İşğal altındakı ərazilərdə qeyri-qanuni fəaliyyətlərin qarşısının alınması ilə bağlı beynəlxalq konfrans keçirilir

Avropa Komissiyası: Azərbaycanın işğal olunmuş ərazilərində kommersiya fəaliyyəti cinayət məsuliyyəti yaradır
Azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar Azərbaycan Respublikası Milli Məclisinin Bəyanatı
İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Qüds məsələsi ilə bağlı fövqəladə Zirvə toplantısı keçirilib

Azərbaycan Prezidenti İlham Əliyevin qarşıya qoyduğu tapşırığa uyğun olaraq, “Hərbi işğal altında olan ərazilərdə iqtisadi və digər fəaliyyətlərin qeyri-qanuniliyi: üçüncü tərəflərin öhdəlikləri və münaqişənin həllinə təsirləri” mövzusunda Bakıda beynəlxalq konfrans keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbirin əsas məqsədi Ermənistanın hərbi işğalı nəticəsində nəzarət olunmayan Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazilərində təcavüzkar dövlətin və digər ölkələrin hüquqi və fiziki şəxslərinin qanunsuz hərəkətlərini dünyanın nüfuzlu beynəlxalq hüquqşünasları və ekspertlərinin, o cümlədən ölkəmizin aidiyyəti qurumlarının mütəxəssislərinin də iştirakı ilə müzakirə etmək, bu fəaliyyətin hüquqi aspektlərini və nəticələrini müəyyənləşdirməkdir.

Konfransda əvvəlcə xarici işlər naziri Elmar Məmmədyarovun, ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevin, iqtisadiyyat nazirinin müavini Rüfət Məmmədovun və UNESCO-nun Ümumdünya İrs Mərkəzinin direktoru xanım Meçtild Rösslerin çıxışları dinlənilib.

Sonra isə konfrans “Hərbi işğal altında olan ərazilərdə qeyri-qanuni fəaliyyətlə bağlı beynəlxalq hüquqi çərçivə”, “Beynəlxalq hüquqda üçüncü tərəflərin öhdəlikləri və məsuliyyəti”, “İşğal olunmuş ərazilərdə aparılan qanunsuz iqtisadi fəaliyyətə beynəlxalq cavab” adlı panel iclaslarla davam etdirilib.

Tədbirdə bir sıra dövlət qurumları, xarici ölkələrin və beynəlxalq təşkilatların ölkəmizdəki diplomatik missiyaları, xarici və yerli elmi-akademik dairələrinin nümayəndələri də iştirak edirlər.