“ELS” seçkilərlə bağlı keçirdiyi rəy sorğusunun nəticələrini açıqlayıb

Elxan Süleymanov: “BMT-nin, ATƏT-in və digər təşkilatların qəbul etdiyi qətnamələr heç bir işə yaramır”
“Bayraq Günü”nə həsr edilən tədbir keçirilib
Polşanın ilk təyyarəçi-kosmonavtı Bakıda səfərdədir

“ELS-Müstəqil Araşdırmalar Mərkəzi” İctimai Birliyi prezident seçkiləri ilə bağlı cari ilin fevral-mart aylarında ölkənin 68 rayonunda (Naxçıvan MR-nın ərazisi və işğal olunmuş rayonlar istisna olunmaqla) 1580 respondentin rəy sorğusunu keçirib. Secki-2018.az saytı xəbər verir ki, sorğu zamanı respondentlərə “növbəti Prezident seçkiləri indi, məsələn, gələn həftə keçirilərsə kimə səs verərdiniz” sualı ünvanlanıb.

Respondentlərin 84,1 faizi seçkilərdə birmənalı olaraq İlham Əliyevə səs verəcəklərini bildiriblər. Rəyi soruşulanların 0,2 faizi başqa namizədlərə səs vermək niyyətindədirlər. Rəyi soruşulanların 9,2 faizi hələ seçim etmədiklərini bildiriblər.

Respondentlərin evlərində şəxsi müsahibə üsulu ilə keçirilən rəy sorğusu 18 və yuxarı yaş əhalini əhatə edib. Sorğu xüsusi hazırlıq kursunu keçmiş intervüerlər qrupu tərəfindən aparılıb. Yaşayış məntəqələrinin seçimi çoxpilləli stratifikasiya edilmiş təsadüfi ərazi seçimi üsulu ilə aparılmış və rayonların bərabər əhatə olunması təmin edilib. Sorğunun əhatə etdiyi yaşayış məntəqələrinin 50,4 faizini şəhər, 6,2 faizini qəsəbələr, 43,4 faizini isə kəndlər təşkil edib. Respondentlərin cins və yaş üzrə seçimi ölkə üzrə mövcud statistik məlumat bazasına uyğun aparılıb. Sorğuda iştirak edən respondentlərin 49,4 faizini kişilər, 50,6 faizini isə qadınlar təşkil edib. Yaş kateqoriyalarına görə respondentlərin 28,7 faizi 18-29 yaş, 22,3 faizi 30-39 yaş, 18,8 faizi 40-49 yaş, 16,8 faizi 50-59 yaş, 13,4 faizi isə 60 və ondan yuxarı yaş kateqoriyalarına aid olublar.

Seçkilərdə iştirak edəcəklərinə dair suala cavab verən rəyi soruşulanların 66,5 faizi seçkilərdə həmişə iştirak etdiklərini qeyd edərək səs verəcəklərini bildiriblər. Respondentlərin 26,1 faizi ola bilər ki, iştirak edəcəklərini, 6,8 faizi heç vaxt seçkilərdə iştirak etmədiklərini deyiblər. Cavabdan imtina edənlərin sayı 0,6 faiz təşkil edib.