QULİYEV Nazim Qabil oğlu

YƏHYAYEV Elşad Məmmədhənifə oğlu
MURTUZƏLİYEV Sergey Murtuzəli oğlu
SERYOGİN Viktor Vasilyeviç

QULİYEV Nazim Qabil oğlu (7.2.1965, Beyləqan r-nunun Örənqala k. – 9.1.1992, Füzuli) – Azərbaycanın Milli Qəhrəmanı (8.10.1992, ölümündən sonra).

1965-ci ildə Beyləqan rayonunun Örənqala qəsəbəsində doğulub. 1986-cı ildə ata yurdu Yuxarı Yağlıvənd kəndinə (Füzuli rayonu) gəlib. 1991-ci ilin hadisələri ilə əlaqədar Füzuli rayon DİŞ-də təşkil olunan rotada xidmət edib. Qaradağlı, Xələfşə və Cuvarlı döyüşlərində igidlik nümunəsi göstərib.

1992-ci il yanvarın 9-da idarə etdiyi BTR-lə 7 əsgərimizi ölümdən xilas edərkən öz həyatını qurban verib. Füzulidə Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycan Respublikası Prezidentinin 8 oktyabr 1992-ci il tarixli fərmanı ilə ölümündən sonra ona “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adı verilmişdir. Füzuli şəhərindəki Fioletov küçəsi, Yağlıvənd kənd orta məktəbi, eləcə də, Beyləqan rayonunun Örənqala qəsəbə orta məktəbi onun adım daşıyır.

Subay idi…

Əd.: Nazim Tapdıqoğlu (Vəlişov) “Füzuli rayonu Toponimləri, tarixi abidələri, şəhidləri, görkəmli şəxsiyyətləri və ziyalıları ” (Ensiklopedik məlumat kitabı), Bakı, 2009, s. 472