20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar 333 nəfərə birdəfəlik maddi yardım edilib

Tariximizin qanlı səhifələrindən biri olan Başlıbel faciəsindən 31 il ötür
Prezident: Şuşanın bərpası daim mənim nəzarətimdə olacaq və yaxın zamanlarda Şuşa öz tarixi simasını bərpa edəcək
“Ailə institutunun möhkəmləndirilməsi məqsədilə gənclər üçün psixoloji və hüquqi yardımların təşkili” layihəsinin icrasına başlanıb

20 Yanvar faciəsinin 32-ci ildönümü ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 20 Yanvar şəhidlərinin ailələrinə və 20 Yanvar əlillərinə birdəfəlik maddi yardım edilib.

Nazirlikdən APA-ya verilən məlumata görə, bu kateqoriyalara aid ümumilikdə 333 nəfərin hər birinin bank hesabına 200 manat məbləğində birdəfəlik maddi yardım köçürülüb.

Bakı şəhərində qeydiyyatda olanlar Beynəlxalq Bankın Bakı şəhərindəki istənilən filialına, digər şəhər və rayonlarda qeydiyyatda olanlar isə Beynəlxalq Bankın həmin ərazilər üzrə filiallarına şəxsiyyət vəsiqəsi ilə müraciət edərək birdəfəlik maddi yardımı almaq üçün bank kartlarını götürə bilərlər.

Qeyd edək ki, digər sosial ödənişlərdə artımlar edildiyi kimi, bu birdəfəlik maddi yardımın məbləği də ötən ilə nisbətən 2 dəfə artırılıb.

APA