Tanınmış amerikalı radioaparıcı dinləyicilərə Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verəcək

Azərbaycan “National Geographic Traveler Awards-2018” mükafatının iki nominasiyasında ilk üçlükdədir
Azərbaycanda “İnnovasiyalar evi” yaradılacaq
Prezident İlham Əliyev Rusiya Dövlət Dumasının nümayəndə heyətini qəbul edib

Nyu-Yorkun “TalkRadio 77 WABC Radio” radiosunda bu həftə ərzində Azərbaycandan “John Batchelor Show” proqramı yayımlanacaq.

“Report” xəbər verir ki, bu barədə şounun müəllifi Con Betçelor “Twitter” səhifəsində yazıb.

Bildirilib ki, o, həmçinin qoşunların təmas xəttindən birbaşa bağlantılar edəcək, dinləyicilərinə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə məlumatlar verəcək.

“Dinləyici auditoriyama iki nəsildən artıq davam edən Dağlıq Qarabağ münaqişəsinin bütün kabuslarını anlamağa kömək etmək istəyirəm”, – o deyib.

Hazırda proqramın aparıcısı Con Betçelor Azərbaycanın Tərtər bölgəsindəki qoşunların təmas xəttindədir.

C.Betçelor eyni zamanda qeyd edib ki, Azərbaycanın Avropaya enerji çatdırılmasında etibarlı təchizatçı rolu haqqında da bir sıra reportajlar hazırlamaq niyyətindədir.

Report.az