Nazirlik autizmli xəstələrlə bağlı yeni layihə hazırlayır, 18 yaşdan sonra diaqnoz dəyişdirilməyəcək

Fransa nümayəndə heyəti Cocuq Mərcanlıya səfər edib
Prezident İlham Əliyev Münxendə Şanxay Əməkdaşlıq Təşkilatının Baş katibi ilə görüşüb
MSK-ya daxil olan müraciətlə bağlı məsələ müzakirə olunub

“Autizmli xəstələrə qoyulan diaqnoz 18 yaşdan sonra da dəyişdirilməyəcək və ömürlərinin sonuna qədər məhz bu diaqnozla tanınacaq”.

Bunu “Report”a açıqlamasında əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli deyib.

O xatırladıb ki, hazırda qanunvericilikdə əlilliyin müəyyən olunması ilə bağlı meyarlar mövcuddur: “Sağlamlıq imkanları məhdud olan həmin şəxslərə 18 yaşına qədər autizm xəstəsi diaqnozu qoyulur. Həmin yaşdan sonra onlar sağlamlıq imkanları məhdud insanlar sayılmır və başqa fərqli diaqnoz qoyulur. Bu da həmin insanın həyatına təsir edir, əmək bazarında işə götürülmür, cəmiyyətdə özlərini tapmalarına maneə yaradır”.

M.Kərimli qeyd edib ki, mövcud meyarlarda dəyişiklik edilməsi qərara alınıb və yeni layihə hazırlanır: “Layihəyə əsasən, autizmli şəxslərə 18 yaşından sonra başqa diaqnoz qoyulmayacaq və elə həmin xəstəliklə də qeydiyyatda olacaqlar. Hazırda Səhiyyə Nazirliyi ilə bir çox məsələlər müzakirə olunur. Gələcəkdə autizm xəstələrinin həyatları boyu bu diaqnozla qeydiyyatda olması təmin ediləcək. Bu da həmin insanlara olan yanaşmanı dəyişəcək”.