“2010-cu il parlament seçkiləri ərəfəsində qadınların seçici fəallığının artırılması”

Belçikalı müşahidəçi :“Seçki ilə bağlı rəyim müsbətdir”
Prezidentin Mətbuat Xidmətinin məlumatı
Prezidentin köməkçisi: “Azərbaycanın türkdilli dövlətlərin informasiya dəstəyinə ehtiyacı var”

“ELS” Müstəqil Araşdırmalar Mərkəzi 2010-cu ilin oktyabr ayının 12-i tarixində saat 11:00-dan -12:00-dək «Caspian Plaza» Biznes mərkəzinin (ünvan: C.Cabbarlı, 44) konfrans zalında Azərbaycandakı ABŞ səfirliyinin Demokratiya Komissiyasının Kiçik Qrantlar Proqramının dəstəyi ilə həyata keçirdiyi “2010-cu il parlament seçkiləri ərəfəsində qadınların seçici fəallığının artırılması” layihəsinin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirəcək.
Tədbirdə Prezident Administrasiyası, Milli Məclis üzvlərinin, Mərkəzi Seçki Komissiyasının, Ombudsman Aparatı, yerli QHT-lərin, beynəlxalq təşkilatların rəsmilərinin, habelə KİV təmsilçilərinin iştirakı nəzərdə tutulub.
Tədbirin keçirilməsində məqsəd seçicilərin hüquqi maarifləndirilməsi, bu istiqamətdə fəaliyyət göstərən beynəlxalq təşkilatların təcrübəsindən bəhrələnməklə Azərbaycanda vətəndaş fəallığının stimullaşdırılması və qadınların ictimai həyatda iştirak səviyyəsinin artırılmasına həsr olunan layihənin yekunları barədə məlumatın verilməsidir.
Qeyd edək ki, “ELS” Müstəqil Araşdırmalar Mərkəzi artıq 5 ildir ki, Azərbaycanda keçirilən seçkilərlə bağlı fəaliyyət göstərir. Seçki zamanı “exit-poll” və “quick count” tədqiqatları, seçicilər tərəfindən seçkilərə marağın artırılması, seçkilərdə daha fəal iştirak etmələri məqsədilə seçki ərəfəsində maarifləndirmə işləri aparılır. Bütün dünyada mövcud olan qadınların, xüsusən də regionlarda yaşayanların seçici fəallığının nisbətən aşağı olmasını nəzərə alaraq Mərkəz ölkəmizin ictimai-siyası həyatında əhəmiyyətli yer tutan Milli Məclis seçkiləri ərəfəsində qadınların seçkilərdə iştirakı ilə bağlı tədbirlərin keçirilməsini vacib hesab edir.