7 Sentyabr 2013-cü il tarixində Tərtər şəhərində keçirilmiş “SOS Sərsəng” beynəlxalq konfransda Elxan Suleymanovun yekun sözü

Azərbaycan dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsinin həlli üçün Ermənistana təzyiq göstərməyə çağırır
Dmitri Savelyev: Ermənistan rəhbərliyi Dağlıq Qarabağla bağlı danışıqlar prosesini dalana dirəməyə cəhd göstərir
“Xocalı…Sərsəng…davam edən soyqırımı” mövzusunda “dəyirmi masa” keçirilib

Əziz dostlar, bu mövzuda danışmaq üçün bizə çox vaxt lazımdır, günlərlə,saatlarla danışa bilərik. Mən fürsətdən istifadə edib bir daha xaricdən bura,mənim dəvətim ilə gəlmiş bütün insanlara öz dərin minnətdarlığımı bildirirəm və onların qarşısında baş əyirəm. Bilirsiniz, kədərdə hamı kədərlənə bilər, 40 dərdini yadına salıb kədərlənirsən, amma sevincdə isə, gərək o xalqı, o insanı sevəsən ki, onun sevincinə qoşula biləsən. Bizim bu gün bu dərdimizə qoşulub gəlmək, çox böyük məsələdir. Ona görə də mən bütün bu insanlara xüsusilə minnətdarlığımı bildirirəm.

Mən sizə əminlik verirəm, bu böyük ziyana, böyük faciəyə, böyük böhrana düşmüş  bu regionun çox hörmətli vətəndaşları qarşısında söz verirəm, yəqin ki siz – mən özümü təqdim etmirəm, bu ayıbdır mənim üçün – Şamaxıda millət vəkili kimi və AVCİYA-nın prezidenti kimi mənim fəalliyətimdən az-coxtanışzis. Mən yalançı deyiləm və həmişə millət vəkili kimi öz kampaniyamda demişəm: Yalan dünyada ən böyük qəbahətdir. Hətta müqəddəs Quranda yazılıb ki, xanim ziyalı bağışlayar məni, yalan danışmaq fahişəlikdən də böyük qəbahətdir. Biz yalançı deyilik!  AVCİYA-nın böyük bir ordusu var – alimlər ordusu. Bax,Çingiz müəllım bizim öz əməkdaşımızdır – iqtisad elmlər doktoru, Rüstəm müəllım hüquq elmlər doktoru, digərləri, tanınmış alimlərimiz, ziyalılarımız, jurnalistlərimiz və ən vacibi isə ürəyində əsl azərbaycanlı qanı coşan, axan vətənpərvər gənclərimiz vardır. BizAVCİYA-nın məqsədlərini həyata keçirmək üçün bütün səylərimizi səfərbər etmişik, bu daha da möhkəmlənəcək və biz sizin xidmətinizdə olacagıq.

Biz ona görə bunu edirik ki, vətənimizi, ölkəmizi biz qorumalıyıq. Məgər bu gün yaxın, qardaş Rusiyada, Türkiyədə, Yunanıstanda, Finlandiyada,ya hər hansı bir regionda olan problemlərdən mən xəbərdarammı? Yox! Həmçinin də siz. Hər bir ölkə, hər bir xalq öz problemini birinci özü həll etməlidir. Buna görə də bu problemləri həll etmək üçün siz bizə kömək etməlisiniz.

Nədir bu kömək? Bizim 6 rayonda AVCİYA-nın bu məsələ ilə bağlı koordinatorlarımız var. Bu koordinatorlar sizinlə iş aparacaq. Siz onlara kömək etməlisiniz. Biz sizdən informasiyalar toplamaq, bizim saitlərəmüraciət etmək, cağırışlara səs verməyiniziistəyirik,başqahec nə istəmirik, çünki bizim bütün məlumatlarımız sizdən qidalanmalıdır. Biz bunu ona görə edirik ki, hər an planetar faciə baş verə bilər. Ermənilər, mən düşmən kimi demirəm, nankor millətdir. Nə üçün? Biz İrəvanı bağışladıq, onlar bunu deyərmi ki, Azərbaycan bağışlayıb bunu bizə? Deməzlər… Ona görə də bu günə qədər ermənilərin işgal etdiyi torpaqlardan bir qarış da ermənilər verməyib, qaytarmayıb və bunun da qaytarılması üçün ançaq biz hərəkətdə olmalıyıq. Biz susmamalıyıq, biz tələb etməliyik, biz haray qoparmalıyıq.  Bu olmasa yeni işğallara 25 ildən sonra başlanıla bilər. Mən Avropa Şurasında deyirəm, əgər sabah təbii fəlakətdə hər hansı bir səbəbdən bənd uçsa, beynəlxalq təşkilatlar və ermənilər 400 min Azərbaycan əhalisinin qırılmasını Allahın və təbiətin üstünə atacaqlar.

Məhz buna görə biz indi işləməliyik, haray qoparmalıyıq. Siz böyük bir bioloji, ekoloji fəlakətdəsiniz. Sovet dövründə sizdə 40 artezian vardırsa, bu gün icra başçısı, hörmətli Ceyhun müəllım mənə dedi ki, 400 dən artıq artizan quyusu var. Əgər neft 5 min metr dərinlikdə tükənirsə, 30 və50 metrdə su necə tükənməz? Deməli, su tükənir və bioloji fəlakət, ekoloji fəlakət başlayır.

Siz böyük iqtisadi ziyandasınız. Nədir bu iqtisadi ziyan? Azərbaycanın 6 rayonu, Azərbaycanın ən böyük iqtisadiyyatı olan ağ qızıl – pampığın və üzümçülüyün məkanı bu diyar idi. Təkcə Bərdə 200 min ton pambıq gətirirdi, indi cəmi bütün regionda 1-10 ton pambıq istehsal edilə bilər. Bu böyük iqtisadi fəlakətdir. Mən ermənilərin Azərbaycana işğal nəticəsində vurmuş olduğu ziyanı təqribən 431 millyardABŞ dolları məbləğində heablamışam. Amma 22 ildə sizin 7 rayonunuzun ziyanı yəgin ki, ona uyğun olacaq. Biz bunların hamısını dünyaya çatdıracağıq, ancaq sizdən kömək olmalıdır və bütün bunları etmək üçün sizə ancaq bir şey lazımdır. Nədir bu? Çox adi, vətəndaş və vətənpərvər olmaq. Mən sayıram,burada 30 kreslo yeri boşdur və artıq çox narahatam. Burada 30 nəfər ayaq üstə, qapıda durmalı idi. Ona görə ki, dünyanın 8 media nümayyəndələri və bu hörmətli ekspertlər dünyanın 4 ölkəsindən bizim üçün, bizə kömək etmək üçün gəliblər.

Bu icra başcısının keçirdiyi iclas deyil, bu hansısa məmurun keçirdiyi iclas deyil, bu,sizinsusuzluqdannecə suya cumursunuzsa, susuz olanda stəkanı necə qapırsınızsa, necə krantaagzınızıdirəyirsinizsə,bu odur. Tərtərsiz qalmısıniz, susuz qalmısıniz. Tərtərin köməyinə gələnlərə kömək etmək üçün siz burda olmalı idiniz. Burda təkcə Tərtər rayonun icra başçısı yox, digər rayonların icra başçıları da olmalı idi. Onları biz dəvət etmişik, ancaq dəvətsiz də onlar bura öz komandası ilə gəlməli idi.

Biz gələcəkdə bu konfransları belə binalarda yox, açıq havada, minlərlə insanlarla keçirməliyik. Çünki bu fotoreportajlar, bu səslər bütün dünyaya getməlidir ki, Azərbaycan xalqı bu işğaldan narahatdır, ayağa qalxır, humanitar faciə təhlükəsindədir. Bax,biz bunları sizinləetməliyik. Mən, mənim yunan dostum, fin dostum yox, bunu siz etməlisiz. Bunün üçün isə ancaq vətənpərvər olmaq lazımdır.

Bizim bu işdə ən böyük cətinliyimiz ondadir ki, Ermənistanın təbliğat maşını bizimlə müqayisəsiz dərəcədə işləyir. Əgər Azərbaycanda, obrazlı dillə desək, bizim qatarımız 80 ilə gedirsə, ermənilərin təbliğat qatarı Fransadakı kimi 350 sürət ilə gedir. Bax,bizdə bu təbliğat qatarı işləməlidir. Bunun üçün bizim mediamız hərəkətdə olmalıdır. Siz onlara yazmalısıniz, onları narahat etməlisiniz. Bax, bütün bu problemləri  həll etmək lazımdır.Mən bunun üçün sizi sakit buraxmayacam, biz sizə həmişə kömək edəcəyik, yardım edəcəyik və mən sizin hamınızı, pəpə yeyəndən kökə yeyənə qədər, bu regionun bütün vətəndaşlarını Sərsəngin azad olunmasına və Tərtər çayının suyundan səmərəli istifadə edilməsi üçün mübarizəyə çağırıram. Sağ olun, təşəkkür edirəm!