Prezident İlham Əliyev Rusiya Federal Məclisi Federasiya Şurasının sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycanın dəstəyi ilə Dünya İrs Xəritəsi nəşr olunub
Rusiyanın aparıcı “Rossiya-24” telekanalı Azərbaycan haqqında “Merci Baku” adlı xüsusi reportaj yayımlayıb
Prezident İlham Əliyev Bakının Xəzər rayonunda “Buzovna-1” yarımstansiyasının açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 12-də Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri xanım Valentina Matviyenkonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AZƏRTAC xəbər verir ki, görüşdə Prezident İlham Əliyev Rusiya Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkoya Azərbaycanın “Dostluq” ordenini təqdim edib.

Xanım Valentina Matviyenko Azərbaycan ilə Rusiya arasında əməkdaşlıq və qarşılıqlı əlaqələrin möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə dövlətimizin başçısının Sərəncamı ilə bu ordenlə təltif olunub.