QHT-lərə Dövlət Dəstəyi Şurası 2018-ci ildəki fəaliyyəti ilə bağlı hesabat verib

Dövlət sərhədində növbəti təxribat törədən düşmən öz avtomobil texnikasını yandıraraq geri çəkilib
Küveytin “Əl-Cəridə” qəzeti: Azərbaycan fərqli və möhtəşəm ölkədir
Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı Avropa Festivallar Assosiasiyasına üzv olub

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2018-ci ildəki fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat konfransı keçirib.

AZƏRTAC xəbər verir ki, toplantıda Şura Katibliyinin icraçı direktoru Fərasət Qurbanov hesabat məruzəsi ilə çıxış edib. Bildirilib ki, ötən il maliyyələşən layihələrin sayı 576, ayrılan vəsait 3999105 manat təşkil edib. 2018-ci ildə maliyyələşən layihələrin icrasına 2067 nəfər cəlb olunub. Bunlardan 661 nəfər daimi, 1406 nəfər müvəqqəti işçilərdir. Layihələr çərçivəsində keçirilən tədbirlərə ümumilikdə 88903 nəfər cəlb olunub.

Qeyd edilib ki, il ərzində 491 təlim keçirilib və bu təlimlərdə 10878 nəfər iştirak edib. 1585 müxtəlif tədbir keçirilib, 34 adda kitab, 36 adda kitabça, 213 adda buklet, 212 adda digər materiallar (posterlər, təqvimlər və s.) hazırlanıb. 107 televiziya verilişi, 36 sosialçarx, 34 film, 11 sayt yaradılıb və 21 digər növ tədbirlər təşkil olunub.

2018-ci il ərzində 2 qrant müsabiqəsi təşkil edilib və yüzlərlə QHT-nin layihəsi Şura tərəfindən maliyyələşdirilib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş 30 layihə maliyyələşib. Münaqişə ilə bağlı 48 tədbir, 4 təlim keçirilib, 2 adda kitab, 3 adda kitabça,14 adda buklet və digər nəşr məhsulları, 1 sayt, 1 sosial çarx və 1 tamaşa hazırlanıb, 5 film çəkilib. Bu istiqamətdə Macarıstanın Debreçen, Gürcüstanın Tbilisi, ABŞ-ın Nyu-York şəhərlərində müxtəlif tədbirlər keçirilib.

Həmçinin Şuranın “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” çərçivəsində “Açıq hökumətin təşviqi və korrupsiyaya qarşı mübarizəyə dair təşəbbüslər” istiqaməti üzrə 11 qeyri-hökumət təşkilatının layihəsinə 79000 manat qrant vəsaiti ayrılıb.

QHT-lərin təklif və şikayətlərinin qəbulu üçün Şuranın 1672 nömrəli “Qaynar xətt”inə 2018-ci ildə 17 müraciət daxil olub. Daxil olan hər bir müraciət araşdırılıb və müvafiq tədbirlər görülüb.

Tədbirdə, həmçinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Konstitusiya” Araşdırmalar Fondu “Açıq Hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın monitorinqini həyata keçirildiyi bildirilib.

Hesabat məruzəsi ilə bağlı çıxış edən QHT rəhbərləri və digərləri Şuranın 2018-ci ildəki fəaliyyətinin məhsuldar olduğunu bildiriblər.