Elşən Aslanov: “S.Şaumyanın rəhbərliyi ilə Bakıda törədilən qırğınlar sonralar Şamaxı, Quba və Göyçay qəzalarının şəhər və kəndlərində davam etdirildi”

AVRONEST PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Elxan Süleymanovun müraciəti
PRESS-RELIZ
AVCIYA bələdiyyə seçkiləri ilə əlaqədar seminarlara Şirvandan başladı

Müsahibimiz tarix üzrə fəlsəfə doktoru Elşən Aslanovdur

 

– Elşən müəllim, xoş gəlmisiniz. 

Bildiyimiz kimi XX əsrin 80-ci illərinin sonlarından yaşadığımız günlərədək regionun ən güclü dövləti olan suveren Azərbaycan Respublikası yenidən köhnə havadarlarının dəstəklə­diyi erməni təcavüzü ilə üz-üzədir. Lakin əslində tarixə nəzər saldıqda belə bir qanunauyğunluq aşkar edirik ki, kəskin, təzadlarla dolu bütün mərhələlərdə: istər 1905-ci ildə Çar Rusiyası birinci rus inqilabının təlatümləri içində boğulanda, istər 1917-ci ilin oktyabr hadisələrindən sonra imperiyanın dağılması nəticəsində gənc müstəqil dövlətlər yarandığı dövrdə ermənilər “Böyük Ermənistan dövləti” yaratmaq uğrunda “mübarizə”də hər zaman türk-müsəlman əhaliyə qarşı öz şovinist məqsədlərindən məharətlə istifadə etmişlər.

Bu gün Stepan Şaumyanın başçılıq etdiyi Bakı Xalq Komissarları Sovetinin fəaliyyət göstərdiyi dövrdə meydana çıxan problemlərlə bağlı məqamlara tarixi baxımdan bir qədər nəzər salmaq və aydınlıq gətirmək istərdik.

– İlk öncə dəvətiniz üçün təşəkkür edirəm. Qeyd edək ki, 1917-ci ilin noyabrında Bakıda və bütünlüklə Bakı quberniyasında hakimiyyəti ələ keçirmiş Stepan Şaumyanın başçılıq etdiyi Bakı Soveti, 1918-ci il aprelin 25-dən – iyulun 31-dək  Cənubi Qafqazda So­vet hakimiyyətinin ilk səlahiyyətli hakimiyyət orqanı kimi mövcud olmuş Bakı Xalq Komissarları Soveti həmin dövrdə bölgədə ən nüfuzlu siyasi partiya olan “Müsavat”la daima mübarizə aparırdı. Bolşevik pərdəsi adı al­tında düşünülmüş şəkildə “Bakını faktiki və hüquqi olaraq Azərbaycandan ayırmaq, Bakını erməniləşdirmək” planı  yeritmiş, bu məqsədlə  nəinki Bakıda, eyni zamanda Azərbaycanın ayrı-ayrı bölgələrində xalqımıza qarşı kütləvi soyqırı­mı cinayəti həyata keçirmişdir.

İlk dəfə Bаkı Kоm­munаsının mənfur planlarına, Bakı Xalq Komissarları Sovetinin tаriхinə, siyа­si fəаliyyətinə dövlət səviyyəsində hüquqi-siyаsi qiymət  ümummilli lidеr Hеydər Əliyеvin 1998-ci il mаrtın 26-da “Аzərbаycаnlılаrın sоyqırımı hаqqındа” fərmаnı ilə verildi.

Bakı Xalq Komissarları Sovetinin sədri S.Şаumyаnı Bаkının аzərbаycаnlılаrdаn ibаrət оlmаsı ciddi şəkildə nаrаhаt еdirdi: “Bizi şəhərin milli tərkibi qоr­хudurdu”, “Müsəlman əksinqilabi ünsürləri bütün Zaqafqaziyada vəziyyətin ağası ola bilərdilər. Əgər onların siyasi məqsədi – Zaqafqaziyanı Rusiya­dan ayırıb, Türkiyə protektoratlığına tabe etdirmək məqsədi nəzərə alınarsa, aydındır ki, Bakıda onlar qalib gəlsəydilər, Zaqafqaziya Rusiya üçün itirilmiş olardı”, mart soyqırımları zamanı “erməni alayının хidmətlərindən istifаdə еtmək zəruri idi, əldə оlunаn qələbə isə о qədər böyükdür ki, bu rеаllığа еlə də хələl gətirmir” kimi fikirlərin onun tərəfindən аydın şəkildə bəyаn edilməsi isə Ba­kı Xalq Komissarları Sovetinin mаhiyyətini, оnun hаnsı аmаlа хidmət еtdiyini açıqlayır.

Uzun illər Bakı Xalq Komissarları Sovetinin həyаtа kеçirdiyi аntiаzərbаycаn mаhiyyətli tədbirlər həyаti vаcib, qаnunаyuğun fəаliyyət prоqrаmı kimi təqdim еdilsə də, əslində impеriyа mаrаqlаrını Zаqаfqаziyаdа qоrumаq, möhkəm­ləndirmək və dərinləşdirmək üçün Fеvrаl burjuа inqilаbındаn sоnrа milli-mədəni, ərаzi muхtа­riyyəti uğrundа, qаnlı mаrt qırğınlarından sоnrа isə müstəqil, dеmоkrаtik dövlət qur­mаq uğrundа gərgin mübаrizəyə аtılаn milli istiqlаl hərəkаtına divаn tutmаq üçün bоlşеviklərin dаşnаklаrlа еyni cəbhədə, birgə fəаliyyəti “sоvеt hаkimiyyəti uğrundа əksinqilаbı qüvvələrə qаrşı mübаrizə” kimi qələmə vеrilən yаlаn və sахtа bеynəlmiləlçilik şüarlarından başqa bir şey olmamışdır.

– Bakı Xalq Komissarları Sovetinin  fəaliyyəti ilə bağlı tarixşünaslıqda müxtəlif yanaşmaların mövcud olduğu məlumdur. Problemi araşdıran tədqiqatçı kimi tarixşünaslıqda mövcud olan yanaşmalarla  əlaqədar  fikirlərinizi bizimlə bölüşməniz maraqlı olardı.

– Tarixşünaslıqda bu qurumun fəaliyyət göstərdiyi dövrdə meydana çıxan problemlərlə bağlı müxtəlif fikirlər öz əksini tapır. Qurumun tarixi ilə bağlı yazılmış əsərlər sovet, mühacir, xarici ölkə və müstəqillik dövrünün tarixşünaslığına bölünür.

Qırmızı Professorlar İnstitutunun məzunları tərəfindən yazılan 1920-1930-cu illər sovet tarixşünaslığında bolşevik ideologiyasının azərbaycanlılar arasında geniş nüfuza, təsir dairəsinə malik olmadığı aydın şəkildə etiraf edilir.

Lakin ümumulikdə götürdükdə, sovet tarixçilərinin hamısı Bakı Xalq Komissarları Sovetindən bəhs edərkən eyni stereotiplərə, sovet ideologiyasının müəyyən etdiyi qaydalara, üslub, forma, məzmun normalarına sadiq qalmış, Bakı Xalq Komissarları Sovetinin həyata keçirdiyi bütün tədbirləri Cənubi Qafqazda sovet hakimiyyətinin dayaqlarını möh­kəmləndirməyə yönəldilmiş həyati vacib, qanunauyğun fəaliyyət proqramı kimi təq­dim etmişlər. Bu müəlliflərin demək olar ki, hamısı Bakı Xalq Komissarları Sovetinin təşkilini tarixi zərurət hesab edir, bəhs olunan dövrdə məhz bolşeviklərin ən düzgün sosial-iqtisadi və siyasi platformaya malik olması fikrini cəmiyyətə xüsusi bir inad­karlıqla təlqin etmişlər.

Bakı Xalq Komissarları Sovetinin tarixinə dair obyektiv prizmadan yazılan əsər­lər mühacir və xarici ölkə tarixçilərinin, həmçinin müstəqillik illərində vətən tarixçi­lərinin əsərləri sayıla bilər.

Mühacir müəlliflərin əksəriyyəti M.Ə.Rəsulzadə, Ə.Topçubaşov, H.Baykara, M.B.Məm­mədzadə, Y.V.Çəmənzəminli, C.Hacıbəyli və b. Azərbay­can Xalq Cümhuriyyətinin ideoloqları olduqlarından onlar bir tərəfdən müstəqil Azərbaycanı tanıtmaq üçün Avropada və dünyanın başqa ölkələrində təbliğat apar­mış, digər tərəfdən ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi qırğınların nəticə­lərini təhlil etməklə məşğul olmuş, təkcə Bakı Xalq Komissarları Sove­tinin fəaliyyətini deyil, 1918-1920-ci illərdə Azərbaycanda hakimiyyət uğrunda gedən mübarizə­ni, həmin dövrün ictimai-siyasi mənzərəsini çox dinamik və elmi obyektiv konteksdə təsvir etməyə nail olmuşlar. Məhz mühacir müəlliflər Bakı Xalq Komissarları Soveti­nin antiazərbaycan yönümlü siyasətini, ümumiyyətlə, Azərbaycanda bolşevik siyasi rejiminin xarakterini, xalqımıza qarşı soyqırımı, milli-müstəmləkə siyasəti kimi kon­septual məsələləri geniş dünya ictimaiyyətinə çatdırmaqla gündəmdə saxlaya bilmiş­lər.

– Müsavatın artan nüfuzu təbii ki, erməniləri narahat edirdi.  Bu səbəbdən “Müsavat” partiyasına münasibətdə S.Şaumyanın mövqeyi və məqsədi nədən ibarət idi?

– Düzdür, Sovet dönəmində Bakı Kommunasının tarixinə dair bütün tədqiqat işlərində Ba­kıda Sovet hakimiyyəti uğrunda mübarizədən söhbət gedəndə ilk növbədə bu antitürk siyasi xətti ilə seçilən qurumun Azərbaycan xalqını öz ardınca aparan,  eləcə də bütün Cənubi Qafqazın ən nüfuzlu siyasi partiyası – Müsavat partiyası ilə mübarizəsi ön plana çəkilirdi.

Müsavatın həmin dövrdə durmadan artan siyasi nüfuzuna qısqanclıqla yanaşan S.Şaumyan yazırdı: “İnqilabın lap əvvəllərində heç bir rol oynamayan, heç bir təşkilata, heç bir partiya ənənələrinə, heç bir hakimiyyətə malik olmayan Müsavat, ikinci ilin əvvəllərində Za­qafqaziyanın ən güclü siyasi partiyasına çevrildi”. Bu isə Bakı ilə bağlı öz məqsədi, mülahizələri olan S.Şaumyanı narahat edirdi. Çünki, onun fikrinə görə, müsavatçılar bolşevik-daşnak qüvvələrinə qarşı üsyan hazırlayırdılar; “Onlar yalnız Sovet hakimiyyətini devirmək üçün mübari­zə aparmırdılar. Onlar Zaqafqaziyanı tamamilə ayırmaq, Bakını Azərbaycanın paytaxtına çevirmək uğrunda mübarizə aparırdılar”. Bununla da heç cür barış­maq istəməyən S.Şaumyan bəyan edirdi ki: “Bizim siyasətimiz – vətəndaş müharibəsi siyasətidir. Kim bu siyasətin əleyhinədirsə, bizim düşmənlərimizin nökərləridirlər. Vətəndaş müharibəsi gələcək üçün vacibdir”.

Siyasi hakimiyyətə legitim yolla gələ bilməyəcəklərini gözəl anlayan bolşeviklərə isə hakimiyyətə gəlmək üçün Bakıda bu və ya digər şəkildə hərbi-siyasi insident təşkil etmək hava və su kimi lazım idi. Bütün bunlar isə  “Biz buna şüurlu şəkildə getdik” söyləyən Bakı Sovetinin rəhbəri S.Şaumyan tərəfindən  1918-ci ilin mart-aprel aylarında daşnak partiyasının 4 minlik hərbi hissələri cəlb edilməklə milli qırğın zəminində həyata keçirildi. Bunu Bakı Xalq Komissarları Soveti sədrinin оğlu Surеn Şаumyаn “Bakı Kommunası” əsərində də yazırdı: “1918-ci ilin Bаkı hаdi­sələrində “Dаşnаksütyun” pаrtiyаsının rоlu hеç də аz mаrаq kəsb еtmir. Dаşnаklаr türk-müsəlmаn bаndаlаrının hücumundаn müdаfiə оlunmаğımızdа fəаl rоl оynаdılаr. Bu isə о dеməkdir ki, Qızıl Оrdunun böyük əksə­riyyəti dаşnаklаrdаn ibаrət idi”. Daşnak millətçilərinin azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı Bakının azərbaycanlılardan təmizlənməsi və erməniləşdirilməsinə, ermənilərin Azərbaycanda siyasi və iqtisadi ağalığını təmin etməyə yönəldilmişdi.

V.İ.Leninin mandatı ilə, bolşevik paltarı altında gizlənən, əslində isə “Daşnaksütyun” partiyasının üzvü S.Şaumyanın rəhbərliyi ilə Bakıda törədilən qırğınlar sonralar Şamaxı, Quba və Göyçay qəzalarının şəhər və kəndlərində davam etdirildi, Qarabağda, Zəngəzurda və Azərbaycanın başqa rayonlarında daha amansız şəkil aldı.

– S.Şaum­yanın Leninin razılığı ilə və razılığı olmadan Azərbaycanda həyata keçirdiyi digər «tədbirlər»lə bağlı tarixi ədəbiyyatlarda daha hansı fikirlər öz əksini tapır?

– Əslində Bakı Sovetinin milli zəmində qırğın törədib, Bakıda Sovet hökumətinin dayaqlarını möhkəmlətmək cəhdləri ilk növbədə Sovet Rusi­yasını neftlə təchiz etmək məqsədini güdürdü. Y.Ratqauzer İ.Fioletovun Bakı Sovetinin 1918-ci ilin 26 martında keçirilən fövqəladə ic­lasındakı çıxışından sitat gətirərək qeyd edir ki, “Bakı bir fəhlə mərkəzi, Cənubi Qaf­qazda sənayenin yeganə mərkəzi kimi bütün diyarda Sovet hakimiyyətinin dayağı rolunu oynamalı idi. Bakı nefti ümumrusiya miqyasında bütün inqilabı xilas etdiyinə görə Bakının itirilməsi inqilabın misilsiz faciəsi demək idi. Təkcə yerlərdə Sovet hakimiyyətini möhkəmləndir­mək, onu bütün Zaqafqaziyada bərqərar etmək üçün deyil, Rus inqilabını qorumaq­dan ötəri də biz mütləq zəngin neft ehtiyatlarına malik Bakıda mübarizəyə qalxmalı idik”. Müəllif bu sitata öz münasibətini belə ifadə etmişdir: “Beləliklə, bu­rada söhbət özünümüdafiədən, Oktyabr inqilabının mübarizəsindən gedir”. Deməli, bütövlükdə Rusiya inqilabının taleyi məhz Bakı neftindən asılı idi. Şaum­yanın Bakı nefti ilə bağlı həyata keçirdiyi antiazərbaycan mahiyyəti ilə seçilən siyasə­ti Dubnerin “Bakı proletariatı inqilab illərində 1917-1920” əsərinə geniş təsvir olunmuşdur. O, Sovet Rusiyasının neftlə təchiz edilməsini Bakı Soveti qarşısında duran ən mühüm vəzifə hesab etsə də, S.Şaumyanın neft sənayesinin Xəzər ticarət donanması ilə eyni vaxtda milliləşdiril­məsini tələskənlik kimi qiymətləndirir, həmçinin smeta təqdim edilənə qədər və na­viqasiya bağlananadək neft sənayesinin milliləşdirilməsini təxirə salmağı təklif edir­di.

S.Şa­umyan neftlə bağlı yazırdı: “Bakıda əldə etdiyimiz qələbədən sonra Sovet qəti olaraq möhkəmlənmişdir, buna görə də bizim ciddi təd­birlər həyata keçirmək imkanımız vardır. Neft sənayesinin milliləşdirilməsi məsələsi çoxdan həll edilmişdir və indi bunu həyata keçirməyə çalışırıq. İndi neft bizim ixtiya­rımızdadır”.

S.Şaumyan neft sənayesini milliləşdirdikdən sonra pul vəsaitinin çatışmaması səbəbindən bu tədbirin dayandırılmasına dair Lenindən əmr al­mışdır. Bakı Xalq Komissarları Soveti milli­ləşdirilmiş müəssisə və donanmanın yenidən öz sahiblərinə qaytarılmasının öz nüfu­zuna birdəfəlik son qoyacağından ehtiyat etdiyinə görə bu əmri gizli saxlayırdı.

– Bakı Xalq Komissarları Sovetinin milli tərkibi haqqında nə deyə bilərsiniz?

– Bakı Xalq Komissarları Sovetinin milli tərkibində üstünlük ermənilərə məxsus idi. Azərbaycanlılara gəldikdə sovet tarixşünaslığında Məşədi Əzizbəyov Bakı Kommunasının rəhbərlərindən biri kimi təqdim olunsa da, quberniya komissarı kimi hökumətin üzvü hesab edilmirdi. M.Əzizbəyovdan fərqli olaraq Bakı Xalq Komissarları Sovetinin tərkibinə bolşevik Nəriman Nərimanov və partiya mənsubiyyətinə görə sol eser, Torpaqbölmə üzrə xalq komissarı Mir Həsən Vəzirov daxil idilər.

– 26 Bakı Komissarları ilə bağlı son dövrdə mətbuatda gedən yazılarla bağlı, daha dəqiq desək S.Şaumyanın güllələnməməsi, son dövrlərə qədər sağ olması və Hindistanda vəfatı ilə bağlı fikirlərə münasibətiniz?

– 2009-cu ilin yanvarında prezident İ.Əliyevin sərəncamı ilə “Sahil bağı”ndakı “26”ların məzarlarının şəhər qəbirstanlığına köçürülməsi zamanı məzardan çıxan komissarların sayının 23 nəfər olması ilə bağlı mətbuatda bir çox fikirlər səsləndi. Eyni zamanda son dövrlərdə Milli Elmlər Akademiyasının Tarix İnstitutunun hazırladığı sənədlər toplusunda da arxiv araşdırılmaları zamanı S.Şaumyan və A.Mikoyanla bağlı “26 Bakı Komissarları”nın güllələnməsindən sonra, yəni 20 sentyabrdan 1 oktyabr 1918-ci il tarixədək Krasnovodsk həbsxanasında qida ilə təchiz olunmaları haqqında sənəd ortaya çıxmışdır.

Lakin mənim fikrimcə, əgər S.Şaumyan həqiqətən sağ idisə, nədən Azərbaycanda sovet hakimiyyəti qurulandan sonra geri qayıtmadı? …

– Son olaraq nə söyləmək istərdiniz?

– İnformasiya mübarizəsinin böyük önəm kəsb etdiyi müasir dövrdə tarixən yeraltı və yerüstü sərvətləri, son dərəcə əlverişli geostrateji, geosiyasi mövqeyi ilə hər zaman diqqət mərkəzində olan, XX əsrin sonlarında bolşevizm bu­xovlarından qurtularaq, müstəqilliyə, istiqlala qovuşan Azərbaycan Respublikasına, xalqımıza qarşı ermənilərin heç zaman əl çəkmədikləri düşmən­çilik siyasətinin, vəhşi və mənfur xislətinin, geniş dünya ictimaiyyətinə çatdırılması hər zaman gündəmdə olmalı və öz aktuallığını itirməməlidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2018-ci il yanvar ayının 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” imzaladığı sə­rəncamda qeyd olunduğu kimi: “erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbay­canlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlər ölkə və dünya ictimaiy­yətinə daha dolğun şəkildə” çatdırılmalıdır.

Sonda Sizə dövlətimiz və dövlətçiliyimizlə bağlı maraqlı mövzularla gündəmdə gətirdiyinizə görə minnətdarlığımı bildirirəm…

 

Fatma Həsənova,  AVCİYA