193 ölkəyə səyahət reytinqində Bakı ilk sırada

Gəncədə modul tipli xəstəxananın açılışı olub
Azərbaycan Prezidenti rusiyalı həmkarına başsağlığı verib
Ümummilli lider Heydər Əliyevin vəfatından 16 il ötür

ABŞ-ın məşhur “USA today” informasiya agentliyinin yaydığı məqalədə 2018-ci ildə səyahət edilməli ölkələr sırasında Azərbaycanın paytaxtı Bakı da qeyd edilib.

AZƏRTAC xəbər verir ki, dünyanın 193 ölkəsinə səyahət edən gənc amerikalı səyyah Sal Lavallonun agentlik üçün hazırladığı reytinqdə Bakı ilk sıradadır.

“Neftlə zəngin bu paytaxt şəhəri mədəniyyətə və müasir memarlığa milyardlarla vəsait sərf edib. Şəhərdə gəzinti sanki açıq hava muzeyində gəzintiyə bənzəyir”, – deyən 27 yaşlı səyyah şəhərdə müasir arxitektura və qədim binaların ahəngini də vurğulayıb.

Məqalədə Azərbaycanın tarixi, mədəniyyəti, təbiəti, mətbəxi, turizm məkanları haqqında ətraflı məlumatlar və fotolar öz əksini tapıb.

İlk səyahət olunmalı şəhərlər sırasında, həmçinin Şərqi Timorun paytaxtı Dili, Abu- Dabi (Birləşmiş Ərəb Əmirlikləri), Kiqali (Ruanda), Skopye (Makedoniya), Beyrut (Livan), Mendoza (Argentina), Fritaun (Syerra-Leon), Asmara (Eritreya), Baqan (Myanma), Konstantin (Əlcəzair) yer alıb.