“ELS” bələdiyyələrin fəaliyyətini təhlil edəcək

“Qaçqınkom” sədri Ağdama köçmək istəyən məcburi köçkünlərə müraciət edib
Parlament seçkilərinə hazırlaşan, həm də hazırlaşmayan KİV-lər də var
Şamaxıda üçüncü Sabir bulağı açılıb

«ELS» Müstəqil Araşdırmalar Mərkəzi 2009-cu ilin mart ayının 02 tarixində saat 12:00-13:00-da «Caspian Plaza» otelinin (ünvan: C.Cabbarlı, 44) konfrans zalında bələdiyyələrin işinin təkmilləşdirilməsinə həsr olunmuş «Azərbaycan bələdiyyə sistemi: reallıqlar və problemlər müstəvisində» mövzusunda Dəyirmi Masa keçirəcək.
Tədbirdə Prezidentin İcra Aparatı, Milli Məclis, Ədliyyə Nazirliyi, İcra Hakimiyyti, bələdiyyələrin səlahiyyətli şəxslərinin, yerli QHT, beynəlxalq təşkilatların, o cümlədən KİV təmsilçilərinin iştirakı nəzərdə tutulub. Tədbirin keçirilməsində məqsəd bələdiyyələrin mövcud vəziyyəti, problemləri, onları yaradan səbəblər və habelə vəziyyətdən çıxış yoları müzakirə etməkdir. Masada Mərkəzin bu məsələ ilə bağlı keçirdiyi monitorinqin nəticələri təqdim ediləcək, problemin həlli istiqamətində təkliflər paketi veriləcəkdir. Dəyirmi Masanın proqramı:

1. Azərbaycan bələdiyyəsinin real vəziyyəti və iqtisadi inkişaf problemləri
(Vüqar Tofiqli, ekspert);

2. Bələdiyyələr – səlahiyyətlər, vəzifələr, nailiyyətlər (monitorinq nəticələri)
(İradə Yaqubova)

3. Mövzu ətrafında çıxışlar
Qeyd edək ki, «ELS» Müstəqil Araşdırmalar Mərkəzinin fəaliyyətinin məqsədi elmi, sosisoloji və digər tədqiqatlar keçirməklə Azərbaycanda vətəndaş cəmiyyətinin qarşılaşdığı problemlərin aradan qaldırılmasına kömək göstərmək və bununla da ölkəmizin müsbət inkişaf nailiyyətləri haqqında dünya ictimaiyyətini məlumatlandırmaqdır. Bu sırada Mərkəz əməkdaşları tərəfindən bugünədək ölkədə keçirilən seçkilərdə “exit-poll” və “quick count” tədqiqatlarını aparmasını misal çəkmək olar.

«ELS» Müstəqil Araşdırmalar Mərkəzi