Şamaxıda IX Sabir Bədii Qiraət Müsabiqəsinə yekun vuruldu

Aİ XİNŞ “Şərq Tərəfdaşlığı” Proqramının 10 illik fəaliyyətini qiymətləndirəcək
İslam mədəniyyətinin inkişafında Azərbaycan alimlərinin roluna dair müzakirələr aparılıb
Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya rəsmi səfəri Prezident İlham Əliyevin və Prezident Vladimir Putinin görüşü olub

Mayın 23-24-də Şamaxı şəhərində Şamaxının millət vəkili Elxan Süleymanovun təşəbbüsü ilə növbəti-doqquzuncu Sabir Bədii Qiraət Müsabiqəsinin yekun tədbirləri  keçirildi. Müsabiqədə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Şamaxı filialı, Şamaxı regional kollecinin tələbələri və ibtidai sinif istisna olmaqla rayon ərazisində fəaliyyət göstərən ümümtəhsil məktəblərinin şagirdləri iştirak edib. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) və Söz Azadlığını Müdafiə Fondunun birgə təşkil etdiyi müsabiqəyə 200 nəfərə yaxın iştirakçı qatılıb.

Tədbirin aparıcıları münsiflər heyətinin üzvü, filalogiya elmləri doktoru, professor Asif Hacıyev və qiraət ustası, gənc aktyor Səfa Mehdi olub. Şamaxı rayon İcra hakimiyyətinin birinci müavini Qasım Qasımov, Şamaxı rayon təhsil şöbəsinin müdiri Namiq Nağıyev, Sabir ev müzeyinin direktoru Rəqsanə Xəlilova və əməyinə görə təltif edilən müəllimələr çıxış edib. Sabir Qiraət Müsabiqəsinin ilk ilinin qalibi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin filologiya fakültəsinin tələbəsi Nuranə Heybətova və II ilin qalibi Pedaqoji universitetin Şamaxı filialının məzunu, Nağaraxana kənd məktəbinin dil ədəbiyyat müəllimi Gülər Məmmədova tədbir iştirakçıları ilə təəssüratlarını bölüşüblər.

Münsüflər heyətini aktyor Səfa Mehdi, professor Asif Hacıyev, Sabir ev müzeyinin direktoru Rəqsanə Xəlilova, rayon təhsil şöbəsinin əməkdaşı Nişanə Əyyubova və AVCİYA vitse- prezidenti Dəyanət Musayev təmsil edib.

Sonra müsabiqə qaliblərinə diplomlar və mükafatlar təqdim təqdim edilib:

I yerə Sabir qəsəbəsi tam orta məktəbin 5-ci sinif şagirdi Hacalı Hacıyev, II yerə Qızmeydan kənd tam orta məktəbin 8-ci sinif şagirdi Aysun Sadıqova, Göylər kənd 2 saylı tam orta məktəbin 6-cı sinif şagirdi Eltac İsgəndərov, III yerə Göylər kənd 1 saylı tam orta məktəbin 10- cu sinif şagirdi Gülnur Ağayeva, Sabir qəsəbə tam orta məktəbin 5-ci sinif  şagirdi Mədinə İbrahimova, Avropa liseyinin 6-ci sinif şagirdi Ayşən Adıgözəlli, həvəsləndirici mükafatlara isə Göylər kənd 1 saylı tam orta məktəbin 5-ci sinif şagirdi Nərmin Abdullayeva, Talışnuru kənd tam orta məktəbin 8-ci sinif şagirdi Elariz Məmmədov, Sabir qəsəbə tam orta məktəbin 7-ci sinif şagirdi Riyad Şıxıyev  layiq görülüb.

Bundan əlavə Sabir Bədii Qiraət Müsabiqəsinin keçirildiyi 9 ildə ən çox qalib hazırlamış müəllimlər və müsabiqənin koordinasiya işlərini həyata keçirmiş rayon təhsil şöbəsinin mütəxəssisi Nişanə Əyyubova təltif ediliblər.

Tədbirin sonunda iştirakçılar Seyid Əzim Şirvaninin qəbrini və Mirzə Ələkbər Sabirin abidəsini ziyarət edərək önünə gül dəstələri qoyublar. Qeyd edək ki, Mirzə Ələkbər Sabirin vəsiyyətinə əsasən onu ziyarət etmək istəyən ilk növbədə müəllimi Seyid Əzim Şirvanini qəbrini ziyarət etməlidir. 2011-ci ildə böyük şairin qəbirüstü abidəsi Şamaxının millət vəkili Elxan Süleymanov tərəfindən yenidən qurulub.