“Vətənimizə virtual səyahət” layihəsi çərçivəsində “Ucara virtual səyahət” adlı videoçarx hazırlanıb

Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində inşa edilən polipropilen zavodunun açılışı olub Azərbaycan Prezidenti İlham Əliyev və İtaliya Prezidenti Sercio Mattarella açılışda iştirak ediblər
Naxçıvanda Qafqazın ən qədim qızıl bəzək əşyası tapılıb
Müstəqillik Günü münasibəti ilə Heydər Əliyev Mərkəzinin parkında konsert olacaq

Bakı şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanası tərəfindən “Vətənimizə virtual səyahət” layihəsi çərçivəsində “Ucara virtual səyahət” adlı videoçarx hazırlanıb.

AZƏRTAC xəbər verir ki, “Vətənimizə virtual səyahət” layihəsi çərçivəsində hazırlanan videoçarxlar həmçinin “Evdə qal” çağırışına dəstəkdir.

Təqdim olunan videoçarxda Ucar rayonu və onun görkəmli şəxsiyyətləri haqqında ümumi məlumat verilib, rayonun təbiəti, mətbəxi, tarixi abidələri, müasir binaları və parklarına aid fotolar əks olunub.

Videoçarxda Böyük Vətən müharibəsində həlak olmuş Ramal kənd sakinlərinin xatirəsinə ucaldılmış abidə, Ucar rayonu 1941-1945-ci illər müharibəsi döyüşçülərinin xatirəsinə həsr olunmuş abidə, 416-cı Taqanroq diviziyasının şərəfinə ucaldılmış xatirə abidəsi, Ucar rayon Su qülləsi, Bərgüşad kəndi nekropol baş daşı və s. abidələri əks etdirən fotolar verilib.

Burada həmçinin Ucarın Qazyan, Qazqumlaq, Qulabənd və başqa kəndlərinin görüntüsü də təqdim olunub.

Videoçarx Ucar rayonunun Bərgüşad kəndində gözaçan el sənətkarı Aşıq Əhlimanın “Ucarım” mahnısı ilə müşayiət olunur.

“Vətənimizə virtual səyahət” adlı layihəyə daxil olan videoçarxları “Kitabsevər uşaqlar” Facebook” səhifəsində və “YouTube” kanalında da izləmək mümkündür.

Layihə çərçivəsində Azərbaycanın bir çox rayonları haqqında silsilə videoçarxlar hazırlanacaq.

AZƏRTAC