“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib

Erməni işğalı nəticəsində dəymiş maddi və mənəvi zərərin hesablanması: Fizuli rayonu
Mayın 25-də qazilərə və şəhid ailələrinə dəstək üçün “YAŞAT” Marafonu keçiriləcək
Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik

“TurStat” Analitik Agentliyi MDB-yə üzv olan və yaxın xaric ölkələrin ən məşhur dağ-xizək kurortlarının 2019-cu il üçün siyahısını açıqlayıb.

AZƏRTAC xəbər verir ki, qış istirahəti üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə Qazaxıstan, Gürcüstan və Azərbaycan kurortları daxil edilib. Reytinqdə ilk üç yeri Qazaxıstanın Çimbulak, Gürcüstanın Qudauri və Azərbaycanın “Şahdağ” kurortu tutub. “Tufandağ” 9-cu yerdədir.

Reytinq 2018/2019-cu qış mövsümü ərzində turist səfərlərinin proqnozlaşdırılan nəticələrinə uyğun olaraq tərtib edilib.

Fəridə Abdullayeva, AZƏRTAC-ın xüsusi müxbiri

Moskva