ÇİRİNQOV Ramazan Heybullah oğlu

İSMAYILOV İnqilab Ələkbər oğlu
ABDULLAYEV Namiq Vahid oğlu
RÜSTƏMOV Hidayət Eldar oğlu

(15.2.1969, Balakən r-nunun Meşəşambul k. – 3.9.1995, Balakən r.) – Azərbaycanın Milli Qəhrəmanı (26.12.1995, ölümündən sonra).

O vaxtlar Qarabağda erməni separatçıları günbəgün quduzlaşırdılar. O, bir polis əməkdaşı kimi dəfələrlə Qarabağa ezam olunur, torpaqlarımızın müdafiəsi uğrunda aparılan əməliyyatlarda yaxından iştirak edirdi.
1995-ci il… Balakən rayonunda cinayətkar dəstənin tutulub zərərsizləşdirilməsində o, əsil rəşadət göstərir. Dövlət sərhəddini keçməyə cəhd edən qaçaqmalçıların vaxtında qarşısını alan polis starşinası 3 sentyabr 1995-ci ildə öz xidməti vəzifəsini yerinə yetirərkən qəhrəmanlıqla həlak olur.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 1995-ci il tarixli 424 saylı fərmanı ilə Çirinqov Ramazan Heybullah oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Meşəşambul kəndində dəfn edilmişdir.
Balakən şəhərindəki küçələrdən biri onun adını daşıyır.
Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr). Bakı, 2010, səh. 60