2837 şəhidin 7000-dən çox ailə üzvünə pensiya, müavinət və təqaüd təyin edilib

SOCAR Bakı-Tbilisi-Qars dəmir yolu ilə ilk konteyner nəqlini həyata keçirib
Prezident İlham Əliyev Çinin CGTN (China Global Television Network) telekanalına müsahibə verib
Ermənistana məxsus pilotsuz uçuş aparatı məhv edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin postmüharibə dövrü üzrə sosial dəstək tədbirlərindən biri də Vətən müharibəsi şəhidlərinin  ailələrinə sosial ödənişlərin təyin olunmasıdır.

Nazirlikdən  verilən məlumata görə, Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu  (DSMF) tərəfindən bu günədək artıq  2837 şəhidin 7000-dən çox ailə üzvünə Prezidentin aylıq təqaüdü, pensiya və müavinət təyin edilib.Müharibədən sonra şəhid ailələrinin üzvlərinin sosial təminat hüquqlarının reallaşdırılması işlərinin  operativ təşkili üçün DSMF-də xüsusi işçi qrup yaradılıb, əməkdaşlar səfərbər edilib. Şəhid ailələri üzvlərinin müraciəti olmadan və zəruri sənədlər Fond tərəfindən aidiyyəti qurumlardan alınaraq toplanılmaqla ödənişlərin elektron qaydada, proaktiv şəkildə təyinatı həyata keçirilib.  Proses artıq başa çatmaqdadır.

APA