərləndirmələri öyrənməlidirlər və insanların etimadının, rəğbətinin qazanmağın yollarını və vasitələrini yenidən düşünməlidirlər.
Bu məsələdə AŞ ilə Azərbaycan hökumətinin mövqeyinəd əsas ziddiyyətlər hansılardır?
Bu məsələdə AŞ-nin bizim kimi düşünməsi iddiasında deyilik və əksinə. Digər tərəfdən, onların öz tələbləri və bizim də öz məqsədimiz var. AŞ-yə daxil olmaq, onun tərkibində olmaq Azərbaycan üçün əsas məqsəd deyil. Azərbaycan dövlətinin, millətinin yaşadılması, inkişaf etdirilməsi, dünya sivilizasiya axınına qoşulması üçün vasitədir. Biz bu vasitədən millətimizin, dövlətimizin xeyrinə istifadə etmək istəyirik, AŞ-də bu vasitədən üzv olan Azərbaycandan öz maraqları və məqsədləri üçün istifadə etmək istəyir. Həm onların, həm də bizim planlar anlaşılandır./Trend/