“31 mart Azərbaycan tarixinin soyqırım səhifələrindən biridir» mövzusunda Dəyirmi Masa keçirilib

PRESS-RELIZ
AVCİYA Lənkəranda layihəyə yekun vurdu
“Sərsəng SOS: təhlükə altında qalan tarixi və mədəniyyət abidələri” kitabının təqdimatı keçirilib

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının təşkilatçılığı ilə martın 27-də Beynəlxalq Mətbuat Mərkəzində «31 mart Azərbaycan tarixinin soyqırım səhifələrindən biridir» mövzusunda Dəyirmi Masa keçirilib.

Tədbirin əsas məqsədinin əsrlər boyu Azərbaycan xalqına qarşı edilən soyqırım hadisələrinin əsas məqsədini araşdırmaq və ictimaiyyətə baş vermiş hadisələrin başlıca mahiyyətini çatdırmaqdan ibarətdir. Böyük dövlətlərin havadarlığı ilə erməni millətçilərinin Azərbaycan xalqına qarşı II əsrdən artıq davam edən soyqırım siyasətinin ən amansız və qanlı səhifələrindən biri olan 30-31 mart 1918-ci ildə azərbaycanlıların kütləvi qırğını ilə müşayiət olunmuş hadisələrə yenidən nəzər salmaq və onların dünya ictimaiyyətinə çatdırılmasının yollarını araşdırılması AVCİYA-nın əsas fəaliyyət istiqamətlərindən biridir.

1998-ci ildə «31 mart Dünya Azərbaycanlılarının soyqırımı günü» elan edildikdən sonra bu məsələ yenidən gündəmə gətirilmişdir” .