Şirvan şəhərində gənclər üçün hüquqi və psixoloji seminar-məşğələ keçirilmişdir

“KarabakhİNFO.com” və 1905.az arasında görüş keçirilib
“Şamaxı qırmızı terrorun hədəfində (1930-40-cı illər repressiyaları)” kitabı çapdan çıxıb
“Azərbaycan bələdiyyə sistemi: reallıqlar və problemlər” mövzusunda dəyirmi masa keçirilib

“İnsan hüquqları üzrə İctimai Şura” ictimai birliyinin Azərbaycan Respublikasının Prezidenti Yanında Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ailə institutunun möhkəmləndirilməsi məqsədilə gənclər üçün psixoloji və hüquqi yardımların təşkili” layihəsi çərçivəsində 29.09.2018-ci il tarixdə Şirvan şəhərində gənclər üçün hüquqi və psixoloji seminar-məşğələ keçirilmişdir. Seminar məşğələdə ailə institutu, ailə qurarkən seçim kriteriyaları, ailədəki rol bölgüsü, kişi və qadın arasındakı qarşılıqlı münasibətlər, konfliktlər və onların aradan qaldırılması yolları, ailədə maddi durumunun psixoloji mühitə təsiri, uşağın tərbiyəsi kimi psixoloji mövzular müzakirə olunmuşdur. Tədbirdə həmçinin nikah, nikah müqaviləsi, uşaqlara münasibətdə valideyinlərin vəzifələri, boşanma, aliment kimi vacib hüquqi məsələlər müzakirə olunmuşdur.

Qeyd edək ki, layihə 18 yaşdan yuxarı ailə qurmağa hazırlaşan və ya krizis dövrü sayılan 3-5 il müddət ərzində evli olan gənc ailələri əhatə edir. Layihənin əsas məqsədi ailə qurmağa hazırlaşan gənclərə bu sahədə psixoloji dəstək verilməsi, ailə hüququ sahəsində gənclərin maarifləndirilməsi, ailənin dayaqlarının möhkəmlənməsində nikah müqaviləsinin rolunu, əhəmiyyətini göstərmək, ailə qurmazdan əvvəl tərəflərin nikah müqaviləsi bağlamasının vacibliyini təbliğ etməkdən ibarətdir. 3 ay davam edəcək layihə çərçivəsində Şirvan şəhərləri ilə yanaşı Bakı şəhərində və Xaçmaz rayonunda da seminar-məşğələlər keçiriləcəkdir.