17 min nəfərə şamil edilən amnistiya aktı 4 bölmə və 45 hissədən ibarətdir

AVCİYA-nın eksperti professor Asif Hacıyev nüfuzlu beynəlxalq elmi tədbirlərdə ölkəmizi təmsil edib
Metropoliten nümayəndəsi: “İndiki məqamda COVID pasportunu yoxlamaq qeyri mümkündür”
C.Ə.Bayramovun Azərbaycan Respublikasının Xarici İşlər naziri təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Hazırkı amnistiya aktı genişmiqyaslı olması ilə digərlərindən seçilir. Bu amnistiya aktı Penitensiar Xidmət üzrə 5800 məhkuma, Probasiya Xidməti üzrə isə 8800 nəfərə şamil edilib. Amnistiya aktının icrası onun şamil edildiyi 17 min nəfərdən 15 minə yaxını üzrə ədliyyə orqanları tərəfindən təmin olunacaq.

AZƏRTAC xəbər verir ki, bunu noyabrın 11-də Ədliyyə Nazirliyinin inzibati binasında keçirilən “Dövlətimizin humanist siyasətinin növbəti təzahürü” mövzusunda KİV-in iştirakı ilə dəyirmi masada çıxış edən Ədliyyə Nazirliyinin Cəzaların icrasına nəzarət üzrə müfəttişliyin rəisi Malik Ələkbərov deyib.

Amnistiya aktının 4 bölmə və 45 hissədən ibarət olduğunu vurğulayan M.Ələkbərov bildirib ki, birinci bölmədə amnistiyanın şamil edildiyi şəxslərin siyahısı yer alıb. İkinci bölmədə tətbiq edilən məhdudiyyətlər, üçüncü və dördüncü bölmələrdə isə müvafiq olaraq aktın qüvvəyə minməsi və icra prosesi ilə bağlı məlumatlar göstərilir.

AZƏRTAC