Xoşbəxt Yusifzadə: Azərbaycan indiyədək AÇG-dən 279 milyon ton mənfəət nefti əldə edib

UNESCO-nun nəşr etdirdiyi kitabda “Azərbaycan xalçaçılıq ənənələrinin dirçəldilməsi” məqaləsi yer alıb
Azərbaycan və Xorvatiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
Azərbaycan və İtaliya prezidentlərinin təkbətək görüşü olub

Azərbaycan bu vaxtadək “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından 279 milyon ton mənfəət nefti əldə edib.

AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 22-də Bakıda işə başlayan SOCAR-ın IV beynəlxalq “Xəzər və Mərkəzi Asiya: Neft emalı, Neft-kimya, Ticarət, Logistika” Forumunda şirkətin birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə deyib.

“İndiyədək “Azəri-Çıraq-Günəşli” layihəsinin iştirakçıları mənfəət neftindən gəlir əldə edirlər. İşlənmənin əvvəlindən bu vaxtadək dünya bazarında Azərbaycanın payına düşən 279 milyon ton mənfəət nefti satılıb”, – deyə SOCAR-ın rəsmisi bildirib.