“GÖYÇAY ENSİKLOPEDİYASI” HAZIRLANIR

Prezident İlham Əliyevin imzaladığı sərəncamla Azərbaycanla bir neçə ölkə arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın tərkibi dəyişib
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib
Dövlət Vergi Xidməti: Aksiz dərəcələrinin mərhələli şəkildə artırılması nəzərdə tutulur

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə “Göyçay ensiklopediyası” üzərində iş başlanıb.

Yeni ensiklopediya Göyçayın təbiətindən, tarixindən, ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatından bəhs edəcək. Burada Azərbaycanın bu qədim diyarına həsr olunmuş oçerklərlə yanaşı, rayonun bütün inzibati-ərazi vahidləri, fiziki-coğrafi obyektləri, geoloji quruluşu, yeraltı və yerüstü təbii sərvətləri haqqında da məqalələr veriləcək. Ensiklopediyaya Göyçayın tarix boyu xalqımıza bəxş etdiyi görkəmli şəxsiyyətlərin – dövlət, ictimai və siyasi xadimlərin, xalq, müharibə və əmək qəhrəmanlarının, alim və mütəfəkkirlərin, şair, yazıçı, memar, rəssam, musiqiçi, aktyor və digər sənət adamlarının həyat və fəaliyyətindən, yaradıcılığından bəhs edən yazılar da daxil ediləcək.

Ensiklopediyanın goychay-encyclopedia.az  ünvanında fəaliyyət göstərəcək elektron versiyası “1905.az  STUDİO”da hazırlanır.

Ensiklopediya üzərində çalışan yaradıcı heyətə 1905.az portalının direktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist  Fuad Babayev rəhbərlik edir. Qeyd edək ki, AVCİYA prezidenti Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə 2015-ci ildə “Şamaxı ensiklopediyası” çap edilmişdi. Həmin ensiklopediyanın mütəmadi olaraq yenilənən elektron versiyası ilə shamakhi-encyclopedia.az  ünvanında tanış olmaq olar.