Tartu şəhərində Azərbaycana həsr olunan romanın təqdimatı keçirilib

İlham Əliyev “Franklin Templeton” şirkətinin Baş icraçı direktoru və prezidenti Cenni Consonu qəbul edib
Londonda müstəqilliyin bərpasının 30-cu ildönümü və Vətən müharibəsindəki qələbənin ilk ildönümü qeyd olunub
Əli Əsədov: Azərbaycanda koronavirusla mübarizə üçün kifayət qədər tibbi ləvazimat var

Estoniyanın Tartu şəhərindəki Vana Kuuste məktəbində Kersti Kivirüütün Azərbaycana həsr etdiyi “Küləklər şəhəri” romanının ilkin təqdimatı keçirilib. Yazıçı-tarixçi Kersti Kivirüüt bütün kitablarının ilk təqdimatını vaxtilə çalışdığı bu məktəbdə reallaşdırır.

AZƏRTAC xəbər verir ki, Kersti Kivirüüt qonaqlara Azərbaycan haqqında danışıb, Azərbaycandan olan həmkarları ilə layihələr çərçivəsində gördüyü işlərdən söz açıb.

Tədbir iştirakçılarına Azərbaycan haqqında slaydlar göstərilib. Qonaqlar Kersti Kivirüütün təqdimatında romandan ayrı-ayrı hissələri dinləyiblər. Sonda qonaqlara Azərbaycan çayı və şirniyyatları təqdim edilib.

Xatırladaq ki, Kersti Kivirüütün romanı “Bestseller 2017” ədəbiyyat müsabiqəsinin qalibi olub.

Mayın 27-də Tallinn şəhərində Rahva Raamat kitab şəbəkələri mağazasında romanın növbəti təqdimatı baş tutacaq. Estoniya yazıçısı təqdimatı Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edib.

Nigar Cəfərli, AZƏRTAC-ın xüsusi müxbiri

Tallinn