18 yaşdan yuxarı tələbələrin hamısının vaksinasiyadan keçməsi nəzərdə tutulub, əks halda…

Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması azərbaycanlıların soyqırımının 100 illiyi ilə əlaqədar bəyanat yayıb
İspaniya portalında Azərbaycan ilə bağlı geniş məqalə dərc olunub
Dövlət Dumasında Azərbaycan ilə Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr edilmiş sərgi açılıb

“Tədris prosesinin əyani formaya keçərkən məsələlər bütün müvafiq qurumlarla müzakirə olunub”.

Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinə müdiri Nicat Məmmədli jurnalistlərə açıqlamasında deyib ki; “Tədris prosesinin əyani formaya keçərkən məsələlər bütün müvafiq qurumlarla müzakirə olunub”. O bildirib ki, əyani tədrisin epidemioloji vəziyyət maksimum dərəcədə nəzərə alınmaqla həyata keçirilməsi planlaşdırılır:

“18 yaşdan yuxarı tələbələrin hamısının vaksinasiyadan keçməsi nəzərdə tutulub. Əks halda onlar vaksinasiyadan keçmədiyi halda təhsil müəssisələrinə buraxılmayacaqlar.

Eyni zamanda, həmin təhsilalanlar oktyabrın 1-nə qədər iki doza vaksin qəbul edəcəklərsə, bu o deməkdir ki, onlar ictimai nəqliyyatdan da istifadə edərkən ciddi problemlə üzləşməyəcəyik. Bütün bunlar hesablanıb. Ehtimal olunur ki, vaksinləşmə prosesi davam etdikcə, peyvənd vurdurmuş tələbələr təhsil müəssisələrinə gəldikdə belə, onlar yoluxma sayının artmasına təsir etməyəcək”.

APA