Gəncədə və Qırmızı Körpü ərazisində logistik mərkəzlər qurulacaq

Kəlbəcər istiqamətində yolu azan hərbi qulluqçumuzun axtarışı davam edir
Dövlət qurumlarının rəhbər şəxslərindən ibarət nümayəndə heyətinin işğaldan azad olunmuş ərazilərə səfəri başlayıb
Azərbaycan vətəndaşları əmin ola bilərlər ki, ən ağır məqamlarda dövlət onların yanındadır

Gəncə şəhərində və Gürcüstanla sərhəddə yerləşən Qırmızı Körpü ərazisində logistik mərkəzlərin qurulması planlaşdırılır.

“Report” xəbər verir ki, bu barədə Bakıda keçirilən “Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu” mövzusunda konfransda Tranzit Yükdaşımalar üzrə Koordinasiya Şurasının katibi Rüfət Bayramov məlumat verib.

“Hər bölgədə logistika mərkəzləri qurulacaq. Artıq Ələtdə belə mərkəz – azad ticarət zonası qurulub”, – deyə o qeyd edib.

Bundan başqa, R.Bayramovun sözlərinə görə, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri artıq sinxronlaşdırılıb və intensiv fəaliyyət göstərir.