Qondarma “erməni soyqırımı” ilə bağlı layihənin Konqresə çıxarılması Hillari Klintondan asılıdı

ABŞ RF-nin Azərbaycandakı RLS-dən birgə istifadə etmək təklifi ilə razılaşmayacaq
“Bölgədə əsl dialoq yalnız Azərbaycan torpaqlarının işğaldan xilas edilməsindən sonra başlaya bilər”
Yerevanda keçirilən 4-cü plenar sessiya Avronest PA-nın əhəmiyyətsiz qurum olduğunu bir daha sübüt etdi

Türkiyə Rusiyanın Ermənistanı silahlandırmasına qarşıdır”

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədrinin xarici əlaqələr üzrə müavini Suat Kınıklıoğlu Vaşinqtondan səfərdən qayıdıb. O, ABŞ paytaxtında “erməni məsələsi” ilə bağlı çoxsaylı görüşlər keçirib. S. Kınıklıoğlu bütün bu məsələlər barədə APA-nın Türkiyə bürosunun əməkdaşına verdiyi eksklüziv müsahibəsində danışıb.

– “Erməni məsələsi” və Ermənistanla Türkiyənin münasibətlərinin normallaşması ilə bağlı mütəmadi olaraq xarici işlər naziri Əli Babacanın açıqlamalarını eşidirik. ABŞ-da Siz bu məsələ ilə necə məşğul oldunuz?

– Məsələ ciddi olaraq gündəlikdə durur. Erməni lobbisinin dəstəyi ilə qondarma “soyqırım”la bağlı qərar layihəsi hər an yenidən Konqresin gündəliyinə gələ bilər. Biz bunun baş verməməsinə çalışırıq. Yaxın vaxtlarda Məclisimizdən yəni həyətlər məsələ barədə obyektiv məlumat vermək üçün ABŞ-a gedəcək. Biz Türkiyə ilə Ermənistan arasındakı münasibətləri Azərbaycanın da razılığı ilə düzəldərək, erməni diasporunun Ermənistan üzərindəki təsirini azaltmağa çalışırıq. Erməni diasporu bundan çox narahatdır. Əslində biz bir daşla iki quş vurmaq istəyirik, bu prosesdə, həm erməni diasporunu oyundan kənara vəziyyətə salırıq, həm də Dağlıq Qarabağ məsələsinin ədalətli həll edilməsi üçün qardaş Azərbaycana kömək göstərmək istəyirik.

– Obama iqtidarının “erməni soyqırımı”nın Konqresdən keçməsinə dəstək verəcəyini ehtimal edirsinizmi?

– İndi Obama iqtidarı daha çox iqtisadi məsələlərlə məşğuldur. Ancaq bu o demək deyil ki, sabah və ya o biri gün qondarma “erməni soyqırımı” məsələsi Konqresin gündəliyinə yenidən gətirilməyəcək. Burada dövlət katibi Hillari Klintondan çox şey asılı olacaq. Əgər xanım Klinton bu qərar layihəsinə qarşı çıxarsa, erməni lobbisinin Konqresə yəni bir layihə gətirməsi çətin olacaq. Deyə bilərəm ki, bu məsələdə açar Hillari Klintonun əlindədir.

– Rusiyanın Gürcüstanı işğalından sonra Türkiyənin baş naziri “Qafqazda Sabitlik və Əməkdaşlıq Platforması” təklif etdi. Bu təklifin aqibəti necə oldu? Türkiyə Rusiya ilə bir yerdə ola biləcəkmi?

– Türkiyənin Rusiya ilə xüsusi münasibətləri var. Bizim əlaqələrimiz getdikcə inkişaf edir. Rusiyanın əsas problemi Gürcüstanladır. Bu iki ölkə öz arasındakı problemi həll edərsə, “Platforma”nın güclənməsi üçün yaxşı şərait yaranar.

– Ancaq Rusiyanın Ermənistanı silahlandırması barədə faktlar var. Daha əvvəl rəsmi İrəvana 1.1 milyard dollarlıq silah satan Rusiya keçən il də Ermənistana 800 milyon dollarlıq silah verib. Bu durumda “Qafqazda Sabitlik və Əməkdaşlıq Platforması”nın gələcəyinə olan inam sarsılmırmı?

– Rusiya bütün silah satışlarına sırf ticari nöqteyi-nəzərdən baxır. Moskva Çindən İrana qədər aktiv şəkildə silah ticarəti ilə məşğuldur. Ancaq Ermənistana aktiv şəkildə silah satması bölgədəki sülhü baltalayır. Biz Rusiyanın Ermənistanı bu şəkildə silahlandırmasına qarşıyıq. Çünki bu satışlar hər şeydən əvvəl Dağlıq Qarabağ probleminin ədalətli həllinə mane olur. Biz isə Azərbaycan torpaqlarının bir an əvvəl işğaldan azad edilməsini və Dağlıq Qarabağ məsələsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməsini istəyirik. /APA/