ƏMİROV Faiq İsfəndiyar oğlu

BAYRAMOV Soltanağa Nəhmət oğlu
KƏRİMOV Kazımağa Mövsüm oğlu
HƏSƏNOV Məhəmməd Ələsgər oğlu

(22.6.1975, Zaqatala r-nunun Bəhmədli k. – 17.3.1995) – Azərbaycanın Milli Qəhrəmanı (4.4.1995, ölümündən sonra).

22 iyun 1975-ci ildə Zaqatala rayonunun Bəhmədli kəndində doğulmuşdur. 1992-ci ildə doğma kəndlərində orta məktəbi bitirmişdir. Bir müddət təsərrüfat işləri ilə məşğul olmuşdur. 2 iyul 1993-cü ildə Zaqatala rayon Hərbi Komissarlığı tərəfindən ordu sıralarına çağırılmışdır. O, 776 saylı xüsusi təyinatlı hərbi hissədə xidmət edirdi. Ağır təlim- məşqlər… Sonra cəbhə… O, Füzuli, Tərtər, Ağdərə uğrunda gedən qanlı döyüşlərdə iştirak edir. Qızğın döyüşlərin birində ayağından yaralanır. O, hospitalda müalicə olunub, yenidən döyüş bölgəsinə qayıdır. Cəbhədə atəşkəs elan edildikdən sonra onların batalyonu öz əvvəlki yerinə qaytarılır.
17 mart 1995-ci il… Onun xidmət etdiyi batalyon da dövlət çevrilişinə cəhdin qarşısının alınmasında iştirak edir. Bütün döyüş yoldaşları kimi o da arzu edirdi ki, qarşıdurma qansız-qadasız ötüşsün. Çox təəssüf ki, bu mümkün olmadı. Nahaq qurbanlar verildi. Həmin qurbanlardan biri də, qəlbi Vətən üçün, xalq üçün qurub-yaratmaq eşqi ilə döyünən Faiq oldu.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Əmirov Faiq İsfəndiyar oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Bəhmədli kənd qəbristanlığında dəfn edilib.
Zaqatala şəhərindəki geniş və abad küçələrdən biri indi onun adını daşıyır.
Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr). Bakı, 2010, səh. 95