2025-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günləri müəyyənləşib

İlham Əliyev “Avropa Siyasi Birliyi” 6-cı Zirvə toplantısının açılış plenar sessiyasında iştirak edib
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub

Gələn il üçün Novruz, Ramazan və Qurban bayramları günləri müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, Nazirlər Kabinetinin “2025-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında” Qərarına əsasən, 2025-ci il martın 20, 21, 22, 23, 24-ü Novruz bayramı, martın 30, 31-i Ramazan bayramı, iyunun 6, 7-si Qurban bayramı günləri müəyyən edilib.

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Qərarın 1-ci hissəsində nəzərdə tutulan günlər iş günü hesab olunmur.

AZƏRTAC