Əmək pensiyaçılarının təqaüdünün yenidən hesablanması qanunla tənzimlənir

Anar Eyvazov: Müzəffər Azərbaycan Ordusunun imicinə xələl gətirənlərə qarşı preventiv tədbirlər həyata keçirilir
“Mühacirət irsimizdən: Məhəmmədəmin Rəsulzadənin otuz məktubu”
Prezident İlham Əliyev 1 saylı seçki məntəqəsində səs verib

“Ötən il ərizində 18 min nəfərin pensiyasının əskik ödəndiyi məlum olub. Bu da illik 6 milyon manata yaxın vəsait deməkdir”.

“Report” xəbər verir ki, bunu Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının direktoru Mail Məmmədov deyib.

“Vətəndaşın xəbəri olmadan pensiya yenidən hesablanaraq həmin əskik məbləğ kartlara köçürülüb”, – o bildirib.

M.Məmmədov onu da qeyd edib ki; “İşləyən əmək pensiyaçılarının təqaüdünün yenidən hesablanması qanunla tənzimlənir”.

“Həmin şəxs işləməyən pensiyaçı kateqoriyasına keçdikdə və işdən azad olunmasa belə, 6 il və daha çox fəaliyyəti olarsa, əmək pensiyası 6 ildən sonra yenidən hesablana bilər. Praktik qaydada pensiyanın yenidən hesablanması təyinatı ilə bağlı hazırda müzakirələr gedir. Yaxın vaxtlarda bu, rəsmiləşəcək”, – o bildirib.

Report