28 il keçdi…

Prezidentin qazilər və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı Sərəncamı
Şanxay Əməkdaşlıq Təşkilatı Azərbaycana ilk dəfə seçki müşahidə missiyası göndərir
AŞPA-da Ermənistan üzrə həmməruzəçi: Azərbaycanlılar minalanmış əraziyə necə qayıdacaqlar?

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasında müdhiş Xocalı soyqırımının ildönümü münasibətilə anım tədbiri keçirildi…
            Anim tədbiri Xocalı qurbanlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.

Assosiasiyanın vitse-prezidenti, pedaqoji elmlər üzrə fəlsəfə doktoru Dəyanət Musayev giriş sözündə təşkilatın Qarabağ həqiqətlərinin beynəlxalq aləmdə tanıdılması istiqamətində fəaliyyətindən bəhs etdi. Çıxışçı AVCİYA prezidenti Elxan Süleymanovun təşəbbüsü və dəstəyi ilə işıq üzü görmüş nəşrləri təqdim etdi.

Daha sonra “1905.az  STUDİO”da hazırlanmış video-çarx nümayiş etdirildi.

Tarix üzrə elmlər doktoru, professor Məhərrəm Zülfüqarlı Qarabağ savaşında ermənilərin törətdiyi cinayətlərdən, o cümlədən Qaradağlı və Xocalı faciələrindən danışdı. Alim bu hadisələr haqqında ətraflı məlimat verdi, ermənilərin törətdiyi bu qırğınların insanlığa qarşı cinayət, soyqırım olduğunu bir çox faktlarlarla təsbitlədi, ordumuzun hər an düşmənə layiqli cavab vermək iqtidarında olduğunu və ədalətin bərpa olunacağını, torpaqlarımızın azad olunacağı günün uzaq olmadığını bildirdi.

           Filologiya üzrə elmlər doktoru, professor Asif Hacılı tarixi hadisələrdən nəticə çıxarmağın vacibliyini, bu soyqırım faktlarının hüquqi, siyasi aspektləri ilə yanaşı, həm də mənəvi məsələ olduğunu gənclərin diqqətinə çatdırdı, onları milli mənafeyimiz yolunda, Qarabağ həqiqətlərinin dünyada tanıdılması uğrunda fəal çalışmalarının, ərazi bütövlüyümüzün bərpası üçün dövlətimizin apardığı siyasətə vətəndaş məsuliyyəti ilə dəstək olmalarının vacibliyini qeyd etdi. Ölkə Prezidentinin könüllülər ili elan etdiyi bu il ərzində bu kimi tədbirlərin davamlı keçirilməsinin əhəmiyyətini vurğuladı.  

Siyasi elmlər üzrə fəlsəfə doktoru, əməkdar jurnalist Fuad Babayev Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının 1905.az portalının fəaliyyətindən danışdı.

Sonda Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbəsi Fuad Mürsəlli çıxış edərək, məsələnin aktualığını qeyd etdi, belə tədbirlərin gənclərdə vətənpərvərlik hisslərinin tərbiyə olunmasında əhəmiyyətini vurğuladı və iştirakçılar adından tədbir təşkilatçılarına təşəkkürünü bildirdi.