Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında

Xarici Kəşfiyyat Xidmətinin Əsasnaməsi və strukturu
C.Ə.Bayramovun Azərbaycan Respublikasının Xarici İşlər naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Prezidentin bir qrup hərbi qulluqçunun səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilməsi haqqında sərəncam imzaladı

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

I fəsil

ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Qanunun təyinatı

Bu Qanun Azərbaycan Respublikasının ərazisində hüquqi şəxslərin dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasının hüquqi və təşkilati əsaslarını müəyyən edir.

Maddə 2. Əsas anlayışlar

2.0. Bu Qanunda aşağıdakı anlayışlardan istifadə edilir:

2.0.1. hüquqi şəxs – Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə bu cür müəyyən edilmiş qurumdur;

2.0.2. xarici hüquqi şəxs – Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmış hüquqi şəxsdir;

2.0.3. hüquqi şəxs statusu almaq istəyən qurum – hüquqi şəxs kimi dövlət qeydiyyatına alınması və dövlət reyestrinə daxil edilməsi üçün qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət edən şəxs və ya şəxslər qrupudur;

2.0.4. nümayəndəlik – Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə bu cür müəyyən edilmiş qurumdur;

2.0.5. filial – Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə bu cür müəyyən edilmiş qurumdur;

2.0.6. təsis sənədləri – hüquqi şəxsin və bu Qanunda göstərilən digər müvafiq qurumların yaradılmasının və fəaliyyətinin hüquqi əsaslarını təşkil edən sənədlərdir;

2.0.7. hüquqi şəxslərin dövlət qeydiyyatı – Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurumların, habelə xarici hüquqi şəxslərin Azərbaycan Respublikasının ərazisində yaratdıqları nümayəndəlik və ya filialların hüquq qabiliyyətinin təsdiq edilməsi, hüquqi statusunun müəyyənləşdirilməsi və onlar barəsində məlumatların (qeydlərin) hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsidir;[1]

2.0.8. hüquqi şəxslərin dövlət reyestri – Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları, eləcə də Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin nümayəndəlik və filialları və digər qurumları barəsində məlumatlar (qeydlər) məcmusudur;[2]

2.0.9. kommersiya və qeyri-kommersiya hüquqi şəxsləri – Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə bu cür müəyyən edilmiş qurumlardır;

2.0.9-1. publik hüquqi şəxs – “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bu cür müəyyən edilmiş qurumdur;[3]

2.0.10. yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət – Azərbaycan Respublikasının vətəndaşları və (və ya) Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxs tərəfindən təsis edilən məhdud məsuliyyətli cəmiyyətdir;[4]

2.0.11. yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı – təkmil sertifikata malik gücləndirilmiş elektron imza ilə təsdiq edilən və müvafiq icra hakimiyyəti orqanına elektron qaydada təqdim edilən ərizə və ona əlavə edilən sənədlər əsasında yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatıdır;

2.0.12. yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin sürətli elektron dövlət qeydiyyatı – hüquqi ünvanı yeganə təsisçisi kimi çıxış edən fiziki şəxsin yaşayış yeri üzrə qeydiyyat ünvanı ilə eyni olan yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin bu Qanunun 5-1.3-cü və 5-1.7-ci maddələrinə uyğun olaraq real vaxt rejimində aparılan elektron dövlət qeydiyyatıdır;

2.0.13. elektron ünvan – bu Qanunun məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanının informasiya sistemində məlumat və sənəd mübadiləsi üçün elektron dövlət qeydiyyatına alındığı andan hüquqi şəxsə verilən ünvandır;

2.0.14. qanuni təmsilçi – nizamnaməsinə (əsasnaməsinə) müvafiq olaraq qurumu təmsil etmək səlahiyyətinə malik olan şəxs və ya şəxslər.[5]

Maddə 3. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında qanunvericilik

Azərbaycan Respublikasında hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında qanunvericilik Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, habelə Azərbaycan Respublikasının digər qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir.

Maddə 4. Hüquqi şəxslərin dövlət qeydiyyatının və dövlət reyestrinin aparılmasının ümumi qaydaları

4.1. Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurum, habelə xarici hüquqi şəxsin nümayəndəliyi və ya filialı dövlət qeydiyyatına alınmalı və dövlət reyestrinə daxil edilməlidir. Kommersiya təşkilatları, publik hüquqi şəxslər, habelə xarici hüquqi şəxslərin nümayəndəlikləri və ya filialları yalnız dövlət qeydiyyatına alındıqdan sonra fəaliyyət göstərə bilərlər. Onların dövlət qeydiyyatına alınmadan fəaliyyət göstərməsi qanunla müəyyən edilmiş qaydada məsuliyyətə səbəb olur.[6]

4.2. Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin nümayəndəlik və ya filialları və digər qurumları dövlət reyestrinə daxil edilməlidir.

4.2-1. Xarici dövlətlərin qeyri-hökumət təşkilatları tərəfindən Azərbaycan Respublikasının ərazisində bir nümayəndəlik və ya filial yaradıla bilər.[7]

4.3. Hüquqi şəxs statusu almaq istəyən qurumların (yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı istisna olmaqla), xarici hüquqi şəxslərin nümayəndəlik və ya filiallarının dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə və qaydada, kommersiya və qeyri-kommersiya hüquqi şəxslərinin , publik hüquqi şəxslərin xüsusiyyətləri nəzərə alınmaqla, dövlət rüsumu tutulur.[8]

4.4. Dövlət qeydiyyatına alınmış hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və filialları, habelə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin nümayəndəlik və filialları dövlət reyestrinə rüsumsuz daxil edilir. Dövlət reyestrində dəyişikliklər rüsumsuz aparılır.

4.5. Bu Qanunla müəyyən edilmiş müddətlər hesablanarkən yalnız iş günləri nəzərə alınır.[9]

4.6. Hüquqi şəxs statusu almaq istəyən qurumun, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınması, habelə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəliyinin və ya filialının və digər qurumlarının dövlət reyestrinə daxil edilməsi, eləcə də təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınması zamanı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına yanlış məlumatların təqdim edilməsinə yol verilmir.[10]

 

II fəsil
HÜQUQİ ŞƏXSLƏRİN DÖVLƏT QEYDİYYATI

Maddə 5. Hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması barədə müraciət

5.1. Hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir.

5.2. Ərizə təsisçi (bir neçə təsisçi olduqda isə, bütün təsisçilər) və ya onun (onların) müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalanır və notariat qaydasında təsdiqlənir.

5.3. Ərizədə aşağıdakılar göstərilir:

5.3.1. təsisçi (təsisçilər) fiziki şəxs olduqda – onun (onların) adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi;

5.3.2. təsisçi (təsisçilər) hüquqi şəxs olduqda – onun (onların) adı, olduğu yer və qeydiyyat nömrəsi;

5.3.2-1. təsisçi dövlət olduqda – təsisetmə səlahiyyəti verilmiş dövlət orqanının adı, hüquqi ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (olduğu halda), təsisçi bələdiyyə olduqda – bələdiyyənin adı, hüquqi ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi;[11]

5.3.3. ərizə səlahiyyətli şəxs tərəfindən imzalandıqda habelə onun adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi və vəkalətnamə haqqında məlumatlar.

5.3.4. müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən ərizənin formasında müəyyən edilən digər məlumatlar.[12]

5.4. Ərizəyə aşağıdakı sənədlər əlavə edilir:

5.4.1. təsis sənədləri – hüquqi şəxs statusu almaq istəyən qurumun təsisçisi (təsisçiləri) və ya onun (onların) səlahiyyətli nümayəndəsi tərəfindən , publik hüquqi şəxslərin isə “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada təsdiq edilmiş nizamnaməsi, habelə bu Qanunun məqsədləri üçün, həmin qurumun təsis edilməsi, nizamnaməsinin təsdiq edilməsi və idarəetmə orqanlarının formalaşdırılması barədə qərarlar (təsis sənədləri Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş, habelə təsisçilər tərəfindən zəruri hesab edilən digər məsələləri əks etdirməli və bütün təsisçilər (və ya onların səlahiyyətli nümayəndələri) tərəfindən imzalanmalıdır);[13]

5.4.2. dövlət rüsumunun ödənilməsi haqqında sənəd;

5.4.3. təsisçi hüquqi şəxs olduqda – onun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti.

5.4.4. təsisçi fiziki şəxs olduqda – onun şəxsiyyətini təsdiq edən sənədin surəti;[14]

5.4.4-1. qeyri-hökumət təşkilatının təsisçisi (təsisçiləri) və qanuni təmsilçisi (təmsilçiləri), habelə xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin qanuni təmsilçisi (təmsilçiləri)Azərbaycan Respublikasında daimi yaşamaq hüququ olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər olduqda – onların daimi yaşamaq hüququnu təsdiq edən sənəd;[15]

5.4.5. hüquqi şəxs statusu almaq istəyən qurumun hüquqi ünvanını (daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yerə dair məlumatı) təsdiq edən sənəd;[16]

5.4.6. qanuni təmsilçinin təyin edildiyi halda, onun şəxsiyyətini təsdiq edən sənədin surəti;[17]

5.4.7. fondlarda nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd;

5.4.8. təsisçilərinin əcnəbilər və ya xarici hüquqi şəxslər olduğu qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin rəhbərlərinin müavinlərinin təyin olunması barədə sənəd;[18]

5.4.9. nizamnaməsində dini dəyərlərin təbliği ilə bağlı fəaliyyət istiqamətləri olan qeyri-kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatına alınması üçün müvafiq icra hakimiyyəti orqanının rəyi.[19]

5.5. Yenidən təşkil nəticəsində yaradılan qurumların dövlət qeydiyyatına alınması barədə ərizəyə habelə aşağıdakılar əlavə edilir:

5.5.1. yenidən təşkil haqqında qərar;

5.5.2. təhvil aktı və ya bölünmə balansı;

5.5.3. mətbuatda müvafiq elanın dərc olunması barədə məlumat.

5.6. Ərizə surəti ilə birlikdə təqdim edilir. Ərizənin əsli Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında saxlanılır, surəti isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən ərizənin əslinin qəbul edilməsi vaxtını göstərən qeydlə müraciət etmiş şəxsə qaytarılır. Ərizənin qəbul edilməsi hər hansı digər formada da təsdiq oluna bilər.

5.7. Hüquqi şəxs Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda məhkəmənin qərarı əsasında yenidən təşkil edildikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, bu Qanunun 5. 5-ci maddəsinin tələblərinə riayət edilməklə, həmin hüquqi şəxsin dövlət qeydiyyatına alınması üçün əsasdır. Bu halda dövlət qeydiyyatı bu Qanunun 8-ci maddəsində göstərilmiş müddətdə həyata keçirilməlidir.

Maddə 5-1. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı[20]

5-1.1. Təsisçinin (təsisçilərin) istəyi ilə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı (yenidən təşkil nəticəsində yaranma halları istisna olmaqla) elektron qaydada həyata keçirilir. Elektron dövlət qeydiyyatı adi (yəni bu Qanunun 7-1-ci maddəsi ilə müəyyən edilmiş müddətdə) və ya sürətli qaydada həyata keçirilir. Həmin cəmiyyətin elektron dövlət qeydiyyatının həyata keçirilməsi üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının internet informasiya ehtiyatında yerləşdirilmiş elektron ərizə forması doldurularaq gücləndirilmiş elektron imza ilə təsdiq edilməlidir.

5-1.2. Adi elektron dövlət qeydiyyatı zamanı elektron ərizəyə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin təsisçisi (təsisçiləri) tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiq edilmiş nizamnamə əlavə edilir. [21]

5-1.3. Sürətli elektron dövlət qeydiyyatı zamanı təsisçi fiziki şəxs elektron ərizə formasını doldurur, yalnız təkbaşına icra orqanının rəhbəri və fəaliyyət sahəsi barədə məlumatı bəyan edir. Bu halda təsisçi nizamnamə ilə real vaxt rejimində tanış olur və onu gücləndirilmiş elektron imza ilə təsdiq edir.[22]

5-1.4. Elektron dövlət qeydiyyatı zamanı təsisçi hüquqi şəxs qismində yalnız vergi ödəyicisinin eyniləşdirmə nömrəsinə malik olan hüquqi şəxs çıxış edə bilər. Bu halda təsisçinin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin (dövlət reyestrindən çıxarışın) və nizamnaməsinin surəti elektron ərizəyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən əlavə edilir və qeyd edilən sənədlərin notariat qaydasında təsdiqi tələb olunmur.

5-1.5. Elektron dövlət qeydiyyatı zamanı yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin qanuni təmsilçisi, icra orqanının rəhbəri (üzvləri) və direktorlar şurasının (müşahidə şurasının) üzvləri yalnız Azərbaycan Respublikasının ərazisində yaşayış yeri üzrə qeydiyyatda olan fiziki şəxslərdən təyin edilir.

5-1.6. Adi elektron dövlət qeydiyyatı zamanı ərizənin qəbul edilməsi barədə forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən təsdiqetmə bildirişi müraciət edənin şəxsi elektron ünvanına göndərilir. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət dövlət qeydiyyatına alındığı gün dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə elektron ünvanına göndərilir.

5-1.7. Sürətli elektron dövlət qeydiyyatı həyata keçirildiyi andan sonra dövlət qeydiyyatına alınmış yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı haqqında şəhadətnaməsi, dövlət reyestrindən çıxarışı və nizamnaməsi elektron ünvanına real vaxt rejimində göndərilir.

5-1.8. Təsisçinin (təsisçilərin) və ya onun (onların) müvafiq qaydada vəkil etdiyi şəxsin müraciəti əsasında yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı haqqında şəhadətnaməsi, dövlət reyestrindən çıxarışı və nizamnaməsi təsdiq olunaraq kağız daşıyıcılarında da verilir.

Maddə 6. Xarici hüquqi şəxslərin nümayəndəlik və ya filiallarının dövlət qeydiyyatının xüsusiyyətləri

6.1. Xarici hüquqi şəxsin nümayəndəliyinin və ya filialının dövlət qeydiyyatına alınması üçün bu Qanunun 5-ci maddəsində göstərilən sənədlərdən əlavə aşağıdakılar təqdim olunmalıdır:

6.1.1. nümayəndəliyi və ya filialı yaradan xarici hüquqi şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş əsasnamə (nümayəndəliyin və ya filialın əsasnaməsində onu yaradan xarici hüquqi şəxsin adı, olduğu yer, qeydiyyat nömrəsi və qeydiyyat tarixi, nümayəndəliyin və ya filialın hüquq və vəzifələri, idarə olunma və ləğv olunma qaydası və təsisçi tərəfindən zəruri hesab edilən digər məsələlər göstərilməlidir);

6.1.1-1. Xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin əsasnaməsində bu Qanunun 6.1.1-ci maddəsində göstərilən məlumatlardan başqa, həmçinin onu yaratmış təşkilatın qeydiyyatını aparmış qurumun adı, filial və ya nümayəndəliyin hüquqi ünvanı, fəaliyyətinin predmeti, rəhbərinin səlahiyyətləri göstərilməlidir.[23]

6.1.2. nümayəndəliyin və ya filialın yaradılması haqqında onu yaradan xarici hüquqi şəxsin qərarı;

6.1.2-1. Azərbaycan Respublikasında xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatı ilə bağlı saziş.[24]

6.1.3. nümayəndəliyin və ya filialın təsisçisi olan hüquqi şəxsin qeydiyyatını təsdiq edən sənəd – ticarət reyestrindən çıxarış (qeydiyyat şəhadətnaməsi və s. ). Bu halda həmin sənəd hüquqi şəxsin yerləşdiyi ölkədə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya bu ölkədə Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin diplomatik nümayəndəliyi tərəfindən (belələri olmadıqda, müstəsna hal kimi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən) qanunvericiliklə nəzərdə tutulmuş qaydada leqallaşdırılmalıdır;

6.1.4. nümayəndəliyi və ya filialı yaradan xarici hüquqi şəxs tərəfindən verilmiş etibarnamənin əsli və ya notariat qaydasında təsdiq edilmiş surəti;

6.1.5. nümayəndəliyin və ya filialın rəhbərinin təyin edilməsi barədə həmin nümayəndəliyi və ya filialı yaradan xarici hüquqi şəxsin qərarının əsli və ya notariat qaydasında təsdiq edilmiş surəti. Xarici dövlətin qeyri-hökumət təşkilatının filialının və ya nümayəndəliyinin rəhbərinin təyin edilməsi barədə sənəddə onun səlahiyyət müddəti göstərilməlidir;[25]

6.1.6. xarici dövlətin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin rəhbəri müavininin təyin edilməsi barədə sənəd.[26]

6.2. Notariat qaydasında təsdiq edilməsi nəzərdə tutulmuş sənədlər xarici ölkələrin notariusunda təsdiq edildiyi halda, bu Qanunun 6. 1. 3-cü maddəsində müəyyən edilmiş qaydaya əməl olunmalıdır.

Maddə 7. Hüquqi şəxs statusu almaq istəyən xarici investisiyalı qurumun dövlət qeydiyyatının xüsusiyyətləri

7.1. Hüquqi şəxs statusu almaq istəyən xarici investisiyalı qurumun dövlət qeydiyyatına alınması üçün bu Qanunun 3-cü maddəsində göstərilən sənədlərdən əlavə, aşağıdakılar təqdim olunmalıdır:[27]

7.1.1. təsisçi xarici hüquqi şəxsdirsə, onun qeydiyyatını təsdiq edən sənəd – ticarət reyestrindən çıxarış, qeydiyyat şəhadətnaməsi və s. (bu halda həmin sənəd hüquqi şəxsin yerləşdiyi ölkədə Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və ya bu ölkədə Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin diplomatik nümayəndəliyi tərəfindən (belələri olmadıqda, müstəsna hal kimi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən) qanunvericiliklə nəzərdə tutulmuş qaydada leqallaşdırılmalıdır);

7.1.2. bu Qanunun 7. 1. 1-ci maddəsində müəyyən edilmiş qaydada leqallaşdırılmış, vətəndaşı olduğu və ya daimi yaşadığı, yaxud hər hansı üçüncü ölkədə təsərrüfat fəaliyyəti ilə məşğul olmasını təsdiq edən sənəd.[28]

7.2. Azərbaycan Respublikasının ərazisində daimi yaşayış hüququ əldə etmiş əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslər təsis etdikləri xarici investisiyalı qurumun dövlət qeydiyyatına alınması üçün bu Qanunun 5-ci maddəsində müəyyən edilmiş qaydada sənədləri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim edirlər.

Maddə 7-1. Hüquqi şəxs statusu almaq istəyən kommersiya qurumunun dövlət qeydiyyatına alınması qaydası

Hüquqi şəxs statusu almaq istəyən kommersiya qurumunun, o cümlədən xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialının dövlət qeydiyyatı 2 gündən gec olmayaraq həyata keçirilməlidir. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı sürətli elektron dövlət qeydiyyatı zamanı dərhal, adi elektron dövlət qeydiyyatı zamanı isə 1 gündən gec olmayaraq həyata keçirilməlidir.[29]

Maddə 8. Hüquqi şəxs statusu almaq istəyən qeyri-kommersiya qurumunun dövlət qeydiyyatına alınması qaydası [30]

8.1. Hüquqi şəxs statusu almaq istəyən qeyri-kommersiya qurumunun, habelə xarici qeyri-kommersiya hüquqi şəxsinin nümayəndəlik və ya filialının dövlət qeydiyyatı , bir qayda olaraq, 40 gündən gec olmayaraq həyata keçirilməlidir.[31]

8.2. Dövlət qeydiyyatına alınması üçün ərizə və ona əlavə edilməli olan sənədlər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən baxılması üçün qəbul edilir və 30 gün müddətində onların Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğunluğu yoxlanılır. Müstəsna hallarda yoxlama zamanı əlavə araşdırma aparılması zərurəti yarandıqda, bu müddət daha 30 günə qədər artırıla bilər.

8.3. Təqdim edilmiş sənədlərdə dövlət qeydiyyatına alınması üçün imtinaya səbəb olmayan çatışmazlıqlar aşkar edildikdə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həmin sənədləri müraciət etmiş şəxsə qaytarmaqla, bu çatışmazlıqların aradan qaldırılması üçün əlavə olaraq 20 gün müddət təyin edir. İmtinaya səbəb olmayan bütün çatışmazlıqlar eyni vaxtda aşkar edilməli və aradan qaldırılması üçün müraciət edənə təqdim edilməlidir. [32]

8.4. Təqdim edilmiş sənədlər yoxlanıldıqdan və ya həmin sənədlərdə aşkar edilmiş çatışmazlıqlar aradan qaldırıldıqdan sonra 10 gündən gec olmayaraq müraciət edənə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya dövlət qeydiyyatına alınmasından imtina (qanunvericiliyin həmin imtinaya səbəb olmuş müddəaları göstərilməklə və izah edilməklə) barədə yazılı məlumat verilir.

8.5. Bu maddədə müəyyən edilmiş müddətdə dövlət qeydiyyatına alınmasından imtina barədə cavab verilmədikdə, həmin qurum dövlət qeydiyyatına alınmış hesab olunur. Bu halda Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı 10 gündən gec olmayaraq müraciət edənə dövlət qeydiyyatı haqqında şəhadətnamə verməlidir. [33]

8.6. (Çıxarılıb) [34]

Maddə 8-1. Publik hüquqi şəxsin dövlət qeydiyyatına alınması qaydası

Müvafiq icra hakimiyyəti orqanı tərəfindən publik hüquqi şəxsin dövlət qeydiyyatına alınması həmin publik hüquqi şəxsin nizamnaməsinin təsdiq edilməsi haqqında müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin hüquqi aktı qüvvəyə mindikdən sonra bu məqsədlə səlahiyyət verilmiş şəxsin müraciəti əsasında 2 iş günündən gec olmayaraq həyata keçirilməlidir.[35]

Maddə 9. Təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması

9.1. Hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır.

9.2. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11. 3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır.

9.2-1. Bu Qanunun 9.2-ci maddəsinin birinci və ikinci cümlələrində nəzərdə tutulmuş hərəkətlərin edilməsi tələb olunmadan kommersiya qurumları və publik hüquqi şəxslər üzrə aşağıdakı məlumatlar birbaşa müvafiq icra hakimiyyəti orqanı tərəfindən əldə edilərək qeydiyyata alınır:

9.2-1.1 müvafiq icra hakimiyyəti orqanının aktları ilə təsis sənədlərində və qeydə alınmış faktlarda edilmiş dəyişikliklər;

9.2-1.2. qeydə alınmış faktlarda şəxslərin şəxsiyyətini təsdiq edən sənədlərdəki məlumatlarda dəyişikliklər.

9.2-2. Bu Qanunun 9.2-1.1-ci maddəsində qeyd edilən məlumat müvafiq icra hakimiyyəti orqanının aktları əsasında, 9.2-1.2-ci maddəsində qeyd edilən məlumat isə müvafiq icra hakimiyyəti orqanından onlayn rejimdə əldə edilir və 5 gün müddətində qeydiyyata alınır.[36]

9.3. Bu Qanunun 9.2-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz. [37]

9.4. Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklərin, habelə dövlət reyestrində qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyatına dair sənədlərə baxılması zamanı təşkilatla bağlı əvvəllər hər hansı dəyişikliyin bu Qanunla nəzərdə tutulmuş qaydada qeydiyyat üçün təqdim olunmaması müəyyən edildikdə qurum Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən məsuliyyətə cəlb olunmaqla aşkar edilmiş çatışmazlıq aradan qaldırılmalıdır.[38]

 

Maddə 10.(Çıxarılıb)[39]

Maddə 11. Qanunun tətbiqi zamanı qanunçuluğun təminatı

11.1. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş əsaslardan başqa hər hansı digər əsasa görə, hüquqi şəxs statusu almaq istəyən qurumların, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının dövlət qeydiyyatına alınmasından və dövlət reyestrinə daxil edilməsindən, eləcə də dövlət reyestrində dəyişikliklər edilməsindən imtinaya yol verilmir.

11.2. Hüquqi şəxs statusu almaq istəyən qurumun, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının, habelə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəlik və ya filialının yaradılmasının məqsədəuyğun olmaması mülahizələrinə görə onların müvafiq olaraq dövlət qeydiyyatına alınmasından və dövlət reyestrinə daxil edilməsindən imtinaya yol verilmir.

11.3. Hüquqi şəxs statusu almaq istəyən qurumun, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət qeydiyyatına alınmasından, Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəlik və ya filialının dövlət reyestrinə daxil edilməsindən, habelə təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından yalnız aşağıdakı hallarda imtina edilə bilər:

11.3.1. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim olunmuş sənədlər Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna və digər qanunvericilik aktlarına zidd olduqda;

11.3.1-1. ərizədə göstərilən məlumatlar və (və ya) ona əlavə edilən sənədlər yanlış olduqda;[40]

11.3.2. hüquqi şəxs statusu almaq istəyən qurumların məqsədləri, vəzifələri və fəaliyyət formaları qanunvericiliyə zidd olduqda;

11.3.2-1. Qeyri-hökumət təşkilatlarının nizamnamələrində dövlət və yerli özünüidarə orqanlarının səlahiyyətlərinin mənimsənilməsi, habelə dövlət nəzarəti və yoxlama funksiyaları nəzərdə tutulduqda;[41]

11.3.3. firma adlarının qorunması haqqında qanunvericiliyin tələbləri pozulduqda və ya eyni adlı qeyri-kommersiya təşkilatı qeydiyyata alınmış olduqda, qeyri-hökumət təşkilatlarının adında Azərbaycan Respublikasının dövlət orqanlarının adlarından, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından (onların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) istifadə edildikdə; [42]

11.3.4. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsis sənədlərində aşkar edilmiş çatışmazlıqlar bu Qanunun 8. 3-cü maddəsində müəyyən olunmuş müddət ərzində aradan qaldırılmadıqda.

11.4. Hüquqi şəxs statusu almaq istəyən qurumun, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının, habelə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəliyinin və ya filialının müvafiq olaraq dövlət qeydiyyatına alınması və dövlət reyestrinə daxil edilməsi, eləcə də təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınması üçün bu Qanunda göstərilməyən sənədlərin tələb olunmasına yalnız o halda yol verilir ki, belə sənədlərin təqdim edilməsi Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında nəzərdə tutulmuş olsun.

11.4-1. Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin filial və nümayəndəliklərinin adının dəyişdirilməsi faktının dövlət qeydiyyatına alınması zamanı həmin təşkilatların möhürləri müvafiq icra hakimiyyəti orqanına təhvil verilməlidir. Möhür müvafiq icra hakimiyyəti orqanına təqdim edilməyənədək təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliklərinin dövlət qeydiyyatına alınmasını təsdiq edən sənədlər verilmir. Möhür itirildiyi halda bu barədə mətbuatda dərc edilmiş elan və onun tapılmaması haqqında müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş arayış təqdim edilməlidir.[43]

11.5. Hüquqi şəxs statusu almaq istəyən qurumun, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının, habelə Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəliyinin və ya filialının müvafiq olaraq dövlət qeydiyyatına alınmasından və dövlət reyestrinə daxil edilməsindən, eləcə də təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alınmasından qanunsuz imtina və ya yayınma barədə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada yuxarı orqana və ya məhkəməyə şikayət verilə bilər.

 

III fəsil
HÜQUQİ ŞƏXSLƏRİN DÖVLƏT REYESTRİ

Maddə 12. Hüquqi şəxslərin dövlət reyestrinin əsas prinsipləri

12.1. Hüquqi şəxslərin dövlət reyestri Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.

12.2. Hüquqi şəxslərin dövlət reyestri vahid forma, metod və prinsiplər əsasında aparılır.

12.3. Hüquqi şəxslərin dövlət reyestri Azərbaycan Respublikasının informasiya ehtiyatıdır və onun mühafizəsi və istifadəsi qaydaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və təmin olunur.[44]

12.3-1. Qeyri-hökumət təşkilatının filial və nümayəndəliklərinin dövlət qeydiyyatına alınması tələb edilmir. Təşkilat on gün müddətində müvafiq icra hakimiyyəti orqanına filial və (və ya) nümayəndəliyinin yaradılması haqqında məlumat verir.[45]

12.4. Hüquqi şəxslərin dövlət reyestri kağız və elektron daşıyıcılarda tərtib edilir.

12.5. Kağız və elektron daşıyıcılardakı qeydlər arasında ziddiyyət olduqda, qanunvericilikdə digər qayda nəzərdə tutulmayıbsa, kağız daşıyıcılardakı qeydlər üstün qüvvəyə malik olur.

12.6. Dövlət reyestrinin elektron daşıyıcılarda tərtib edilməsi vahid təşkilati, metodoloji və texniki-proqram prinsiplərinin tətbiqinə əsaslanmaqla, dövlətin digər informasiya sistemləri və şəbəkələri ilə onun qarşılıqlı əlaqədə və vəhdətdə fəaliyyət göstərməsini təmin edir.

12.7. (Çıxarılıb)[46]

12.8. Dövlət reyestri aşağıdakılardan ibarətdir:

12.8.1. hüquqi şəxslərin, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filiallarının təşkili, qeydiyyatı, yenidən təşkili, ləğv edilməsi barədə məlumatlar;

12.8.2. təsis sənədlərində dəyişikliklər edilməsi və qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi barədə məlumatlar;[47]

12.8.3. Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxsin nümayəndəliyi və ya filialı, habelə digər qurumları barədə məlumatlar;

12.8.3-1. qeyri-hökumət təşkilatına və xarici dövlətlərin qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinə edilmiş xəbərdarlıqlar, verilmiş göstərişlər və onların icrası barədə, habelə fəaliyyətinin dayandırılması və bərpa edilməsi, ləğv edilmiş qurumun əmlak məsələlərinin Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həll olunması barədə məlumatlar;[48]

12.8.4. qanunvericiliklə müəyyən edilmiş və saxlanmaq üçün qeydiyyat orqanına təqdim edilmiş sənədlər toplusu.

12.9. Hüquqi şəxslərin dövlət reyestri illər üzrə və Azərbaycan Respublikasının hər bir inzibati ərazi vahidi (rayon və ya şəhər) üzrə aparılır. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının qərarı ilə dövlət reyestri digər meyarlar üzrə də aparıla bilər.[49]

12.10. Dövlət qeydiyyatının ərazi aidiyyəti hüquqi şəxsin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının hüquqi ünvanı əsasında müəyyən edilir.

12.11. Dövlət reyestrinin aparılması qaydası və dövlət reyestr kitabının forması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.[50]

12.12. Dövlət qeydiyyatı haqqında şəhadətnamənin, dövlət reyestrindən çıxarışın və qeydiyyatla bağlı müraciət ərizəsinin (o cümlədən, elektron ərizənin) formaları Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir və onu internet səhifəsində yerləşdirilir.[51]

Maddə 13. Dövlət qeydiyyatına alınmanı və dövlət reyestrinə daxil edilməni təsdiq edən sənəd

13.1. Dövlət qeydiyyatına alınmış hüquqi şəxsə, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialına Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun dövlət qeydiyyatına alınmasını təsdiq edən sənəd – dövlət qeydiyyatı haqqında şəhadətnamə verilir.

  1. 2. Dövlət qeydiyyatına alınmış hüquqi şəxs, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialı barəsində dövlət reyestrinə daxil edilmiş məlumatlar dövlət reyestrindən çıxarışla təsdiq edilir.

13.3. Müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınmış hüquqi şəxsə, xarici hüquqi şəxsin nümayəndəlik və filialına verilən şəhadətnamədə və dövlət reyestrindən çıxarışda sahibkarlıq fəaliyyəti subyektləri üçün Azərbaycan Respublikasında vahid kod olan vergi ödəyicisinin eyniləşdirmə nömrəsi göstərilir.[52]

13.4. Hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnamə və dövlət reyestrindən çıxarışı hüquqi şəxsin, onun filial və nümayəndəliyinin fərdiləşdirilməsi üçün əsasdır.[53]

Maddə 14. Dövlət reyestrinə daxil edilən məlumatlar

14.1. Dövlət reyestrində aparılan yazıda reyestrə daxil edilmiş qurumlar barəsində aşağıdakı məlumatlar əks etdirilməlidir:

14.1.1. qurumun adı (firma);

14.1.2. qurumun hüquqi ünvanı (daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yerə dair məlumat);[54]

14.1.3. qurumun təşkilati-hüquqi forması;

14.1.4. maliyyə ili;

14.1.5. vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (kommersiya qurumları və publik hüquqi şəxslər üçün), qeyri-kommersiya qurumunun qeydiyyat nömrəsi;[55]

14.1.6. qurumun hər bir təsisçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri; təsisçi hüquqi şəxsdirsə, onun adı, hüquqi ünvanı və qeydiyyatı haqqında, təsisçi dövlət və ya bələdiyyə olduqda, bu Qanunun 5.3.2-1-ci maddəsində qeyd edilən məlumatlar;[56]

14.1.7. qurumun hər bir qanuni təmsilçisinin adı, soyadı, atasının adı, vətəndaşlığı və yaşayış yeri;

14.1.8. hüquqi şəxsin Azərbaycan Respublikasının ərazisində və ya Azərbaycan Respublikasının hüdudlarından kənarda yaratdığı qurumların olduğu yer, təşkilati-hüquqi forması və qeydiyyatı haqqında məlumatlar;

14.1.9. qurumun ləğvetmə prosesində olması barədə məlumat; [57]

14.1.10. qurumun ləğv edilməsi barədə məlumat.

14.2. Dövlət reyestrində hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları üçün bu Qanunun 14. 1-ci maddəsində nəzərdə tutulmuş məlumatlardan əlavə, hüquqi şəxsin təşkilati-hüquqi formasından asılı olaraq aşağıdakı məlumatlar göstərilməlidir:

14.2.1. kommandit ortaqlığında – hər bir kommanditçinin mayasının miqdarı;

14.2.2. məhdud məsuliyyətli cəmiyyətdə və ya səhmdar cəmiyyətində – nizamnamə kapitalının miqdarı, hər bir təsisçinin mayasının miqdarı, direktorlar şurası (müşahidə şurası) yaradıldığı halda, onun hər bir üzvünün adı, soyadı, atasının adı və yaşayış yeri;[58]

14.2.3. qeyri-kommersiya təşkilatlarında – fəaliyyət predmeti və məqsədləri, fəaliyyət ərazisi, qurumun əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olan təsisçisinin (təsisçilərinin) daimi yaşamaq üçün icazə müddətinin bitməsi tarixi, ictimai birliklərin üzvlərinin sayı, fondlarda – himayəçilər şurasının üzvləri, fondun nizamnamə kapitalı və təsisçilərin əmlak paylarının həcmi haqqında məlumatlar.[59]

14.2.3-1. publik hüquqi şəxsdə – nizamnamə fondunun miqdarı, təsisçi tərəfindən verilmiş əmlakın miqdarı, direktorlar şurası (müşahidə şurası) yaradıldığı halda, onun hər bir üzvünün adı, soyadı, atasının adı və yaşayış yeri;[60]

14.2.4. xarici qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərində – Azərbaycan Respublikasında filial və ya nümayəndəliyi olan xarici qeyri-hökumət təşkilatının təsisçiləri, filial və ya nümayəndəliyin rəhbərinin və onun müavininin səlahiyyət müddəti, eləcə də rəhbərinin müavininin adı, soyadı, atasının adı, vətəndaşlığı, yaşayış yeri, habelə dövlət qeydiyyatı ilə əlaqədar bağlanmış sazişin qüvvədə olma müddəti barədə məlumatlar. [61]

14.2.5. qeyri-hökumət təşkilatlarında və xarici qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərində – qurumun icra orqanlarının tərkibi və səlahiyyət müddəti, qurumun əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olan qanuni təmsilçisinin (təmsilçilərinin) daimi yaşamaq üçün icazə müddətinin bitməsi tarixi, ləğv edilmiş qurumun əmlak məsələlərinin Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş qaydada həll olunması, quruma edilmiş xəbərdarlıqlar, verilmiş göstərişlər və onların icrası barədə, habelə fəaliyyətinin dayandırılmasına və bərpa edilməsinə dair məlumatlar.[62]

Maddə 15. Dövlət reyestrindən çıxarışlar

15.1. Dövlət qeydiyyatına alınmış hər bir hüquqi şəxs, habelə xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialı və Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış hüquqi şəxsin yaratdığı qurumlar barədə məlumatlar dövlət reyestrinə daxil edildikdən sonra dövlət qeydiyyatına alınması və dövlət reyestrinə daxil edilməsi üçün təqdim edilmiş sənədlər arxivə verilir.

15.2. Dövlət qeydiyyatına və (və ya) dövlət reyestrinə daxil edilmiş hər bir quruma Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun dövlət qeydiyyatına alındığı və ya dövlət reyestrinə daxil edildiyi vaxt dövlət reyestrindən çıxarış verilməlidir.[63]

15.3. Təsis sənədlərində edilmiş dəyişikliklərin və reyestrdə qeydə alınmış faktların sonrakı dəyişikliyinin dövlət qeydiyyatına alındığı vaxtdan ən geci 3 gün keçənədək müraciət etmiş şəxsə dövlət reyestrindən çıxarış verilməlidir.

15.4. Dövlət reyestrindən çıxarışda göstərilən məlumatların həcmi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

15.5. Dövlət reyestrindən çıxarışı almış şəxs onun düzgünlüyünü yoxlamalı və yanlışlıq aşkar etdikdə, çıxarışın verildiyi vaxtdan 3 həftə müddətində bu barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına məlumat verməlidir. Müvafiq icra hakimiyyəti orqanı həmin yanlışlığın aşkar edilməsi barədə məlumatı yoxlamalı və dövlət reyestrində müvafiq düzəlişlər aparmalıdır.

15.6. Dövlət reyestrindən çıxarışdakı hər hansı yanlışlıq barədə bu Qanunun 15.5-ci maddəsində göstərilmiş müddətdə məlumat verilmədikdə, dövlət reyestrindəki yazı (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla) Azərbaycan Respublikasının rəsmi qəzetində dərc edilir.

15.7. Dövlət reyestrindən çıxarışlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla) sorğu əsasında üçüncü şəxslərə də verilir.

15.8. Dövlət reyestrindən çıxarışlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla) sənədlərin surəti şəklində də verilə bilər. Sənədlərin surəti, dövlət orqanları və təsisçilər istisna olmaqla, digər şəxslərə rüsum ödənilməklə verilir.

15.9. Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar sorğu əsasında aşağıdakılara verilir:[64]

15.9.1. qanunla müəyyən edilmiş hallarda və qaydada məhkəmə, istintaq və təhqiqat orqanlarına;

15.9.2. “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada əməliyyat-axtarış fəaliyyətinin subyektlərinə;

15.9.3. “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada maliyyə monitorinqi orqanına, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada monitorinq iştirakçılarına və monitorinqdə iştirak edən digər şəxslərə[65]

15.9.4. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada məcburi icra orqanına;

15.9.5. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada vəkilə;

15.9.5-1. “Notariat haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş hallarda və qaydada notariusa;[66]

15.9.6. həmin kommersiya hüquqi şəxsin digər təsisçilərinə (iştirakçılarına);

15.9.6-1. təsisçilərin (iştirakçıların) vərəsələrinə; [67]

15.9.7. barəsində dövlət reyestrindən məlumatların verilməsi tələb olunan şəxsin razılığı ilə üçüncü şəxslərə.

Maddə 16. Hüquqi şəxsin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının reyestrdən çıxarılması

16.1. Hüquqi şəxsin ləğv prosesində olması barədə məlumatların hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsi üçün ləğvetmə komissiyası (təsviyəçi) təyin olunduğu gündən sonra 15 gün müddətində ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir.[68]

16.1-1. Bu Qanunun 16.1-ci maddəsində qeyd edilən ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

16.1-1.1. ləğvetmə qərarı;

16.1-1.2. ödəmə qabiliyyətinin olmasını təsdiq edən rəsmi bəyanat;

16.1-1.3. Azərbaycan Respublikasında hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında məlumatın dərc edildiyi mətbu nəşrdə hüquqi şəxsin ləğv edilməsi, kreditorların tələblərinin bildirilməsi qaydası və müddəti haqqında ilk məlumatın dərc olunmasını təsdiq edən sənəd və möhür.

16.1-2. Təqdim edilmiş sənədlər bu Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, 5 gün müddətində hüquqi şəxsin ləğvetmə prosesində olması barədə qeyd reyestrə daxil edilir. [69]

16.2. Ləğvetmə komissiyası (təsviyəçi) qalan əmlakın bölünməsindən və ya istifadə edilməsindən sonra 10 gün ərzində hüquqi şəxsin dövlət reyestrindən çıxarılması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına aşağıdakı sənədləri təqdim etməlidir:

16.2.1. ləğvetmə balansı;

16.2.2. qalıq əmlakın bölünməsi (istifadə edilməsi) planını əks etdirən hesabatı və həmin əmlakın iştirakçılara təqdim edilməsini (qeyri-kommersiya təşkilatı olduğu halda isə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 114.3-cü, 116.3-cü və 117.7-ci maddələrinə uyğun olaraq istifadə edilməsini) təsdiq edən sənəd;

16.2.3. hüquqi şəxsin qeydiyyat şəhadətnaməsinin və nizamnaməsinin (əsasnaməsinin) əsli, üzərində “ləğv prosesindədir” yazılmış möhür;

16.2.4. səhmdar cəmiyyətlərdə səhmlərin dövriyyədən çıxarılmasına dair müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun arayışı;[70]

16.2.5. hüquqi şəxs yenidən təşkil formasında ləğv edildikdə, bu Qanunun 16.1-1.1-ci, 16.1-1.3-cü, 16.2.3-сü və 16.2.4-cü maddələrində nəzərdə tutulan sənədlərlə birlikdə təhvil aktı və ya bölünmə balansı.[71]

16.3. Ərizə təsisçilər, yaxud ləğvetmə komissiyasının səlahiyyətli üzvləri tərəfindən imzalanır və təqdim edilir.

16.4. Ərizə surəti ilə birlikdə təqdim edilir. Ərizənin əsli Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında saxlanılır, surəti isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən ərizənin əslinin qəbul edilməsi vaxtını göstərən qeydlə müraciət etmiş şəxsə qaytarılır. Ərizənin qəbul edilməsi hər hansı digər formada da təsdiq oluna bilər.

16.5. Ləğvetmə barədə zəruri sənədlər təqdim edildikdən sonra Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı həmin sənədlərin qanunvericiliyin tələblərinə uyğunluğunu yoxlayır və çatışmazlıq aşkar edilmədikdə, sənədləri aldığı vaxtdan 7 gün müddətində qurumun reyestrdən çıxarılması barədə qərar qəbul edir.[72]

16.6. Təqdim olunmuş sənədlərdə çatışmazlıq aşkar edildiyi halda, bu barədə müraciət etmiş şəxslərə yazılı məlumat verilir və çatışmazlığın aradan qaldırılması tələb olunur.

16.7. Çatışmazlıqlar aradan qaldırıldıqdan sonra Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı bu Qanunun 16.5-ci maddəsində müəyyən edilmiş müddətdən gec olmayaraq qurumun reyestrdən çıxarılması haqqında qərar qəbul edir və bu barədə müraciət etmiş şəxslərə məlumat verir. Qurumun ləğv edilməsi barədə reyestrdə müvafiq qeydlər aparılır. Dövlət reyestrindən çıxarılmış hüquqi şəxslər, habelə xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri fəaliyyət göstərə bilməz.[73]

16.8. Çatışmazlıqların aradan qaldırılması barədə məlumat verilmədikdə, qurum 60 gün ərzində reyestrdən çıxarıla bilməz. [74]

16.9. Xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin ləğv edilməsi zamanı hüquqi şəxslərin ləğvi üçün Azərbaycan Respublikasının Mülki Məcəlləsi və bu Qanun ilə müəyyən edilmiş qaydalar tətbiq edilir. Azərbaycan Respublikasında xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin dövlət qeydiyyatı ilə əlaqədar bağlanmış sazişin qüvvədə olma müddətinin uzadılmaması həmin filial və ya nümayəndəliyin ləğv edilməsi üçün əsasdır.[75]

16.10. Xarici dövlətin qeyri-hökumət təşkilatı digər təşkilatla birləşdikdə, qoşulduqda və ya özü bölündükdə, təşkilati-hüquqi formasını dəyişdikdə onun Azərbaycan Respublikasının ərazisindəki filialı və ya nümayəndəliyi ləğv edilir.[76]

Maddə 17. Dövlət qeydiyyatı barədə məlumatlandırma

Hüquqi şəxs, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialı dövlət qeydiyyatına alındıqdan və dövlət reyestrinə daxil edildikdən sonra, habelə dövlət qeydiyyatına alınmış həmin qurumlar və ya dövlət reyestrindəki yazılar ləğv edildikdə müvafiq icra hakimiyyəti orqanı bu barədə müvafiq icra hakimiyyəti orqanına məlumat verir. [77]

Maddə 18. Dövlət reyestrinin aşkarlığı

18.1. Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla, hər bir şəxs dövlət reyestrindəki yazılarla tanış olmaq, dövlət reyestrindən çıxarışı və qeydiyyat üçün təqdim olunmuş sənədlərin surətlərini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı istənilən maraqlı şəxsin tələbi ilə hüquqi şəxsin dövlət qeydiyyatına alınması və ya alınmaması barədə məlumat verməlidir.[78]

18.2. Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin nümayəndəlik və filiallarının dövlət qeydiyyatına alınması və dövlət reyestrinə daxil edilməsinə dair, habelə hüquqi şəxslərin təşkili və fəaliyyəti ilə əlaqədar dərc edilməsi qanunvericiliklə nəzərdə tutulmuş digər məlumatlar (kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla) ümumi tanışlıq üçün rəsmi dövlət qəzetində dərc edilir.[79]

IV fəsil

YEKUN MÜDDƏALAR

Maddə 19. Bu Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun tələblərinin pozulması Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyətə səbəb olur.

Maddə 20. Qanunun qüvvəyə minməsi

  1. 1. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
  2. 2. Bu Qanunun tələbləri dövlət qeydiyyatına alınması və dövlət reyestrinə daxil edilməsi qaydası xüsusi qanunvericilik aktı ilə tənzimlənən hüquqi şəxslərə şamil edilmir.
  3. 3. “Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında” 1996-cı il 6 fevral tarixli, 17-IQ saylı Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək başqa dövlət orqanlarında dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin qeydiyyat sənədləri bu Qanun qüvvəyə mindiyi gündən 1 il müddətində onları qeydiyyata almış orqanlar tərəfindən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təhvil verilməlidir. Bu sənədlər həmin hüquqi şəxslər və ya onların təsisçiləri tərəfindən də təqdim edilə bilər.
  4. 4. Bu Qanun qüvvəyə mindikdən sonra 6 ay müddətində bütün hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları öz qanuni təmsilçiləri haqqında məlumatları, əvvəllər bu məlumatlar təqdim edilməmişsə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidirlər.[80]
  5. 5. Bu Qanun qüvvəyə mindiyi gündən “Hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında” 1996-cı il 6 fevral tarixli, 17-IQ saylı Azərbaycan Respublikasının Qanunu qüvvədən düşmüş hesab edilir.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 12 dekabr 2003-cü il

№ 560-IIQ

 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

  1. 03 dekabr 2004-cü il tarixli 793-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 1)
  2. 28 iyun 2005-ci il tarixli 970-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 700)
  3. 30 dekabr 2005-ci il tarixli 45-IIIQD  nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 70)
  4. 1 fevral 2008-ci il tarixli 543-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 fevral 2008-ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 49)
  5. 12 fevral 2010-cu il tarixli 952-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 18 aprel 2010-cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-ci il, № 4, maddə 265)
  6. 30 dekabr 2011-ci il tarixli 284-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 24 yanvar 2012-ci il, № 017, “Azərbaycan” qəzeti 25 yanvar 2012-ci il, № 18, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 01, maddə 2)
  7. 12 iyun 2012-ci il tarixli 382-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 11 iyul 2012-ci il, № 151, “Azərbaycan” qəzeti 15 iyul 2012-ci il, № 155, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 07, maddə 651)
  8. 22 noyabr 2013-cü il tarixli 820-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 29 dekabr 2013-cü il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1479)
  9. 17 dekabr 2013-cü il tarixli 848-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 4 fevral 2014-cü il, № 23, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 78)
  10. 20 iyun 2014-cü il tarixli 991-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 11 iyul 2014-cü il, № 146; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 769)
  11. 17 oktyabr 2014-cü il tarixli 1078-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 20 noyabr 2014-cü il, № 253; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1356)
  12. 28 noyabr 2014-cü il tarixli 1116-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 dekabr 2014-cü il, № 280, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1526)
  13. 6 oktyabr 2015-ci il tarixli 1352-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 14 noyabr 2015-ci il, № 250, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 11, maddə 1259)
  14. 5 aprel 2016-cı il tarixli 190-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 aprel 2016-cı il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 644)
  15. 30 sentyabr 2016-cı il tarixli 324-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 oktyabr 2016-cı il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1606)
  16. 14 aprel 2017-ci il tarixli 619-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 may 2017-ci il, № 109)
  17. 14 aprel 2017-ci il tarixli 586-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 iyun 2017-ci il, № 119)

 

QANUNA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

[1] 1 fevral 2008-ci il tarixli 543-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 fevral 2008-ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 49) ilə 2.0.7-ci maddədən “vahid” sözü çıxarılmışdır.

[2] 1 fevral 2008-ci il tarixli 543-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 fevral 2008-ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 49) ilə 2.0.8-ci maddədən “vahid” sözü çıxarılmışdır.

[3] 14 aprel 2017-ci il tarixli 619-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 may 2017-ci il, № 109) ilə 2.0.9-1-ci maddə əlavə edilmişdir.

[4] 30 dekabr 2011-ci il tarixli 284-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 24 yanvar 2012-ci il, № 017, “Azərbaycan” qəzeti 25 yanvar 2012-ci il, № 18, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 01, maddə 2) ilə 2.0.9-cu maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və 2.0.10-cu, 2.0.11-ci, 2.0.12-ci və 2.0.13-cü maddələr əlavə edilmişdir.

[5] 14 aprel 2017-ci il tarixli 619-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 may 2017-ci il, № 109) ilə 2.0.13-cü maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və aşağıdakı yeni 2.0.14-cü maddə əlavə edilmişdir.

[6] 17 dekabr 2013-cü il tarixli 848-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 4 fevral 2014-cü il, № 23, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 78) ilə 4.1-ci maddəyə üçüncü cümlə əlavə edilmişdir.

14 aprel 2017-ci il tarixli 619-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 may 2017-ci il, № 109) ilə 4.1-ci maddənin ikinci cümləsinə “təşkilatları,” sözündən sonra “publik hüquqi şəxslər,” sözləri əlavə edilmişdir.

[7] 17 oktyabr 2014-cü il tarixli 1078-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 20 noyabr 2014-cü il, № 253; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1356) ilə 4.2-1-ci maddə əlavə edilmişdir.

[8] 03 dekabr 2004-cü il tarixli 793-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 1, maddə 1) ilə 4.3-cü maddəsinin ikinci cümləsi çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:

Hüquqi şəxslərin dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması işinin təkmilləşdirilməsi, dövlət qeydiyyatını və dövlət reyestrini aparan orqanın maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədi ilə həmin rüsumun 15 faizi Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının xüsusi hesabına keçirilir.

30 dekabr 2011-ci il tarixli 284-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 24 yanvar 2012-ci il, № 017, “Azərbaycan” qəzeti 25 yanvar 2012-ci il, № 18, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 01, maddə 2) ilə 4.3-cü maddədə “qurumların” sözündən sonra “(yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı istisna olmaqla)” sözləri əlavə edilmişdir.

14 aprel 2017-ci il tarixli 619-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 may 2017-ci il, № 109) ilə 4.3-cü maddəyə “şəxslərinin” sözündən sonra “, publik hüquqi şəxslərin” sözləri əlavə edilmişdir.

[9] 28 iyun 2005-ci il tarixli 970-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 700) ilə Qanuna 4.5-ci maddə əlavə edilmişdir.

[10] 30 dekabr 2011-ci il tarixli 284-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 24 yanvar 2012-ci il, № 017, “Azərbaycan” qəzeti 25 yanvar 2012-ci il, № 18, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 01, maddə 2) ilə 4.6-cı maddə əlavə edilmişdir.

[11] 14 aprel 2017-ci il tarixli 619-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 may 2017-ci il, № 109) ilə 5.3.2-1-ci maddə əlavə edilmişdir.

[12] 1 fevral 2008-ci il tarixli 543-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 fevral 2008-ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 49)ilə 5.3.4-cü maddə əlavə edilmişdir.

[13] 30 dekabr 2011-ci il tarixli 284-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 24 yanvar 2012-ci il, № 017, “Azərbaycan” qəzeti 25 yanvar 2012-ci il, № 18, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 01, maddə 2) ilə 5.4.1-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

5.4.1. təsis sənədləri – hüquqi şəxs statusu almaq istəyən qurumun təsisçisi (təsisçiləri) və ya onun (onların) səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnaməsi, həmin qurumun yaradılması və nizamnaməsinin təsdiq edilməsi haqqında qərar (qərarda hüquqi şəxs statusu almaq istəyən qurumun təsisçiləri tərəfindən onun təsis edilməsi niyyəti, birləşmə, ayrılma və bölünmə zamanı yeni hüquqi şəxs yaradılarkən yenidən təşkilin şərtləri, nizamnamənin təsdiq edilməsi, təyin edildiyi halda, qanuni təmsilçi və onun səlahiyyətləri, habelə təsisçilər tərəfindən zəruri hesab edilən digər məsələlər göstərilməli və bu qərar bütün təsisçilər tərəfindən imzalanmalıdır);

14 aprel 2017-ci il tarixli 619-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 may 2017-ci il, № 109) ilə 5.4.1-ci maddəyə birinci halda “tərəfindən” sözündən sonra “, publik hüquqi şəxslərin isə “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada” sözləri əlavə edilmişdir.

[14] 28 iyun 2005-ci il tarixli 970-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 700) ilə 5.4.4-cü maddə çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:

  1. 4. 4. icraedici və sərəncamverici səlahiyyətlərə malik olan qanuni təmsilçinin adı, soyadı, atasının adı, yaşayış yeri barədə məlumatları əks etdirən və onun təmsilçilik səlahiyyətini təsdiq edən sənəd, habelə notariat qaydasında təsdiq edilmiş imza nümunələri;

1 fevral 2008-ci il tarixli 543-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 fevral 2008-ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 49) ilə 5.4.4-cü maddə əlavə edilmişdir.

[15] 12 fevral 2010-cu il tarixli 952-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 18 aprel 2010-cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-ci il, № 4, maddə 265) ilə 5.4.4-1-ci maddə əlavə edilmişdir.

17 dekabr 2013-cü il tarixli 848-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 4 fevral 2014-cü il, № 23, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 78) ilə 5.4.4-1-ci maddədə “təsisçisi (təsisçiləri)” sözlərindən sonra “və qanuni təmsilçisi (təmsilçiləri)” sözləri əlavə edilmişdir.

17 oktyabr 2014-cü il tarixli 1078-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 20 noyabr 2014-cü il, № 253; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1356) ilə 5.4.4-1-ci maddəyə “(təmsilçiləri)” sözündən sonra ”, habelə xarici qeyri-hökumət təşkilatının filial və ya nümayəndəliyinin qanuni təmsilçisi (təmsilçiləri)” sözləri əlavə edilmişdir.

[16] 17 dekabr 2013-cü il tarixli 848-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 4 fevral 2014-cü il, № 23, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 78) ilə 5.4.5-ci maddədə “hüquqi ünvanını” sözlərindən sonra “(daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yerə dair məlumatı)” sözləri əlavə edilmişdir.

[17] 28 iyun 2005-ci il tarixli 970-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 700) ilə 5.4.6-cı maddə çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:

  1. 4. 6. qanunla xüsusi olaraq nəzərdə tutulduğu halda, digər sənədlər.

1 fevral 2008-ci il tarixli 543-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 fevral 2008-ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 49) ilə 5.4.6-cı maddə əlavə edilmişdir.

[18] 12 fevral 2010-cu il tarixli 952-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 18 aprel 2010-cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-ci il, № 4, maddə 265) ilə 5.4.6-cı maddədə nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və aşağıdakı məzmunda 5.4.7-ci və 5.4.8-ci maddələr əlavə edilmişdir.

[19] 6 oktyabr 2015-ci il tarixli 1352-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 14 noyabr 2015-ci il, № 250, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015-ci il, № 11, maddə 1259) ilə 5.4.8-ci maddəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 5.4.9-cu maddə əlavə edilmişdir.

[20] 30 dekabr 2011-ci il tarixli 284-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 24 yanvar 2012-ci il, № 017, “Azərbaycan” qəzeti 25 yanvar 2012-ci il, № 18, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 01, maddə 2) ilə 5-1-ci maddə əlavə edilmişdir.

[21] 28 noyabr 2014-cü il tarixli 1116-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 dekabr 2014-cü il, № 280, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1526) ilə 5-1.2-ci maddədə “bu Qanunun 5.4.1-ci maddəsində nəzərdə tutulmuş təsis sənədləri” sözləri “nizamnamə” sözü ilə əvəz edilmişdir.

[22] 28 noyabr 2014-cü il tarixli 1116-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 dekabr 2014-cü il, № 280, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1526) ilə 5-1.3-cü maddədə “bu Qanunun 5.4.1-ci maddəsində nəzərdə tutulmuş cəmiyyətin təsis sənədləri” sözləri “nizamnamə” sözü ilə, “onları” sözü “onu” sözü ilə əvəz edilmişdir.

[23] 17 oktyabr 2014-cü il tarixli 1078-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 20 noyabr 2014-cü il, № 253; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1356) ilə 6.1.1-1-ci maddə əlavə edilmişdir.

[24] 12 fevral 2010-cu il tarixli 952-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 18 aprel 2010-cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-ci il, № 4, maddə 265) ilə 6.1.2-1-ci maddə əlavə edilmişdir.

[25] 17 oktyabr 2014-cü il tarixli 1078-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 20 noyabr 2014-cü il, № 253; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1356) ilə 6.1.5-ci maddənin sonunda nöqtəli vergül işarəsi nöqtə işarəsi ilə əvəz edilmişdir və ikinci cümlə əlavə edilmişdir.

[26] 17 oktyabr 2014-cü il tarixli 1078-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 20 noyabr 2014-cü il, № 253; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1356) ilə 6.1.6-cı maddə əlavə edilmişdir.

[27] 1 fevral 2008-ci il tarixli 543-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 fevral 2008-ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 49) ilə 7.1-ci maddədə “5” rəqəmi “3” rəqəmi ilə əvəz edilmişdir.

[28] 1 fevral 2008-ci il tarixli 543-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 fevral 2008-ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 49)ilə 7.1.2-ci maddədən ” təsisçi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda, onun şəxsiyyətini təsdiq edən sənədin surəti, habelə” sözləri çıxarılmışdır.

[29] 28 iyun 2005-ci il tarixli 970-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 700) ilə Qanuna 7-1-ci maddə əlavə edilmişdir.

22 noyabr 2013-cü il tarixli 820-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 29 dekabr 2013-cü il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1479) ilə 7-1-ci maddənin mətni yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Hüquqi şəxs statusu almaq istəyən kommersiya qurumunun, o cümlədən xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialının dövlət qeydiyyatı 3 gündən gec olmayaraq həyata keçirilməlidir.

1 fevral 2008-ci il tarixli 543-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 fevral 2008-ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 49) ilə 7.1-ci maddədə “5” rəqəmi “3” rəqəmi ilə əvəz edilmişdir.

[30] 28 iyun 2005-ci il tarixli 970-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 700) ilə 8-ci maddənin adı yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

Hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması qaydası

[31] 28 iyun 2005-ci il tarixli 970-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 700) ilə 8.1-ci maddədə “qurumun” sözü “qeyri-kommersiya qurumunun” sözləri ilə, “hüquqi şəxsin” sözləri “qeyri-kommersiya hüquqi şəxsinin” sözləri ilə əvəz edilmişdir.

17 dekabr 2013-cü il tarixli 848-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 4 fevral 2014-cü il, № 23, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 78) ilə 8.1-ci maddədən “, bir qayda olaraq,” sözləri çıxarılmışdır.

[32] 28 iyun 2005-ci il tarixli 970-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 700) ilə 8.3-cü maddənin birinci cümləsində “hüquqi şəxs statusu almaq istəyən qurumun, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialının” sözləri çıxarılmışdır.

[33] 28 iyun 2005-ci il tarixli 970-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 700) ilə 8.5-ci maddənin birinci cümləsində “Hüquqi şəxs statusu almaq istəyən quruma, habelə xarici hüquqi şəxsin nümayəndəlik və ya filialına bu Qanunla” sözləri “Bu maddədə” sözləri ilə əvəz edilsin.

[34] 28 iyun 2005-ci il tarixli 970-IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2005-ci il, № 8, maddə 700) ilə 8.6-cı maddə çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:

  1. 6. Bu Qanunla müəyyən edilmiş müddətlər hesablanarkən qeyri-iş günləri nəzərə alınmır.

[35] 14 aprel 2017-ci il tarixli 619-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 may 2017-ci il, № 109) ilə 8-1-ci maddə əlavə edilmişdir.

[36] 14 aprel 2017-ci il tarixli 619-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 may 2017-ci il, № 109) ilə 9.2-1-ci və 9.2-2-ci maddələr əlavə edilmişdir.

[37] 14 aprel 2017-ci il tarixli 619-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 may 2017-ci il, № 109) ilə 9.3-cü maddənin birinci cümləsində “Hüquqi” sözü “Bu Qanunun 9.2-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi” sözləri ilə əvəz edilmişdir.

[38] 17 dekabr 2013-cü il tarixli 848-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 4 fevral 2014-cü il, № 23, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 78) ilə 9.3-cü və 9.4-cü maddələr əlavə edilmişdir.

[39] 1 fevral 2008-ci il tarixli 543-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 fevral 2008-ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 49) ilə 10-cu maddə çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:

Maddə 10. Yenidən qeydiyyat

  1. 1. Hüquqi şəxslərin, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filiallarının hüquqi ünvanı bir inzibati ərazi vahidindən digərinə dəyişdikdə, qanunvericilikdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında reyestrə daxil edilir və ona yeni reyestr nömrəsi verilir.
  2. 2. Qanunvericiliklə müəyyən edilmiş digər hallarda da yenidən qeydiyyat aparıla bilər.

[40] 30 dekabr 2011-ci il tarixli 284-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 24 yanvar 2012-ci il, № 017, “Azərbaycan” qəzeti 25 yanvar 2012-ci il, № 18, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 01, maddə 2) ilə 11.3.1-1-ci maddə əlavə edilmişdir.

[41] 12 fevral 2010-cu il tarixli 952-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 18 aprel 2010-cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-ci il, № 4, maddə 265) ilə 11.3.2-1-ci maddə əlavə edilmişdir.

[42] 12 fevral 2010-cu il tarixli 952-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 18 aprel 2010-cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-ci il, № 4, maddə 265) ilə 11.3.3-cü maddədə «olduqda» sözündən sonra «, qeyri-hökumət təşkilatlarının adında Azərbaycan Respublikasının dövlət orqanlarının adlarından, habelə Azərbaycanın görkəmli şəxsiyyətlərinin adlarından (onların yaxın qohumlarının və ya vərəsələrinin icazəsi olmadan) istifadə edildikdə» sözləri əlavə edilmişdir.

[43] 17 dekabr 2013-cü il tarixli 848-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 4 fevral 2014-cü il, № 23, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 78) ilə 11.4-1-ci maddə əlavə edilmişdir.

[44] 1 fevral 2008-ci il tarixli 543-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 fevral 2008-ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 49)ilə 12.3-cü maddədən “vahid” sözü çıxarılmışdır.

[45] 12 fevral 2010-cu il tarixli 952-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti 18 aprel 2010-cu il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2010-ci il, № 4, maddə 265) ilə 12.3-1-ci maddə əlavə edilmişdir.

[46] 1 fevral 2008-ci il tarixli 543-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 fevral 2008-ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 49) ilə 12.7-ci maddə çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:

  1. 7. Hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının dövlət qeydiyyatına alınması məqsədi ilə dövlət reyestrini aparan orqanın sorğusu əsasında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həmin qurumlar üçün eyniləşdirmə kodu alınır və onlar həmin kod altında reyestrə daxil edilir.

 

[47] 17 oktyabr 2014-cü il tarixli 1078-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 20 noyabr 2014-cü il, № 253; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1356) ilə 12.8.2-ci maddəyə “edilməsi” sözündən sonra “və qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi” sözləri əlavə edilmişdir.

[48] 17 oktyabr 2014-cü il tarixli 1078-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 20 noyabr 2014-cü il, № 253; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1356) ilə 12.8.3-1-ci maddə əlavə edilmişdir.

[49] 1 fevral 2008-ci il tarixli 543-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 fevral 2008-ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 49)ilə 12.9-cu maddənin birinci cümləsindən “vahiddir,” sözü və həmin maddənin ikinci cümləsi çıxarılmışdır.

Əvvəlki redaksiyada deyilirdi:

Kommersiya və qeyri-kommersiya hüquqi şəxslərinin reyestri ayrı aparılır.

[50] 30 dekabr 2005-ci il tarixli 45-IIIQD  nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 70) ilə 12.11-ci maddədən “,saxlanmaq üçün təqdim olunan imza nümunələrinin” sözləri çıxarılmışdır.

1 fevral 2008-ci il tarixli 543-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 fevral 2008-ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 49) ilə 12.11-ci maddədə “reyestr kitabının” sözlərindən sonra “qeyri kommersiya hüquqi şəxsləri üçün” sözləri əlavə edilmişdir və “məzmunu” sözü “forması” sözü ilə əvəz edilmişdir.

17 oktyabr 2014-cü il tarixli 1078-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 20 noyabr 2014-cü il, № 253; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1356) ilə 12.11-ci maddədə “hüquqi şəxsləri” sözləri “qurumları” sözü ilə əvəz edilmişdir.

14 aprel 2017-ci il tarixli 619-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 may 2017-ci il, № 109) ilə 12.11-ci maddədə “, dövlət reyestr kitabının, qeyri-kommersiya qurumları üçün dövlət qeydiyyatı haqqında şəhadətnamənin və dövlət reyestrindən çıxarışın formaları və ərizənin” sözləri “və dövlət reyestr kitabının” sözləri ilə əvəz edilmişdir.

[51] 1 fevral 2008-ci il tarixli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 fevral 2008-ci il, № 29) ilə 12.12-ci maddə əlavə edilmişdir.

30 dekabr 2011-ci il tarixli 284-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 24 yanvar 2012-ci il, № 017, “Azərbaycan” qəzeti 25 yanvar 2012-ci il, № 18, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 01, maddə 2) ilə 12.12-ci maddədə “ərizəsinin” sözündən sonra “(o cümlədən, elektron ərizənin)” sözləri əlavə edilmişdir.

14 aprel 2017-ci il tarixli 619-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 may 2017-ci il, № 109) ilə 12.12-ci maddədə “Kommersiya qurumları üçün dövlət” sözləri “Dövlət” sözü ilə əvəz edilmişdir və həmin maddədən “(o cümlədən elektron ərizənin)” və “və onun internet səhifəsində yerləşdirilir” sözləri çıxarılmışdır.

[52] 1 fevral 2008-ci il tarixli 543-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 fevral 2008-ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 49)ilə 13.3-cü maddə əlavə edilmişdir.

14 aprel 2017-ci il tarixli 619-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 may 2017-ci il, № 109) ilə 13.3-cü maddədə “Dövlət qeydiyyatına alınmış kommersiya hüquqi şəxsə, xarici kommersiya” sözləri “Müvafiq icra hakimiyyəti orqanı tərəfindən dövlət qeydiyyatına alınmış hüquqi şəxsə, xarici” sözləri ilə əvəz edilmişdir və həmin maddədən “sahibkarlıq fəaliyyəti subyektləri üçün Azərbaycan Respublikasında vahid kod olan” sözləri çıxarılmışdır.

[53] 1 fevral 2008-ci il tarixli 543-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 fevral 2008-ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 49)ilə 13.3-cü maddədən “, habelə bank hesabının açılması və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyata alınması” sözləri çıxarılmışdır və 13.3-cü maddə 13.4-cü maddə hesab edilmişdir.

28 noyabr 2014-cü il tarixli 1116-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 dekabr 2014-cü il, № 280, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 12, maddə 1526) ilə 13.4-cü maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

13.4. Dövlət qeydiyyatı haqqında şəhadətnamə və ya dövlət reyestrindən çıxarış möhürün, ştampın, firma blankının, əmtəə nişanının hazırlanması üçün əsas sənəddir və bunlar üçün hər hansı əlavə sənəd tələb edilmir.

[54] 17 dekabr 2013-cü il tarixli 848-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 4 fevral 2014-cü il, № 23, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 78) ilə 14.1.2-ci maddədə “hüquqi ünvanı” sözlərindən sonra “(daimi fəaliyyət göstərən orqanının, siyasi partiyada rəhbər orqanlarının qərargahının yerləşdiyi yerə dair məlumat)” sözləri əlavə edilmişdir.

14 aprel 2017-ci il tarixli 619-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 may 2017-ci il, № 109) ilə 14.1.5-ci maddəyə “qurumları” sözündən sonra “və publik hüquqi şəxslər” sözləri əlavə edilmişdir.

[55] 1 fevral 2008-ci il tarixli 543-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 fevral 2008-ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 49)ilə 14.1.5-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

qurumun eyniləşdirmə kodu;

[56] 14 aprel 2017-ci il tarixli 619-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 may 2017-ci il, № 109) ilə 14.1.6-cı maddəyə “haqqında” sözündən sonra “, təsisçi dövlət və ya bələdiyyə olduqda, bu Qanunun 5.3.2-1-ci maddəsində qeyd edilən” sözləri əlavə edilmişdir.

[57] 20 iyun 2014-cü il tarixli 991-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 11 iyul 2014-cü il, № 146; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 769) ilə 14.1.8-ci maddənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilmişdir və yeni məzmunda 14.1.9-cu və 14.1.10-cu maddələr əlavə edilmişdir.

[58] 30 dekabr 2011-ci il tarixli 284-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 24 yanvar 2012-ci il, № 017, “Azərbaycan” qəzeti 25 yanvar 2012-ci il, № 18, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 01, maddə 2) ilə 14.2.2-ci maddədə “müşahidə şurası” sözləri “direktorlar şurası (müşahidə şurası)” sözləri ilə əvəz edilmişdir.

[59] 17 dekabr 2013-cü il tarixli 848-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 4 fevral 2014-cü il, № 23, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 78) ilə 14.2.3-cü maddədə “ərazisi,” sözündən sonra “ictimai birliklərin üzvlərinin sayı,” sözləri əlavə edilmişdir.

17 oktyabr 2014-cü il tarixli 1078-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 20 noyabr 2014-cü il, № 253; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1356) ilə 14.2.3-cü maddəyə “fəaliyyət ərazisi” sözlərindən sonra “, qurumun əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olan təsisçisinin (təsisçilərinin) daimi yaşamaq üçün icazə müddətinin bitməsi tarixi” sözləri əlavə edilmişdir.

[60] 14 aprel 2017-ci il tarixli 619-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 may 2017-ci il, № 109) ilə 14.2.3-1-ci maddə əlavə edilmişdir.

[61] 20 iyun 2014-cü il tarixli 991-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 11 iyul 2014-cü il, № 146; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 769) ilə 14.2.4-cü maddəyə “yaşayış yeri” sözlərindən sonra “, habelə dövlət qeydiyyatı ilə əlaqədar bağlanmış sazişin qüvvədə olma müddəti” sözləri əlavə edilmişdir.

[62] 17 dekabr 2013-cü il tarixli 848-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 4 fevral 2014-cü il, № 23, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 78) ilə 14.2.4-cü və 14.2.5-ci maddələr əlavə edilmişdir.

17 oktyabr 2014-cü il tarixli 1078-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 20 noyabr 2014-cü il, № 253; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1356) ilə 14.2.5-ci maddəyə “səlahiyyət müddəti” sözlərindən sonra “, qurumun əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olan qanuni təmsilçisinin (təmsilçilərinin) daimi yaşamaq üçün icazə müddətinin bitməsi tarixi” sözləri, “dayandırılmasına” sözündən sonra “və bərpa edilməsinə” sözləri əlavə edilmişdir.

[63] 1 fevral 2008-ci il tarixli 543-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 fevral 2008-ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 49)ilə 15.2-ci maddədə ” vaxtdan ən geci 3 gün keçənədək dövlət reyestrindən çıxarış göndərilməlidir” sözləri ” vaxt dövlət reyestrindən çıxarış verilməlidir” sözləri ilə əvəz edilmişdir.

[64] 12 iyun 2012-ci il tarixli 382-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 11 iyul 2012-ci il, № 151, “Azərbaycan” qəzeti 15 iyul 2012-ci il, № 155, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 07, maddə 651) ilə 15.9-cu maddə əlavə edilmişdir.

[65] 12 iyun 2012-ci il tarixli 382-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 11 iyul 2012-ci il, № 151, “Azərbaycan” qəzeti 15 iyul 2012-ci il, № 155, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 07, maddə 651) ilə 15.9-cu maddə əlavə edilmişdir.

14 aprel 2017-ci il tarixli 586-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 4 iyun 2017-ci il, № 119) ilə 15.9.3-cü maddəsində “orqanına” sözündən sonra “, habelə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş qaydada monitorinq iştirakçılarına və monitorinqdə iştirak edən digər şəxslərə” sözləri əlavə edilmişdir.

[66] 5 aprel 2016-cı il tarixli 190-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 aprel 2016-cı il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 644)ilə yeni məzmunda 15.9.5-1-ci maddə əlavə edilmişdir.

[67] 5 aprel 2016-cı il tarixli 190-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 19 aprel 2016-cı il, № 82, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 4, maddə 644)ilə yeni məzmunda 15.9.6-1-ci maddə əlavə edilmişdir.

[68] 22 noyabr 2013-cü il tarixli 820-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 29 dekabr 2013-cü il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1479) ilə 16.1-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

16.1. Hüquqi şəxs, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialı qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada ləğv edildikdə və ləğvetmə tədbirləri həyata keçirildikdən sonra onların reyestrdən çıxarılması barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir.

[69] 22 noyabr 2013-cü il tarixli 820-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 29 dekabr 2013-cü il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1479) ilə 16.1-1-ci və 16.1-2-ci maddələr əlavə edilmişdir.

[70] 30 sentyabr 2016-cı il tarixli 324-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 21 oktyabr 2016-cı il, № 232, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016-cı il, № 10, maddə 1606ilə 16.2.4-cü maddəsinə “orqanının” sözündən sonra “yaratdığı qurumun” sözləri əlavə edilmişdir.

[71] 22 noyabr 2013-cü il tarixli 820-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 29 dekabr 2013-cü il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1479) ilə 16.2-ci maddə yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

16.2. Ərizəyə aşağıdakı sənədlər əlavə olunur:

16.2.1. ləğvetmə qərarı;

16.2.2. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilməsi təsdiq olunmuş balans və ya vergi bəyannaməsi;

16.2.3. Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının son vergi yoxlamasının nəticələri barədə məlumat;

16.2.4. qurumun dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin və nizamnaməsinin (əsasnaməsinin) əsli və möhürü;

16.2.5. qurumun ləğvi barədə məlumatın mətbuatda dərc olunmasını təsdiq edən sənəd;

16.2.6. hüquqi şəxs yenidən təşkil formasında ləğv edildikdə, bu Qanunun 16. 2. 2 və 16. 2. 3-cü maddələrində nəzərdə tutulmuş sənədlər istisna olmaqla, müvafiq olaraq təhvil aktı və ya balansının surəti;

  1. 2. 7. qanunvericilikdə nəzərdə tutulduğu hallarda, digər sənədlər.

[72] 20 iyun 2014-cü il tarixli 991-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 11 iyul 2014-cü il, № 146; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 07, maddə 769) ilə 16.5-ci maddədə “ərizəni” sözü “sənədləri” sözü ilə əvəz edilmişdir.

[73] 17 dekabr 2013-cü il tarixli 848-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 4 fevral 2014-cü il, № 23, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 2, maddə 78ilə 16.7-ci maddəyə üçüncü cümlə əlavə edilmişdir.

[74] 22 noyabr 2013-cü il tarixli 820-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 29 dekabr 2013-cü il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1479) ilə 16.8-ci maddədən “60 gün ərzində” sözləri çıxarılmışdır.

[75] 22 noyabr 2013-cü il tarixli 820-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 29 dekabr 2013-cü il, № 289, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013-cü il, № 12, maddə 1479) ilə 16.9-cu maddə əlavə edilmişdir.

[76] 17 oktyabr 2014-cü il tarixli 1078-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 20 noyabr 2014-cü il, № 253; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1356) ilə 16.10-cu maddə əlavə edilmişdir.

[77] 1 fevral 2008-ci il tarixli 543-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 fevral 2008-ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 49)ilə “17.0.“, “17.01.“, “17.0.2.” rəqəmləri müvafiq olaraq “17.1.“, “17. 1.1“, “17.1.2.” rəqəmləri ilə əvəz edilmişdir, 17.1-ci maddəyə “Azərbaycan” sözündən əvvəl “qeyri-kommersiya hüquqi şəxslərin, habelə xarici qeyri-kommersiya hüquqi şəxsin nümayəndəlik və ya filiallarının dövlət qeydiyyatını aparan” sözləri əlavə edilmişdir.

1 fevral 2008-ci il tarixli 543-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 8 fevral 2008-ci il, № 29, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2008-ci il, № 2, maddə 49) ilə 17.2-ci17. 2.1.-ci17.2.2.-ci maddələr əlavə edilmişdir.

14 aprel 2017-ci il tarixli 619-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Azərbaycan” qəzeti, 23 may 2017-ci il, № 109) ilə 17-ci maddənin mətni yeni redaksiyada verilmişdir.

Əvvəlki redaksiyada deyilirdi:

17.1. qeyri-kommersiya hüquqi şəxslərin, habelə xarici qeyri-kommersiya hüquqi şəxsin nümayəndəlik və ya filiallarının dövlət qeydiyyatını aparan Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı:

17.1.1. hüquqi şəxsi, xarici hüquqi şəxsin nümayəndəlik və ya filialını dövlət qeydiyyatına aldıqdan və dövlət reyestrinə daxil etdikdən sonra bu barədə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına hər ay müəyyən edilmiş formada məlumat göndərir;

17.1.2. qanunvericiliklə müəyyən edilmiş hallarda dövlət qeydiyyatına alınmış hüquqi şəxslər ləğv edildikdə və ya dövlət reyestrindəki yazılar ləğv edildikdə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına bu barədə məlumat verir.

17.2. Kommersiya hüquqi şəxsin, habelə xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və ya filiallarının dövlət qeydiyyatını aparan Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı;

  1. 2.1. hər gün dövlət qeydiyyatına aldığı kommersiya hüquqi şəxsləri, habelə xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və ya filialları barədə məlumatları aidiyyəti üzrə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına elektron və (və ya) kağız daşıyıcı formasında göndərir;

17.2.2. qanunvericilikdə müəyyən edilmiş hallarda dövlət qeydiyyatına alınmış kommersiya hüquqi şəxsi, habelə xarici kommersiya hüquqi şəxsin nümayəndəlik və ya filialı ləğv edildikdə və ya dövlət reyestrindəki yazılar ləğv edildikdə, Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarına bir gün müddətində bu barədə məlumat verilir.

[78] 12 iyun 2012-ci il tarixli 382-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 11 iyul 2012-ci il, № 151, “Azərbaycan” qəzeti 15 iyul 2012-ci il, № 155, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 07, maddə 651) ilə 18.1-ci maddənin birinci cümləsində “hər” sözü “Kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla, hər” sözləri ilə əvəz edilmişdir.

[79] 12 iyun 2012-ci il tarixli 382-IVQD nömrəli Azərbaycan Respublikasının Qanunu (“Respublika” qəzeti, 11 iyul 2012-ci il, № 151, “Azərbaycan” qəzeti 15 iyul 2012-ci il, № 155, Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012-ci il, № 07, maddə 651) ilə 15.6-cı maddədə “yazı” sözündən, 15.7-ci maddədə və 15.8-ci maddənin birinci cümləsində “çıxarışlar” sözündən, 18.2-ci maddədə “məlumatlar” sözündən sonra “(kommersiya hüquqi şəxslərin təsisçiləri (iştirakçıları) və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar istisna olmaqla)” sözləri əlavə edilmişdir.

[80] 30 dekabr 2005-ci il tarixli 45-IIIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2006-cı il, № 2, maddə 70) ilə 20.4-cü maddədən “onların imza nümunələrini,” sözləri çıxarılmışdır.

http://e-qanun.gov.az/framework/5403