Seçki komissiyalarının formalaşdırılmasında müxtəlf ölkələrin təcrübəsi

Şahin Əliyev: Referendum Aktının layihəsi barədə Venesiya Komissiyasının rəyi siyasi sifarişdir
Milli Məclisin deputatları Avronest Parlament Assambleyasının komitə iclaslarında iştirak ediblər
Azərbaycan Prezidenti İlham Əliyevin İsveçrəyə işgüzar səfəri Davosda Dünya İqtisadi Forumunun prezidenti ilə görüş

(əvvəli ötən buraxılışlarımızda)

Ukrayna
Seçki komissiyaları 3 pilləli struktura malikdir:
1) Mərkəzi Seçki Komissiyası;
2) Dairə Seçki Komissiyaları;
3) Məntəqə Seçki Komissiyaları
Mərkəzi Seçki Komissiyası – Namizədlikləri Prezident tərəfindən irəli sürülən, Parlament tərəfindən təyin olunan, 7 illik səlahiyətə malik 15 üzvdən ibarətdir. Prezident namizədləri irəli sürərkən parlamentdəki fraksiya qruplarla məsləhətləşir. MSK sədri və onun 2 müavinini MSK gizli səsvermə yolu ilə özü seçir. MSK – da səsvermə hüququ olmayan üzvlər yoxdur. Qanuna görə MSK üzvü – son 5 ildə Ukraynda daimi qeydiyyatda olmaq şərti ilə, ölkə vətəndaşı olmalı, məhkumluğu olmamalı, ən azı 25 yaşı olmalı, dövlət dilində sərbəst danışmaq bacarığı və əmək qabiliyyətli olmalıdır. MSK üzvü, onun müavinləri, MSK katibi və ən azı 5 üzvün ali hüquq təhsili oilmalıdır. MSK üzvlərinin elmi fəaliyyətdən başqa digər işlərdə işləməsi qadağandır.
Dairə Seçki Komissiyaları – 18 üzvdən ibarətdir. Onların 15 nəfərinin namizədliyi 2005 – ci ildən parlamentdə təmsil olunuan 15 partiya və bloklar tərəfindən irəli sürülüb. Yerdə qalan 3 yerə isə seçkilərdə iştirak etmək üçün qeydiyyatdan keçmiş digər partiyalar namizədlər irəli sürür. Bu 3 yerə üzvlər MSK da keçirilən püşkatma ilə müəyyənləşdirilir. Hər bir partiya və blokun Məntəqə Seçki Komissiyalarının üzvlərinin hər üç kateqoriyasına namizəd vermək hüququ var. Hər bir partiya və blokun DSK – da nümayəndələri olur. Ukraynada 225 DSK var.
Məntəqə Seçki Komissiyaları – DSK –lar formasında təşkil olunur. MnSK – da partiyalar tərəfindən irəli sürülən namizədlər kifayət etmədikdə MnSK sədri müvafiq namizədlər təqdim etmək hüquqna malikdir. Qanunvericilikdə Məntəqə Seçki Komissiyalarında partiya təmsilşiliyini balanslaşdırmaq haqqında heç bir tələb yoxdur. Ukraynada 34039 MnSK var.

Gürcüstan 
Seçki komissiyaları 3 pilləli struktura malikdir:
1) Mərkəzi Seçki Komissiyası;
2) Dairə Seçki Komissiyaları
3) Məntəqə Seçki Komissiyaları və

Abxaziya və Acariya Muxtar Respublikalarının ali seçki komissiyaları
Mərkəzi Seçki Komissiyasının – 7 üzvü var. MSK sədrliyinə namizədlər Gürcüstan prezidenti tərəfindən parlamentə təqdim edilir. Digər MSK üzvlüyünə namizədlər isə Rəqabət Komissiyasının Gürcüstan prezidentinə verdiyi təkliflər əsasında parlamentə təqdim olunur. MSK – nın səlahiyyət müddətinin başa çatmasına 60 gün qalmış Gürcüstan prezidenti Rəqabət Komissiyasının yaradılması haqqında sərəncam verir. Komissiya prezidentə hər vakant yer üçün 2 və ya 3 namizəd verir. Rəqabət Komissiyasınınn müraciətindən sonra ən geci 7 gün ərzində prezident hər vakant yer üçün 2 namizəd, MSK sədrliyinə 1 namizəd müəyyənləşdirir.
Namizədlərin siyahısı parlamentə təqdim edildikdən 14 gün ərzində parlament adlı səsvermə yolu ilə MSK üzvlərini və sədrini seçir. Hər bir namizəd ayrı – ayrılıqda səsə qoyulur. Ən çox səs toplayan namizədlər seçilmiş hesab olunur. Boş qalmış yerlər olarsa seçki proseduru yenidən keçirilir. Eyni namizəd 2 dəfədən çox olmayaraq irəli sürülə bilər. Siyasi partiyalar MSK – da təmsil olunmurlar.
Qanunla MSK üzvü – ali təhsilli, heç bir partiyanın üzvü olmayan, ictimaiyyətə müraciət imici olan, Gürcü dilində sərbəst danışan, Seçki administrasiyasının sertifikatını almış, ən az 3 il iş təcrübəsi olan şəxslər ola bilərlər.
Dairə Seçki Komissiyaları – MSK tərəfindən verilmiş sertifikatlara malik olan şəxlərdə aşıq müsabiqə yolu ilə seçilirlər.
Məntəqə Seçki Komissiyası – 9 üzvdən ibarətdir. Son seçkilərdə ülk üç yeri tutmuş partiyaların MnSK üzvlərinin 2/3 hissəsini təyin etmək hüququ var. Yedə qəlan üzvlər DSK tərəfindən təyin olunur. Gürcüstanda 76 DSK, 3033 MnSK fəaliyyət göstərir.

Son