Əhali Konstitusiyaya edilən dəyişikliklərlə razıdır

Ərdoğan: Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə regionda sabitlik və əməkdaşlığın alınmaz qalasına çevrilib
Noyabrın 1-i Kənd təsərrüfatı işçilərinin peşə bayramı günüdür
Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib

Azərbaycandakı referendumun gedişini AŞ PA-nın missiyasının heyətində müşahidə edən, Böyük Britaniya parlamentinin üzvü Mayk Henkok hesab edir ki, Azərbaycan xalqı Konstitusiyaya edilən dəyişikliklərlə razıdır.
“Paytaxtın seçki məntəqələrində keçirdiyim sorğular mənə əhalinin Konstitusiyaya edilən dəyişikliklərlə razı olduğunu düşünməyə imkan verdi”, – Trend News-a Henkok deyib.
Onun sözlərinə görə, hələ ki, heç bir problem yoxdur və seçkilərlə bağlı təəssürat müsbətdir.
Müşahidəçi səsvermədə qadın və gənclərin daha fəal olduqlarını vurğulayıb.
Henkok paytaxtın Nəsimi rayonunun seçki məntəqələrində monitorinqlər aparıb./Trend/