MDB ölkələri arasında təhlükəsizlik sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Nazirlik autizmli xəstələrlə bağlı yeni layihə hazırlayır, 18 yaşdan sonra diaqnoz dəyişdirilməyəcək
Ölkədə xüsusi karantin rejiminin müddəti uzadılıb
Azərbaycan paytaxtında “Bakı 2019: Ulduzlar Finalı” qarşılaşması keçirilib

Martın 14-də Moskva şəhərində Rusiya Federasiyası müdafiə nazirinin birinci müavini, Baş Qərargah rəisi Valeri Gerasimovun sədrliyi ilə MDB ölkələrin Silahlı Qüvvələrin Gərargah Rəisləri Komitəsinin iclası başlayıb.

“Report”un Rusiya bürosu xəbər verir ki, tədbirdə Azərbaycan, Belarus, Ermənistan, Qazaxıstan, Qırğız Respublikası, Rusiya Federasiyası, Özbəkistan, Tacikistan təmsilçiləri iştirak ediblər.

MDB ölkələrinin təhlükəsizliyinə təhdidlərin, beynəlxalq terrorçuluğa qarşı mübarizə məsələlərinin müzakirə olunduğu görüşdə Rusiyanın Baş Qərargah rəisi V.Gerasimov çıxışında hərbi əməkdaşlıq çərçivəsində hava müdafiəsi, dronlardan istifadə, mühəndislik təminatı, kadr hazırlığı kimi sahələrdə nailiyyətlər əldə etdiklərini bildirib.

İclasda iştirakçı ölkələr arasında 2025-ci ilədək hərbi əməkdaşlığın inkişafına dair konsepsiyanın müddəaları, pilotsuz aviasiyanın tətbiqi və belə vasitələrə qarşı tədbirlərlə bağlı əməkdaşlığın əsas istiqamətləri təsdiq olunub.

Həmçinin 2020-ci il üçün müştərək tədbirlər planı razılaşdırılıb.