Bu gün Quba Soyqırımı Memorial Kompleksi onlayn ziyarət olunacaq

Prezident İlham Əliyevin AMEA-nın 80 illik yubiley yığıncağındakı çıxışı milli özünüdərk baxımından ciddi çağırışdır
İlham Əliyev “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin Baş direktoru Dmitri Kiselyova müsahibə verib
Bu sadəcə strateji əməkdaşlığın nəticəsi deyil, həm də qardaşlığımızın nişanəsidir

Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən Azərbaycanda xüsusi karantin rejiminin elan olunması ilə əlaqədar  Quba Soyqırımı Memorial Kompleksi ziyarətçi qəbul etməyəcək. 

Bu barədə “Report”un Şimal bürosuna Quba Soyqırımı Memorial Kompleksinin rəhbəri, tarix üzrə fəlsəfə doktoru Rəxşəndə Bayramovaməlumat verib. 

O bildirib ki, 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar kompleksə onlayn ziyarət təşkil olunacaq: “İnsanların sıx toplaşması qadağan edildiyindən, kompleksə feysbuk səhifəsi üzərindən səyahət etmək mümkündür. Səhifədə kompleks barəsində ətraflı məlumatlar da var”.

Qeyd edək ki, Quba soyqırımı məzarlığı 2007-ci il aprelin 1-də ərazidə torpaq işləri görülərkən aşkarlanıb. Bundan sonra Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşları tərəfindən kütləvi məzarlıqda geniş tədqiqat işləri aparılıb. Tədqiqatlar nəticəsində məzarlığın 1918-ci ildə ermənilərin yerli dinc əhaliyə qarşı törətdikləri soyqırımı ilə bağlı olduğu müəyyən edilib.

report.az