Həmsədrlərin uğursuzluğu müharibəni qaçılmaz edir

Bir fədainin hekayəti: “Onu yoldan mən çıxardım…” – 12 İL AXTARILAN HƏQİQƏT
Unudulmuş soyqırımlar silsiləsindən… – Quqarkdakı erməni dəhşətləri
Azərbaycanın Şuşa-Xocalı həssasiyəti

ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycana səfəri başlayıb. Həmsədlərin regiona səfəri növbəti son dövrlərdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ cəbhəsində gərginliyin yaşanması fonunda reallaşır. Həmsədrlər bir həftə öncə İrəvanda və Azərbaycanın işğal olunmuş ərazilərində səfərdən sonraiyunun 19-da Bakıya təşrif buyurub.Cəbhə xəttində Ermənistanın təxribatları nəticəsində ATƏT-in Minsk qrupu həmsədrlərinin regiona səfəri və onun nəticələrindən rəsmi Bakı onsuz da ciddi nəticə gözləmirlər. Çünki rəsmi Bakı ATƏT-in Minsk qrupu cəbhə xəttindətəxribatları ilə gərginliyi yaratdığına və bunun nəticəsindətərəflər arasında itki verməsinə görə işğalçıya qarşı hər hansı təzyiq edəcəyini və ona yerini göstərəcəyinə inanmır.

Bunun üçün təkcə son bir həftə ərzində iyunun 12-dən 19-dək cəbhə xəttində ermənilərin atəşkəs rejimini pozması ilə bağlıMüdafiə Nazirliyinin rəsmi məlumatına diqqət yetirmək kifayətdir. İyunun 12-dən iyunun 19-dəkqoşunların təmas xəttində erməni hərbi birləşmələri 1008 dəfə atəşkəs rejimini pozub. Bu isə o deməkdir ki, işğalçı ordu təmas xəttindəatəşkəsi hər gün orta hesabla 120 dəfə pozub.Bununla yanaşı düşmən cəbhə xəttində həmsədrlərinAzərbaycana səfəri ərəfəsində iyunun 15-də diversiya xarakterli təxribata əl atıb. Nəticədə hər iki tərəf itki verib. Bu zaman düşmənin 6 hərbçisi məhv edilib.

Yaranmış gərgin vəziyyətlə bağlı olaraq Azərbaycanın Müdafiə Nazirliyi və Xarici İşlər Nazirliyi bəyanatla çıxış edib.

Müdafiə Nazirliyi cəbhə xəttindəyaranmış gərginliklə bağlı qəbul etdiyi bəyanatdaişğalçı Ermənistan ordusununAzərbaycan Respublikasının Dağlıq Qarabağ ərazisindəki qoşunların qarşıdurma xəttində Ermənistan silahlı qüvvələrinin bölmələrinin davamlı surətdə təxribatlar törədiyi, Silahlı Qüvvələrimizin mövqelərini və cəbhəboyu yaşayış məntəqələrimizi iriçaplı silahlardan və artilleriya qurğularından atəşə tutmaqda davam etdiyi vurğulanıb: “Ermənistan silahlı bölmələrinin növbəti təxribatının qarşısını alarkən iyunun 15-də ordumuz itki verib.
Görülən qətiyyətli cavabtədbirləri nəticəsində iyunun 15-i və 16-da işğalçı qüvvələrin 6 hərbi qulluqçusu məhv edilib, yaralıları da var.
Müdafiə Nazirliyi xəbərdar edir ki, düşmənin bu cür əməllərinin qarşısı qətiyyətlə alınacaq və verəcəyi itkilərə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşəcək”.

Xarici İşlər Nazirliyinin mətaut katibi Hikmət Hacıyeviyunun 15-də cəbhə xəttində vəziyyətin inkişaf xronikasında, atəşkəsin pozulması və təxribatların törədilməsinin təşəbbüskarının məhz Ermənistan tərəfinin olduğunu bəyan edib: “ATƏT-in Minsk qrupunun həmsədrləri nəzərə almalıdırlar ki, Ermənistan tərəfindən cəbhədə vəziyyətin gərginləşdirilməsi onların regiona, o cümlədən Azərbaycanın işğal olunmuş ərazilərinə səfərinin ardınca baş verib”.

XİN rəsmisi bəyan edib ki, Ermənistan qəsdən cəbhədə vəziyyətin gərginləşdirilməsi yolu ilə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin substantiv danışıqlar yolu ilə həllinə imkan verməməyə və işğala əsaslanan mövcud status kvonu saxlamağa çalışır: “Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində mövcudluğu atəşkəsin pozulmasının başlıca səbəbidir.Beynəlxalq hüququn norma və prinsipləri, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatları və hal-hazırda danışıqlar masasında olan təkliflər Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edir.

Azərbaycan Silahlı Qüvvələri ölkəmizin suveren ərazilərində fəaliyyət göstərərək Ermənistanın Azərbaycana qarşı təcavüzü fonunda Azərbaycanın ərazilərinin müdafiəsini və xüsusilə təmas xətti boyu yaşayan mülki əhalinin təhlükəsizliyini təmin edir. Cəbhədə yaranmış vəziyyətə görə məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür”.

ATƏT-in Minsk qrupu həmsədrlərireal vəziyyəti bilsələr də münaqişənin həlli ilə bağlıortaya iradə qoyub, onun həllinə maraq göstərmirlər. Əksinə həmsdərlərin fəaliyyəti işğalçının işğal etdiyi Azərbaycan torpaqlarındakı işğalçılıq siyasətinin möhkəmlənməsinə xidmət edir. Bu da təbii olaraq Azərbaycan tərəfinin haqlı narazıçılığına səbəb olur. Baxmayaraq ki, bütün beynəlxalq təşkilatlar, o cümlədən münaqişənin sülh yolu ilə həllində vasitəçilik missiyasını üzərinə götürən ATƏT-in Minsk qrupu həmsdərləri də mövcud status-kvonun dəyişilməsinin zəruriliyi haqqında dəfələrlə bəyanatlar verib. Və belə bir bəyanatın növbəti dəfə də veriləcəyi istisna deyil. Ancaq verilən bu bəyanatların real olaraq həyata keçirilməsi istiqamətində hansısakonkret addımların atılaraq, işğalçıya hər hansı formada təzyiq və ya sanksiyaların tətbiq olunması ilə müşaiyət olunmur. Səbəb isə sadədir. Münaqişənin həllinə cəlb edilən hər bir ölkənin bölgədə marağı olduğundan həmsədrlər münaqişənin həllinəöz maraqlarının təmin olunması prizmasından yanaşırlar. Bu da münaqişənin həllinin uzanmasına və daha təhlükəli mərhələyə keçidinə və ümumilikdə Qafqaz və qonşu bölgələrdə vəziyyətin daha da gərginləşməsinə xidmət edir.

ATƏT-in vasitəçiliyindən imtina olunsun-olunmasın?

ATƏT-in Minsk qrupunun 25 illik fəaliyyətsizliyi Azərbaycan cəmiyyətində, bu quruma olan inamı itirdiyindən bu təşkilatın vasitəçiliyindən imtina edilməsi ilə bağlı mövqe üstünlük təşkil etməkdədir.Azərbaycan cəmiyyətinin mütləq əksəriyyəti də ATƏT-in Qarabağ münaqişəsinin həllindən imtina edilməsi ilə bağlı fikirlərini açıq dilə gətirirlər. Münaqişənin həlli ilə bağlı məsələnin yenidən BMT səviyyəsinə qaldırılaraq həllini tələb edirlər.

Rəsmi Bakı isə məsələyə bir az fərqliyanaşır. Rəsmi Bakı Minsk qrupu həmsdərlik institutuçərçivəsində danışıqların aparılmasının tərəfdarıdır.Rəsmi Bakı hesab edir ki, əgər həmsərdlərin istəyi olarsa və maraqlarını uzlaşdıra bilərlərsə, Qarabağ münaqişəsi beynəlxalq hüquq prinsipləri, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapa bilər. Çünki məsələ yenidən BMT səviyyəsinə qaldırılarsa belə bu gün vasitəşilik missiyası ilə məşğul olan həmsədrlərin hər üçü – ABŞ, Fransa və Rusiya BMT Təhlükəsizlik Şurasının üzvləridir. BMT səviyyəsində də Qarabağ münaqişəsinin həlli bu ölkələrdənasılı olacaq. Bu ölkələrin hər hansınınfərqli mövqe sərgiləməsi Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə maneçilik yaradacaq. Odur ki, Bakı bu formatda münaqişənin beynəlxalq hüquq normaları daxilində həllindi tələb edir. Bu həm ATƏT-in imicinin yenidən ciddi bir beynəlxalqtəşkilat kimi bərpa olunmasına, həm də təşkilatınAvropanın təhlükısizliyinin arxitekturasının təmin olunması ilə bağlı qarşıya qoyduğu hədəfə nail olunmasına xidmət etmiş olar.

Münaqişəni kim həll edəcəksə, o da Azərbaycanın strateji tərəfdaşı olacaq

Münaqişənin həllində vasitçilik edən hər üç həmsədr ölkə özünü Azərbaycanın strateji tərəfdaşı olduğu ilə bəyanatlar səsləndirir. Ancaq bəyanat verən tərəflərin verdikləri bəyanatlarda nə qədər səmimi olduğu bir o qədər inandırıcı görünmür. Əgər ABŞ, Rusiya, Fransa Azərbaycanıbölgədə özününstrateji tərəfdaşı hesab edirsə, o zaman verdikləri bəyanatın nə qədər səmimi olması ilə bağlı mövqelərini Qarabağ məsələsində ortaya qoysunlar. Ancaq biz bunun şahidi olmuruq.

Moskva Rusiyanın Azərbaycanla əməkdaşlıq münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsində olduğunu desə də, Qarabağ məsələsinin həllində real olaraq tərəzinin gözünü İrəvan tərəfinin xeyrinə gücləndirməklə məşğuldur. İrəvanın işğalçılıq siyasətinə hər vəchlə dəstək verir və bu ölkədə hərbi iştirakını gücləndirməklə dolayısı ilə Azərbaycanapsixoloji təsirlə yanaşı, açıq formadatəzyiq və şantaj dili ilə danışır. Bunun üçün yetərincə faktlar çəkmək olar. Moskva Azərbaycana qarşıpsixoloji və birbaşa təzyiq metodundan həm rəsmi, həm qeyri-rəsmi formatda istifadə edir.

Fransanın da Rusiya kimi Ermənistana qarşı mövqeyi aydındır və hər vasitə ilə onlara dəstək verməyə çalışır. Münaqişənin həllində azacıq da olsa ABŞ-ın mövqeyində fərqli yanaşma hiss olunur. Yalnız ABŞ-ın sərgilədiyi mövqeyə müəyyən mənada etibar etmək olar. Düzdür, ABŞ-ın da bölgədə marağı olduğundan hər iki tərəfə balanslı mövqe sərgiləməyə çalışır və münaqişədən maksimum yararlanmağa çalışır. Ancaq indiki şəraitdə, xüsusən də Donald Trampın prezidentliyi dövründə Qarabağ münaqişəsinin həllində ciddi irıliləyişə nail olunması o qədər də inandırıcı görünmür.

Bununla bağlı ABŞ-ın Minsk qrupundakı sabiq həmsədri Metyu Brayzanın bu günlərdə Azərbaycan mətbuatına verdiyi açıqlamaya diqqət yetirmək kifayətdir: “’ABŞ-ın yaxın zamanda Qarabağla bağlı radikal addım atacağına inanmıram”. M.Brayza bildirib ki, 10 il əvvəl münaqişənin həlli ilə bağlı əsas sənəd hazırlanmış və razılaşdırılmışdı: “Bu, yeganə işlək sənəddir və münaqişənin həllindəfundamental balans yaradır. Problem odur ki prezidentlər bir-birinə etibar etmir. Münaqişənin həlli üçün tərəflərin güzəştə getməsinə ehtiyac var. Münaqişənin yeganə həlli vasitəçilik və liderlik yolu ilə mümkündür. Bunu da Rusiya və ya ABŞ üzərinə götürə bilər. Amma inanmıram ki, Tramp bunun öhdəsindən gəlsin. Buna çoxlu vaxt tələb olunacaq, ABŞ-ın siyasi rəhbərliyində isə bu işi görəcək siyasətçilər yoxdur”.

Amerikalı diplomat da münaqişənin həllində tərəflərin güzəştə getməsini təklif edir. Bu zaman belə bir fikir meydana çıxır. Kim kimə güzəştə getməlidir, beynəlxalq torpaqların 20 faizi işğala məruz qalan işğalçıyamı?!Bəs o zaman beynəlxalq hüquq və prinsipləriharada qaldı?! Odur ki, yaranmış durum müharibəni qaçılmaz edir.

Yaranmış durum müharibəni diqtə edir

Belə olan təqdirdə Qarabağ münaqişəsinin həllində güc variantı dövriyyəyə girmiş olur. Azərbaycanın yeganə ümidi ancaq öz hərbi gücünə arxalanaraq torpaqları işğaldan azad etməkdədir. Artıq son bir ildə beynəlxalq analitiklər, xarici beyin mərkəzləri Qarabağda müharibənin başlanmasını istisna etmirlər. Beynəlxalq ekspertlər ATƏT-in Minsk qrupu həmsədrlərininQarabağ münaqişəsinin həlli ilə bağlı apardığı səylər nəticə vermədiyindən müharibə variantını aktual edir.

Elə rusiyalı politoloqAleksandr Xramçıxın də bu günlərdə Qarabağ münaqişəsinin həlli perspektivi ilə bağlı erməni mediasında açıqlamasında gec-tez müharibənin olacağını dilə gətirib. Rusiyalı politoloq hesab edir ki, ATƏT-in Minsk Qrupu münaqişənin həlli ilə bağlı hər hansı təzyiq və sanksiya mexanizmi tətbiq etmək niyyəti yoxdur: “Həmsədrlər sadəcə tərərfləri güzəştə gedərək, münaqişənin sülh yolu ilə həllini təklif edirlər. Bu isə mümkün olmur. Çünki tərəflərin güzəştə getmək niyyəti yoxdur. Həmsdərlərin bu yanaşması isə müharibə amilini qaçılmaz edir”.

A.Xramçıxson günlərdə cəbhə xəttində baş verən gərginliklə bağlı mövqeyini açıqlayaraq deyib ki,münaqişə özhəllini tapmadığından və bu istiqamətdə ciddi addımlar atılmadığından gərginlik bundan sonra da davam edəcək: “Çünki ortada başqa həll varinatı olmadığından güc tətbiqi qaçılmazdır”.

Bax, ona görə də yaranmış durum Azərbaycana başqa alternativ yeri qoymur. Yəni Azərbaycan problemi güc yolu ilə həll etməlidir. Beynəlxalq hüquq isə Azərbaycana güc yolu ilə problemin həllinəimkan yaradır. Baxmayaraq ki, Azərbaycan münaqişənin həllini beynəlxalq vasitəçilərə həvalə edib. Lakin torpaqların işğaldan azad edilməsi ilə bağlı danışıqlar Azərbaycanın milli maraqlarına cavab vermədikdə və ya bu səylər uğursuz alındıqda Azərbaycan beynəlxalq hüquq norma və prinsiplərinə əsaslanaraq problemihəll etmək hüququnu özündə saxlayır. Beynəlxalq hüquq da Azərbaycana Qarabağ problemini həll etmək üçün imkanlar verir. Odur ki, Azərbaycan öz gücünə arxalanaraq həm cəmiyyətin müqavimət gücünü, həm də ordunu gücləndirməklə torpaqlarını işğaldan azad etməyə hazırlaşmalıdır. Bununla belə Azərbaycan hibrid, mini-lokal əməliyyatlardan istifadə edərək təmas xəttində düşmən üzərindəki psixolji üstünlüyünü qoruyub saxlamalıdır. Mütəmadi olaraq düşməni itkilərə məruz qoymaqla ölkə daxilində ictimai ruhu yüksək səviyyədə saxlamalıdır. Düşmən tərəfi itkiyə məruz qoymaqlahəm psixoloji, həm də hərbi üstülük mövqelərini əldən verməməlidir. Eyni zamanda mütəmadi olaraq genişmiqyaslı hərbi təlimlərlə ordununun döyüş hazırlığını yüksək səviyyədə saxlamalıdır. Bu təlimlərdə Azərbaycan hərbçisi ordudakı müasir silahlardan peşəkarcasına istifadəni öyrənməlidir.Lazımışərait yaranan kimi hücuma keçib qısa zaman ərzində torpaqları işğaldan azad etməlidir.

Mürtəza Bünyadlı

http://www.gununsesi.info/h%C9%99ms%C9%99drl%C9%99rin-ugursuzlugu-muharib%C9%99ni-qacilmaz-edir/
Müəllif müsabiqənin xüsusi diplomuna layiq görülüb