9 fevral 2020-ci il Azərbaycan Respublikası Milli Məclisə seçkilərinin müşahidəsinə dair AVCİYA-nın Aralıq Hesabatı

Aqil Şahmuradov – Ermənilər cənubi qafqazda
Demokratik seçkilər və vətəndaş fəallığı
Sərsəng harayı

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA)

AZƏRBAYCAN RESPUBLİKASI 

09 fevral  2020-CI  İL

                                                MİLLİ MƏCLİSƏ SEÇKİLƏR

Seçkilərin uzunmüddətli müşahidəsinə dair

                                                     ARALIQ HESABAT

                                    ( 06 dekabr 2019 – 04  fevral  2020-ci il)

İCMAL ……………………………………………………………………………………………  2-5

  1. ÜMUMİ MƏLUMAT …………………………………………………….. ………..6-14
  2. SEÇİCİ SİYAHILARI   ……….. ………………………………………………….15-16
  3. SEÇKİ ADMİNSTRASİYASININ FƏALİYYƏTİ …..…………………….17- 21
  4. AVCİYA tərəfindən aparılmış KİV-in monitorinqinin nəticələri. 22- 26
  5. AVCİYA-nın seçkilər və referendumlarda iştirakı haqqında məlumat……27-29
  6. Nəticələr və tövsiyyələr…………………………………………………………. 30

                                                          İCMAL

Azərbaycan Respublikası Prezidentinin 5 dekabr 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilmişdir. Beynəlxalq təcrübədə seçki sistemlərinin müxtəlif kateqoriyaları var ki, bunlar da aşağıdakılardır:

•          Plüralist – majoritar sistemlər

•          Proporsional nümayəndəlik sistemləri

•          Yarıproporsional sistemlər

Azərbaycan Respublikasında 1995 və 2000 -ci illərdə keçirilmiş parlament seçkiləri qarışıq sistem üzrə  keçirilib. Yəni Milli Məclisdə olan 125 yerdən 100-ü  plüralist-majoritar sistem, 25-i isə proporsional nümayəndəlik sistemi üzrə formalaşıb. Lakin 2005, 2010 və 2015-ci  illərdə keçirilən  parlament seçkiləri plüralist-majoritar sistemi ilə həyata keçirilib. 2020-ci il 9 fevral seçkiləri də bu sistem ilə həyata keçiriləcək.  Bəzi müxalifət  partiyalar proporsional nümayəndəlik sisteminin bərpa olunması və  parlament seçkilərin tam bu sistem üzrə keşirilməsi ilə bağlı təkliflər irəli sürürlər. Lakin Milli Məclisdə çoxluq təşkil edən hakim partiya əksinə plüralist-majoritar sistemin Azərbaycan realığına daha çox uyğun gəldiyinin, hökümətin əvvəlki illərə nisbətən daha effektiv fəaliyyətinə şərait yaratdığını bildirilər.

Azərbaycan Respublikasında tətbiq olunan plüralist-majoritar sistem   Amerika Birləşmiş Ştatları və Böyük Britaniya kimi demokratik ölkələrdə tətbiq olunur.

Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra, yəni 1991-ci ilin 18 oktyabrından bu günə kimi Milli Məclisə 1995, 2000, 2005, 2010, 2015-ci illərdə keçirilmiş seçkilər haqqında məlumat aşağıdakı kimidir:

  • 12 noyabrın 1995-ci il (noyabrın 26-da təkrar səsvermə, 1996-cı il fevralın 4-də təkrar seçkilər, fevralın 18-də isə təkrar səsvermə keçirilib).124 deputat seçilib (bunlardan 99-u birmandatlı seçki dairələri, 25-i isə çoxmandatlı seçki dairələri üzrə). Siyasi partiyalara mənsubiyyətinə görə deputatların tərkibi belə idi:Seçkilərdə iştirak etmiş bütün siyasi partiyalar üzrə-69 nəfər və ya – 55,65 % O cümlədən: Yeni Azərbaycan Partiyası-53 nəfər, Azərbaycan Milli İstiqlal Partiyası-4 nəfər, Azərbaycan Xalq Cəbhəsi Partiyası-4 nəfər, Azərbaycan Demokrat Partiyası- 2 nəfər, Azərbaycan Demokratik Sahibkarlar Partiyası-2 nəfər, Azərbaycan Demokratik Maarifçilik Partiyası-1 nəfər, Ana Vətən Partiyası-1 nəfər,Vətəndaş Həmrəyliyi Partiyası-1 nəfər, Müsavat Partiyası-1 nəfər. Bitərəflər-55 nəfər və ya 44,35%
  • 5 noyabr 2000-ci il (7 yanvar 2001-ci ildə təkrar seçkilər keçirilib) – Seçicilərin ümumi sayı – 4.212.915, seçki günü seçicilərə verilmiş seçki bülletenlərinin sayı – 3.000.198, etibarlı hesab edilmiş seçki bülletenlərinin sayı –  2.926.904  Birmandatlı seçki dairələri üzrə Milli Məclisə 88 deputat, Vahid çoxmandatlı seçki dairəsi üzrə 25 deputat seçilmişdir. Vahid çoxmandatlı seçki dairəsi üzrə Yeni Azərbaycan Partiyasından-16, Azərbaycan Xalq Cəbhəsi Partiyasından – 4, Vətəndaş Həmrəyliyi Partiyasından-3 və Azərbaycan Kommunist Partiyasından- 2 deputat seçilmişdi. Seçici fəallığı 68,93% olub.
  • 6 noyabr 2005-ci il – 4 DSK-nın (Binəqədi ikinci,Gəncə Nizami ikinci, Sumqayıt ikinci, Zaqatala), 460 MnSK nəticələri etibarsız, 121 DSK-nın nəticələri etibarlı sayılıb. Seçici siyahılarına daxil edilmiş seçicilərin ümumi sayı-4675572 nəfər, Səsvermədə iştirak edən seçicilərin sayı 1974036 nəfər. Seçicilərin fəallığı 42,2%, MSK və DSK-lar tərəfindən müvafiq nəticələr ləğv edilənə qədər olan vəziyyətə görə 46,6%
  • 7 noyabr 2010 – 125 DSK-nın nəticələri etibarlı, 46 MnSK-nın nəticələri etibarsız sayılıb.  Seçici siyahılarına daxil edilmiş seçicilərin ümumi sayı- 4928594, Səsvermədə iştirak edən seçicilərin sayı 2 442 365,  Seçicilərin fəallığı 49.56%
  • 1 noyabr 2015 – ci il- 1 DSK-nın (90 saylı Ağdaş), 58 MnSK nəticələri etibarsız, 124 DSK-nın nəticələri etibarlı sayılıb.  Seçici siyahılarına daxil edilmiş seçicilərin ümumi sayı – 5 211 765, Səsvermədə iştirak edən seçicilərin sayı 2 894 515,  Seçicilərin fəallığı 55.54%. Milli Məclisin 125 deputatından 74 nəfəri Yeni Azərbaycan Partiyasının (YAP), 2 nəfəri Vətəndaş Həmrəyliyi Partiyasının üzvü idi. AVP, ADİP, ADMP, ASDP, ASRP, BQP, BAXCP, MDHP, VP və VBP isə 1 nəfərlə Milli Məclisdə təmsil olunurdu. Parlamentin 39 üzvü isə bitərəf deputatlardan ibarət idi. Deputatların sırasında kişilər 104 nəfər, qadınlar isə 21 nəfər olmuşdur.  Deputatlardan yaşı 60-dan yuxarı 41, yaşı 50-60 arası olan 41, 30 yaşdan 35 yaşa qədər olan isə  4 nəfər idi.Deputatlardan yaşı 60-dan yuxarı 41, yaşı 50-60 arası olan 41, 30 yaşdan 35 yaşa qədər olan isə  4 nəfər idi.

Parlament və dövlət orqanları qadınların yüksək dövlət vəzifələrinə və seçki adminstrasiyasının yüksək pillələrinə təyin olunmasını təşviq etmək və təmin etmək məqsədilə zəruri şərait yaradılıb. Milli Məclis üzvlərinin 1995-ci ildə 14,85%, 2005- ci ildə 10,5 %-i, 2006-cı ildə 11,2 %-ni  2010-cu ildə  16% qadınlar təşkil edirdisə təşkil edirdisə, 2015-ci ildə bu rəqəm 21 nəfər  (26,25 % )  olmuşdu.

Azərbaycan Respublikasında seçkilәrin əsaslandığı ilkin qanunvericilik sәnәdlәri Konstitusiya və  Seçki Mәcәllәsidir. Konstitusiyaya 1995, 2009-cu illərdə, 2016-cı illərdə,  Seçki Məcələsinə isə 2003, 2010, 2015-ci illərdə  düzəlişlər edilib.

Seçki Məcəlləsinin hazırlanması ilə bağlı ilk növbədə Avropa Şurasının Venesiya Komissiyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu (ATƏT/DTİHB) və Beynəlxalq Seçki Sistemləri üzrə Fondla (İFES) sıx əməkdaşlıq edilmişdir.

Avropa Parlamentinin nümayəndə heyəti 2013-cü ildə 7, ATƏT/DTIHB 2008-ci ildə 27, 2010-cu ildə 17,  2013-cü ildə 20, 2015-ci ilin avqustunda əsasən əvvəlkilərin təkrarı olan 40, Avropa Şurası Parlament Assambleyası isə 2008-ci ilin yay sessiyasında “Azərbaycanda demokratik institutların fəaliyyəti” adlı hesabatla bağlı 4 tövsiyə irəli sürüb. Bunların təhlili aparıldıqda məlum olur ki, bu tövsiyələrin bir çoxu 2003-2008-ci illərdə Avropa Şurasının Venesiya Komissiyası Secki Məcəlləsinə əlavə və dəyişiklərlə bağlı tövsiyələrinə istinad edilərək hazırlanıb və yeni tövsiyələrin əksəriyyəti əvvəlki tövsiyələrin təkrarından ibarətdir. Avropa Şurası Venesiya Komissiyası (VK) 2013-cü il prezident seçkiləri ərəfəsində əvvəlki illərdə irəli sürdüyü, lakin həllini tapmadığı təkliflərin həyata keçirilməsini tövsiyə ertmişdir. Venesiya Komissiyası yerli özünüidarə məsələləri ilə məşğul olmadığına görə 2014-cü il və 2019-cu il bələdiyyə seçkilərində Azərbaycan Respublikası ilə əməkdaşlıq etməmişdir. Venesiya Komissiyası Azərbaycan Respublikası ilə əməkdaşlığı dövründə əsasən 16 tövsiyə irəli sürüb. ATƏT/DTİHB Ehtiyacların Qiymətləndirilməsi üzrə Missiyanın 31 avqust 2015-ci ildə tətib etdiyi Hesabatda (12-14 avqust 2015-ci il) yeni tövsiyyələr irəli sürüb. Azərbaycan Respublikasının Milli Məclisi AŞ Venesiya Komissiyası və bir sıra yerli və beynəlxaq təşkilatlar tərəfindən verilən tövsiyələri də nəzərə almaqla 2 iyun 2008-ci il tarixdə Azərbaycan Respublikası “Secki Məcəlləsi”nin 145 maddəsinə ümumilikdə 91 əlavə və dəyişikliklər etmişdir. Ümumiyyətlə 2003-2015-ci illərdə  Seçki Məcəlləsinin 200-dək müxtəlif maddəsinə əlavə, dəyişiklikvə ya düzəliş edilmiş, yaxud bütünlüklə maddə Məcəllədən çıxarılmışdır.

09 fevral 2020-ci il tarixdə keçiriləcək seçkilərdə müşahidə missiyaları ilə iştirak edəcək qərb ölkələrinin beynəlxalq təşkilatları Seçki Məcələsinə olunan dəyişəklərə müsbət münasibət bəsləməklə yanaşı məcəllənin təkmilləşdirilməsi istiqamətində Azərbaycan Respublikası ilə əməkdaşlığın davam etdirilməsində maraqlıdırlar.

AVCİYA 09 fevral 2020-ci il tarixdə Milli Məclisə keçiriləcək növbədənkənar  seçkilərin azad, ədalətli, demokratik keçirilməsinə yardım göstərilməsi, seçkilərin AR Seçki Məcəlləsinin tələblərinə, Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərinə və demokratik seçkilər sahəsində beynəlxalq standartlara uyğunluğunu qiymətləndirməsi məqsədilə seçkilərin uzunmüddətli müşahidəsini həyata keçirir.

Hazırkı  Aralıq Hesabat 06 dekabr 2019 – 04  fevral  2020-ci ilə aid  dövrü əhatə edir. Seçkilər ərəfəsində və seçkilər elan olunduqdan sonra sərbəst toplaşmaq azadlığı, söz və mətbuat azadlığı sahəsində hər hansı problemlər müşahidə edilməyib. KİV-in və jurnalistlərin fəaliyyətinə hər hansı müdaxilə və təzyiq faktları qeydə alınmayıb.

Vətəndaş cəmiyyəti institutlarının seçki maarifçiliyi, seçkilərin monitorinqi və müşahidəsinə hazırlıq fəaliyyətlərinə, paytaxt və regionlarda seçicilərlə görüşlərinə və tədbirlərin təşkilinə hər hansı müdaxilə və əngəllər müşahidə edilməyib.

Milli Məclisə namizədlərin irəli sürülməsi və  imzatoplama kampaniyası Seçki Məcəlləsinin tələblərinə uğyun şəkildə həyata keçirilib və kənar müdaxilələr qeydə alınmayıb.

Seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı Mərkəzi Seçki Komissiyasının fəaliyyətini qənaətbəxş qiymətləndirmək olar. MSK tərəfindən seçki maarifçiliyinə aid bir sıra tədbirlər həyata keçirilib, müxtəlif vəsaitlər, seçki plakatları  çap olunaraq yayılıb. MSK seçki şikayətlərinə vaxtında və ədalətli baxılmasını təmin edib.

  1. ÜMUMİ MƏLUMAT

                                                    1. Seçkiqabağı siyasi mühit

Seçkilər Azərbaycan Respublikasının siyasi həyatında mühüm hadisə, vətəndaş cəmiyyətinin inkişafının, demokratiyanın göstəricisi olduğundan daim diqqət mərkəzindədir. Buna görə də Azərbaycan demokratik seçkilərin keçirilməsi ilə bağlı beynəlxalq və regional konvensiyalara qoşulmuşdur.

Əvvəlki seçkilərdə olduğu kimi, bu ilki seçkilər ərəfəsi də ölkədə ictimai-siyasi vəziyyətin sabit olması ən mühüm amillərdən biridir. Hazırda dünyanın bir sıra regionlarında, o cümlədən Azərbaycan Respublikasına yaxın olan regionlarda vəziyyətin gərgin olması, özü də bu gərginliyin çox zaman demokratiya və insan haqları pərdəsi altında həyata keçirilməsi təəssüf doğurur. Dünya səviyyəsində gərgin beynəlxalq şəraitin höküm sürdüyü bir vaxtda Azərbaycanda seçki qabağı siyasi mühitin sabit, stabil olması müsbət haldır. Belə əlverişli mühit uzun müddət aparılan daxili və xarici siyasətin nəticəsində mümkün olmuşdur. Hazırda Azərbaycanda seçkiqabağı ictimai-siyasi sabitlik, normal seçki sistemi mövcud olması dövlət müstəqiliyinin bərpasından sonra əldə edilmiş ən böyük uğurlardandır.

Milli Məclisə növbədənkənar seçkilər ərəfəsi Azərbaycan Respublikasında keçirilmiş çoxlu saylı beynəlxalq tədbirlər ölkədə sabit ictimai-siyasi mühitin olduğunu bir daha sübut edir. Bunlardan UEFA Avropa Liqasının Bakı Olimpiya Stadionunda keçirilən Londonun “Arsenal” və “Çelsi” klubları arasında keçirilmiş final matçını (29 may 2019), Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfransı (15 Aprel 2019), 12 idman obyektində təxminən 3500 könüllünün iştirak etdiyi XV Avropa Gənclər Yay Olimpiya Festivalının (21 iyul 2019-cu il), Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası (30 iyun – 10 iyul 2019-cu il), VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası (27 sentyabr 2019), Asiya Siyasi Partiyalarının Beynəlxalq Konfransı adlı qurumun VII Baş Assambleyasının iclası (noyabr 2019), “Dünya dini liderlərinin II Bakı sammiti” ( 14-15 noyabr 2019), Rusiya və NATO generalları arasında Bakıda son illərdə baş tutan 4 görüş və s. tədbirləri göstərmək olar. İnternet media və sosial şəbəkələrdə seçki ilə bağlı məsələlərin diqqətdə saxlanılması, aparılan müzakirələr vətəndaş fəallığına müsbət təsir gğstərir. 

Bu ilki parlament seçkilərinin Ermənistanla davam edən münaqişə şəraitində keçiriləcəyini nəzərə alsaq Azərbaycanda seçkiqabağı ictimai-siyasi sabitliyin necə çətinliklə əldə olunduğunu aydın başa düşmək olar.

Azərbayvan ictimai-siyasi həyatında mühüm amil olan iqtidarla siyasi partiyalar arasında dialoqun əldə olunması müsbət qiymətləndirilməlidir.  Seçki ərəfəsi siyasi partiyalar arasında bir neçə görüşün keçirilməsi siyasi sabitlik üçün ən mühüm amillərdən biri olmuşdur.

Siyasi partiyaların fəaliyyəti, seçkiyə hazırlıq tədbirlərininin həyata keçirilməsi, sərbəst toplaşmaq, söz və mətbuat azadlığı hüququndan istifadə edilməsi, öz fikir və baxışlarını sərbəst şəkildə yayması ilə bağlı hər hansı problem və məhdudlaşdırıcı addım, təşəbbüs qeydə alınamamışdır.

Azərbaycanda dövlət qeydiyyatından keçmiş 55 siyasi partiya fəaliyyət göstərir. 2015-ci ildə keçirilən son parlament seçilərinin nəticələrinə görə, 12 siyasi partiyaya Milli Məclisdə (parlamentdə)  təmsil olunurdu: Yeni Azərbaycan Partiyası, Vətəndaş Həmrəyliyi  Partiyası,  Ana Vətən Partiyası, Sosial Rifah Partiyası, Azərbaycan Demokratik İslahatlar Partiyası,  Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası,  Vətəndaş Birliyi Partiyası, Böyük Quruluş Partiyası,  Milli Dirçəliş Hərəkatı Partiyası, Vəhdət, Azərbaycan Demokratik Maarifçilik Partiyası, Sosial-Demokrat Partiyası. “Siyasi partiyalar haqqında” Qanunun17-1-ci maddəsinə əsasən və Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 8 may tarixli 625 nömrəli Fərmanının 2.3-cü bəndinə əsasən  parlamentdə təmsil olunan siyasi partiyalar dövlət büdcəsi tərəfindən maliyyələşdirilir. Dövlət büdcəsindən siyasi partiyalara maliyyə vəsaitinin  ayrılması əvvəlki illərə nisbətən siyasi partiyaların fəaliyyət  imkanlarını daha da genişləndirmişdir.

Ölkədə seçki öncəsi ictimai-siyasi mühitə müsbət təsir göstərən vətəndaş cəmiyyəti inistitutlarıdır. Hazırda ölkədə dövlət qeydiyyatına alınmış qeyri-kommersiya təşkilatlarının sayı 4000-ni ötüb. Azərbayvan ictimai-siyasi həyatında mühüm amil olan iqtidarla QHT-lər arasında 1999-cu ildən mövcud dialoqdan sonra iqtidar-QHT əməkdaşlığı ildən- ilə inkişaf edir.

QHT-lərin seçki öncəsi regionlarda aparılan maarifçilik işlərində fəal iştirakı seçki qabağı ictimai-siyasi mühitə müsbət təsir göstərir. QHT-lərin paytaxt və regionlarda fəaliyyəti ilə bağlı diqqətçəkən problemlər və əngəllər müşahidə edilməyib.

Azərbaycan Respublikasında keçirilmiş əvvəlki seçkilərlə əlaqədar bəzi qurumların irəli sürdüyü irad və təklifləri nəzərdən keçirəndə bunların ciddi əsaslara söykənmədiyinin şahidi oluruq.

                                  2. Söz və mətbuat azadlığı 

Azərbaycan Prezidentinin 1998-ci il avqustun 6-da imzaladığı fərmanla KİV üzərində senzuranın ləğv edilməsi, azad və kənar təsir olmadan özünütənzimləyən medianın yaradılması üçün ölkədə geniş perspektivlər açılıb. Sonrakı dövrdə kütləvi informasiya vasitələri, informasiyanın əldə olunması, milli teleradio yayımı, ictimai televiziya, informasiya azadlığı və digər sahələrlə bağlı yeni qanunların qəbul olunması KİV-in inkişafını təmin edən zəruri qanunvericilik bazasını formalaşdırdı.

Ötən 25 il müddətində KİV-in maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ölkəmizdə mühüm addımlar atılıb. Azərbaycan Prezidentinin sərəncamları ilə 1998-ci ilin sonunda yerli KİV-lər əlavə dəyər vergisindən azad edilib, ölkəyə gətirilən çap məmulatlarına tətbiq edilən gömrük rüsumları ləğv olunub, media vasitələrinin dövlətə olan borcları silinib və əlavə olaraq onlara uzunmüddətli və güzəştli kreditlərin verilməsi  təmin edilib.

Azərbaycanda KİV-lərin, xüsusən də yazılı medianın inkişafına mühüm təsir göstərən əsas addımlardan biri də 2008-ci il iyulun 30-da Azərbaycan Prezidentinin Sərəncamı ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nın qəbul edilməsi və həmin sənədin tələblərinə uyğun olaraq 2009-cu ildə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması oldu.

2009-cu ildən başlayaraq KİV layihələrinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən mediaya və jurnalistlərin ehtiyacı üçün on milyonlarla manat vəsait ayrılıb. Bundan başqa, Azərbaycan Prezidentinin sərəncamları ilə jurnalistlər üçün çoxmənzilli iki yaşayış binası tikilib istifadəyə verilib, üçüncünün tikintisi isə hazırda davam edir. 2000-ci ildən Azərbaycan milli mətbuatının yubileyləri mütəmadi olaraq dövlət səviyyəsində qeyd olunur. 2005, 2010, 2015 və 2016-cı illərdə yüzlərlə jurnalist fəxri ad və dövlət mükafatları ilə təltif olunublar. Bütün bunlar ölkənin informasiya tələbatının tam ödənilməsi üçün KİV-in fəaliyyətinə böyük stimul verib.

Bu gün Azərbaycanda fəaliyyət göstərən KİV-lər cəmiyyətdə baş verən hadisələri, dövlətin həyata keçirdiyi siyasəti, o cümlədən beynəlxalq aləmdə cərəyan edən prosesləri sərbəst və müstəqil şəkildə araşdırır, əhalinin rəyini öz səhifələrində əks etdirərək hakimiyyətin nəzərinə çatdırır. KİV-lər istədiyi informasiyaları sərbəst şəkildə toplayıb yaymaq, o cümlədən iqtidarın apardığı siyasəti tənqid etmək və yaxud dəstəkləmək imkanına malikdir.

Hazırda Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş KİV-lərin ümumi sayı 5000-dən çoxdur. KİV-lərin kəmiyyət göstəricilərinə görə Azərbaycan MDB və Şərqi Avropa ölkələri arasında birincilər sırasındadır. Ölkədə 40-dək gündəlik, 200-dən çox həftəlik və aylıq qəzet-jurnal və digər media nümunələri nəşr olunur. 300-ə yaxın xəbər və analitik internet saytı, 20-yə yaxın informasiya agentliyi, rayonlarda və bölgələrdə isə 100-ə yaxın KİV fəaliyyət göstərir.

Azərbaycanda 11 ümumrespublika, 4 peyk, 13 regional və 17 kabel televiziyası, 25 internet televiziyası,14 radio fəaliyyət göstərir. 2005-ci ildə ölkədə İctimai Televiziya və Radio Yayımları Şirkəti təsis edilib və hazırda uğurla fəaliyyət göstərir.

Azərbaycanda bu gün 50-dən artıq jurnalist təşkilatı qeydə alınıb, 30-dək təşkilat söz və məlumat azadlığının, mətbuatın iqtisadi müstəqilliyinin gücləndirilməsi, jurnalistlərin hüquqlarının müdafiəsi, cəmiyyətlə media arasında münasibətlərin tənzimlənməsi və digər məsələlərlə fəal məşğul olur. Mətbuat yayımını həyata keçirən müstəqil kommersiya şirkətlərinin sayı 23-ə çatıb.

Hazırda ölkəmizdə internet istifadəçilərinin sayı ümumi əhalinin 80 fazindən çoxdur və bu göstəricilərə görə biz dünya ölkələri sırasında birinci sıralarda bərqərar olmuşuq. “.az” domenində qeydiyyatdan keçmiş internet saytlarının sayı 20 mini ötüb. Eyni zamanda vətəndaşların “Facebook”, “Twitter”, “Youtube”, “İnstaqram” kimi sosial şəbəkələrə sərbəst çıxışı təmin edilib. Sosial şəbəkə istifadəçilərinin sayı ölkədə 3 milyon nəfərdən çoxdur ki, bu da cəmi 10 milyon əhalisi olan bir ölkə üçün çox böyük göstəricidir.

2020-ci il  seçkiləri ərəfəsi  yeni ARB, Dalğa, Real TV kanalının fəaliyyətinin daha da genişləndirilməsi, bundan əlavə Diaspora TV və s. kimi internet telekannalların lisenziya əsasında fəaliyyəti, qeydiyyatdan keçmiş çoxlu sayda elektron qəzet və internet saytlarının olması, sosial şəbəkələrdən əhalinin tam sərbəst istifadə etməsi və s. ölkədə söz və mətbuat azadlığına əməl edildiyini sübut edir.

Qanuna görə teleradio verilişləri təşkilatları və dövri nəşrlərin redaksiyaları seçkiqabağı təşviqat üçün ödənişli efir vaxtı və yaxud dərc üçün yer ayrılmasının mümkünlüyünə dair qərar qəbul etdikdə, bu barədə Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyasına müvafiq bildirişlər göndərməli, efir vaxtının verilməsinə və dərc üçün yerin ayrılmasına görə ödənişin əsasları, şərtləri və məbləği barəsində məlumatları seçkilərin təyin edilməsi haqqında qərarın rəsmi dərc olunmasından sonra ən geci 30 gün keçənədək dərc etməlidirlər.

Milli Məclisə  növbədənkənar seçkilərdə ödənişli seçkiqabağı təşviqat aparılması üçün İTV-nin efirində deputatlığa qeydə alınan namizədlərin və ya onların səlahiyyətli nümayəndələrinin çıxışının bir saniyəsi minimum 22 manat, bir saniyə efir vaxtının maksimum qiyməti isə 65 manatdır. İctimai radioda isə bir saniyəsi minimum 7 manat, bir saniyə efir vaxtının maksimum qiyməti isə 25 manatdır. Efir vaxtlarının qiymətləri həftənin günləri və saat fərqlərinə görə dəyişir. Bu məsələ ilə əlaqədar  ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) Seçki Müşahidə Missiyası fevralın 9-da Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkisi ilə bağlı yaydığı hesabatda bildirilir ki, “Televiziyanın hələ də ölkə daxilində ən əlçatan mətbuat vasitəsi olmasına baxmayaraq, ondan əsasən əyləncə, sosial media platformalarından isə alternativ siyasi məlumat mənbəyi kimi istifadə olunur.”

Ödənişli seçkiqabağı təşviqata qoşulması ilə bağlı MSK-ya məlumat təqdim etmiş KİV-lər  aşağıdakılardır:  

Agentliklər- Modern.az; AzEdu.az; Trend.az; Aktual.az; Qafqazinfo.az; Bizimyol.info;  Cəbhə.info;  Poliqon; Gündəlik Teleqraf;  Baku News; Fins.az; Report;  AzPolitika.info; İstiqlal.az; APA Group;  Azxeber.com;  Xeberle.com; Editor.az; “SƏS” İnformasiya Agentliyi (SİA);  1news.az;  AzVision.az; Vətəninfo.az;  Demokrat.az;  Yeni Çağ;  İnterpress; “Yeni Müsavat” Media Qrupu;  Mediapost.az ; Media.az; Oxu.az; Bakupost.az

Qəzetlər- İki sahil;Cümhuriyət; Cənub xəbərləri; Həftə içi;Azərbaycan;Şərq; Səs;525-ci qəzet;Ana Kür

Televiziya və radiolar-  İctimai Televiziya və Radio Yayımları Şirkəti

2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə kütləvi informasiya vasitələrində seçkiqabağı təşviqat aparmaq məqsədilə ölkə üzrə birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmış siyasi partiyalara, siyasi partiyaların bloklarına aşağıda göstərilən kütləvi informasiya vasitələrində ödənişsiz efir vaxtı və dərc üçün yer ayrmış KİV-lər:

– İctimai Televiziya və Radio Yayımları Şirkəti;

– “Azərbaycan” qəzeti;

– “Xalq qəzeti”;

– “Bakinski raboçi” qəzeti.

Hakim Yeni Azərbaycan Partiyası yekanə siyasi təşkilat olaraq ölkə üzrə birmandatlı seçki dairələrinin 60-dan çoxunda namizədləri qeydə alınmağına baxmayaraq bu imtiyazdan imtina etmişdir.

Seçkiqabağı ərəfədə çap medianın parlament seçkilərinə bir qədər az diqqət ayırdığı müşahidə olunur. Bunun da əsas səbəbini əvvəlki seçkilərdən fərqli olaraq bu ilki parlament seçkiyə hazırlıqla bağlı vaxt azlığı ilə əlaqələndirmək olar.

İnternet medianın  parlament seçkiləri ilə bağlı məsələlərin işıqlandırılmasında son seçkilərə nisbətən daha geniş rol oynadığı müşahidə edilir. Son illər internet media demək olar ki,  vətəndaşların əsas məlumat  aldığı mənbələrdəndir.

İnternet medianın verdiyi yeni imkanlar seçki ilə bağlı baş verən proseslər, hadisələr barədə dərhal geniş kütələlərin məlumat almasına imkan verir. Azərbaycan internet mediası bu imkanlardan maksimum istifadə etməyə çalışır.

                                   3.  Sərbəst toplaşmaq azadlığı  

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar təbliğat, təşviqat kompaniyasının aparılması üçün “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şəhər və rayonlarda 118 seçki dairəsi üzrə ümimilikdə 256 yer, 128 açıq və 128 qapalı yer müəyyən edilib.

Azərbaycan Respublikası dövlət müstəqilliyini bərpa etdikdən sonra vətəndaş cəmiyyətinin inkişafı sahəsində mühüm irəlləyişlər əldə edib. 1998-ci ilin 13 noyabrında qəbul edilmiş “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanunu və digər hüquqi sənədlər vətəndaşların sərbəst toplaşmaq azadlığına hüquqi təminat verir. Bu qanun Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyalara uyğun olaraq qəbul edilib. Bu qanun həmçinin Avropa Şurası Venesiya Komissiyasının müsbət rəyini də alıb.  Kütləvi aksiyaların keçirilməsi üçün xəbərdarlıq prosedurları, yerin müəyyənləşdirilməsi, toplantıların məhdudlaşdırılması və ya dayandırılması əsasları qanunda dəqiq təsbit edilmişdir. İctimai və dövlət təhlükəsizliyi mənafelərinin qorunması, ictimai asayişin pozulmasının qarşısının alınması, iğtişaş və ya cinayətlərin baş verməməsi, əhalinin sağlamlığının mühafizəsi, əxlaq normalarının və mənəviyyatın mühafizəsi, habelə başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması hüquqi əsaslar kimi qanunun 7-ci maddəsində öz əksini tapmışdır. “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikasının Qanuna müvafiq olaraq paytaxt və bölgələrdə kütləvi aksiyalrın keçirilməsi üçün müvafiq yerlər ayrılıb. Kütləvi aksiyaların keçirilməsi üçün xəbərdarlıq prosedurları, yerin müəyyənləşdirilməsi, toplantıların məhdudlaşdırılması və ya dayandırılması əsasları qanunda dəqiq təsbit edilmişdir. İctimai və dövlət təhlükəsizliyi mənafelərinin qorunması, ictimai asayişin pozulmasının qarşısının alınması, iğtişaş və ya cinayətlərin baş verməməsi, əhalinin sağlamlığının mühafizəsi, əxlaq normalarının və mənəviyyatın mühafizəsi, habelə başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması hüquqi əsaslar kimi qanunun 7-ci maddəsində öz əksini tapmışdır:“Hər kəsin başqaları ilə birlikdə sərbəst toplaşmaq azadlığı var. Bu azadlığın həyata keçirilməsi və məhdudlaşdırılması qanunla müəyyən edilir. Dövlət sərbəst toplaşmaq azadlığının həyata keçirilməsini təmin etməli və qanuna uyğun təşkil edilən toplantıların dinc və silahsız keçməsi üçün müvafiq tədbirlər görməlidir.”

Qanuna əsasən “toplantı” anlayışı bir neçə şəxsin toplantıda iştirak etmək məqsədi ilə ictimai yerdə müvəqqəti toplaşması deməkdir. Bu cür toplantı yığıncaq, mitinq, nümayiş, küçə yürüşü, piket formalarında ola bilər.Xüsusi mülkiyyətə aid olan yerlərdə toplantı keçirmək hüququna zərər vurmadan şəxslərin xüsusi mülkiyyətində, icarəsində və ya başqa növ qanuni istifadəsində olan yerlərdə, ictimai tədbirlərin keçirilməsi üçün xüsusi olaraq ayrılmış qapalı yerlərdə keçirilən toplantılar qanunla tənzimlənmir. Dini mərasimlər, toy və dəfn mərasimləri, bayram və matəm tədbirləri Sərbəst toplaşmaq haqqında qanunla tənzimlənmir. Bu tədbirlər yığıncaq, mitinq, nümayiş, küçə yürüşü və piket keçirilməsi üçün istifadə olunarsa, həmin toplantılar Sərbəst toplaşmaq haqqında qanunla müəyyən edilmiş tələblərə uyğun məhdudlaşdırıla və ya dayandırıla bilər.

Qanunun sadalanan toplantıların hər hansı birini təşkil edən şəxs və ya şəxslər bu barədə müvafiq icra hakimiyyəti orqanını qabaqcadan yazılı surətdə xəbərdar etməlidirlər. Xəbərdarlıq nəzərdə tutulmuş toplantı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən zəruri tədbirlərin görülməsi məqsədi ilə onun yeri və vaxtının, küçə yürüşünün isə marşrutunun razılaşdırılması üçün toplantının keçiriləcəyi gündən, bir qayda olaraq, azı 5 iş günü əvvəl təqdim edilməlidir. Xəbərdarlığın nəzərdə tutulmuş toplantının keçiriləcəyi gündən 5 iş günündən az müddətdə təqdim edilməsi təşkilatçılar tərəfindən əsaslandırılmalıdır.

Toplantının keçirilməsi üçün verilən yazılı xəbərdarlıqda keçirilməsi nəzərdə tutulmuş toplantının forması;ümumi məqsədi; toplantının keçirilmə yeri və vaxtı; iştirakçıların təxmini sayı; küçə yürüşü keçirilirsə, onun təklif edilən marşrutu (yürüşün başlanma yeri, məsafəsi və bitəcəyi yer); toplantı təşkilatçıları barədə məlumat (fiziki şəxsin adı, soyadı, atasının adı, və ünvanı; hüquqi şəxsin adı və hüquqi ünvanı); yazılı xəbərdarlığın təqdim edildiyi tarix;əlaqə telefonları və ya onlar olmadıqda əlaqə ünvanı haqqında məlumatlar olmalıdır. Müvafiq icra hakimiyyəti orqanının qərarı qəbul edilənədək təşkilatçılar tərəfindən əlavə məlumatlar təqdim oluna bilər.

Toplantı təşkilatçılarının hamısı yazılı xəbərdarlığı imzalamalıdırlar. Təsadüfi toplantılar üçün yazılı xəbərdarlığın təqdim edilməsi tələb olunmur. Təsadüfi toplantılar qanunula müəyyən edilmiş tələblərə uyğun məhdudlaşdırıla və ya dayandırıla bilər.

Yığıncağın, mitinqin, nümayişin, küçə yürüşünün və ya piketin təşkilatçısı dinc toplantını təşkil edən, adı müvafiq icra hakimiyyəti orqanına təqdim edilmiş yazılı xəbərdarlıqda göstərilən bir və ya bir neçə hüquqi və ya fiziki şəxsdir. 18 yaşına çatmamış şəxslər valideynlərinin və ya digər qanuni nümayəndələrinin yazılı razılığı olmadan və fəaliyyət qabiliyyəti məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məhdudlaşdırılmış şəxslər himayəçilərinin yazılı razılığı olmadan dinc toplantının təşkilatçısı ola bilməzlər. Toplantının təşkilatçıları və ya onların nümayəndələri toplantıda şəxsən iştirak etməlidirlər. Bu mümkün olmadıqda təşkilatçılar və ya onların nümayəndələri toplantıya gələ bilməyəcəkləri barədə müvafiq icra hakimiyyəti orqanına tədbirin başlanmasına azı 3 saat qalmış məlumat verməli, eyni zamanda toplantı iştirakçılarını xəbərdar etməlidirlər. Toplantının təşkilatçılarından heç biri toplantıda şəxsən iştirak etmədikdə toplantı keçirilə bilməz.

Sərbəst toplaşmaq azadlığına- ictimai və dövlət təhlükəsizliyi mənafelərinin qorunması üçün; ictimai asayişin pozulmasının qarşısını almaq üçün; iğtişaş və ya cinayətlərin baş verməməsi üçün; əhalinin sağlamlığının mühafizəsi üçün; əxlaq normalarının və mənəviyyatın mühafizəsi üçün;başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi üçün qanunla məhdudiyyətlər qoyula bilər.

Sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması qarşıya qoyulan məqsədə mütənasib olmalıdır. Həmin məhdudiyyət qarşıya qoyulmuş məqsədə nail olmaq üçün lazımi və kifayət hədləri aşmamalıdır. Nəzərdə tutulmuş sərbəst toplaşmaq azadlığının məhdudlaşdırılması üçün görülən tədbirlər məhdudiyyətin qoyulmasına səbəb olmuş məqsədə nail olmaq üçün son dərəcə zəruri olmalıdır. Sərbəst toplaşmaq azadlığı yalnız qanunla nəzərdə tutulmuş məqsədlərlə müxtəlif formalarda, o cümlədən toplantının vaxtının və yerinin, küçə yürüşünün marşrutunun dəyişdirilməsi formasında məhdudlaşdırıla bilər.

Ayrı-seçkiliyə, ədavətə və ya zorakılığa çağırışlarla müşayiət olunan, milli, irqi və ya dini ədavəti, müharibəni təbliğ edən toplantılar qadağan edilir.

Toplantının keçirilməsi Azərbaycan Respublikası prezidentinin seçkiləri, Milli Məclisi deputatlarının seçkiləri Naxçıvan Muxtar Respublikası Ali Məclisi deputatlarının seçkiləri, bələdiyyə seçkiləri və referendumun keçirildiyi günə 24 saat qalmışdan seçki günü səsvermə məntəqələri bağlananadək qadağandır.

Qanunun tələblərinə uyğun olaraq, təhlükəsizlik tədbirlərinin keçirilməsi zərurəti ilə əlaqədar mühüm dövlət əhəmiyyətli beynəlxalq tədbirlərin ərəfəsində və onların keçirildiyi günlərdə həmin tədbirlərin keçirildiyi şəhər və rayonların ərazilərində siyasi məqsədlə toplantıların keçirilməsi müvafiq icra hakimiyyəti orqanının qərarı ilə qadağan edilə bilər. Toplantı demokratik cəmiyyətdə zəruri olan hallarda müvafiq icra hakimiyyəti orqanının sərəncamı ilə qadağan edilə bilər. Zəruri hallarda toplantı qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının sərəncamı ilə dayandırıla bilər. Qanuna uyğun olaraq toplantının qadağan edilməsi və ya dayandırılması son zərurət tədbiri sayılır və yalnız müəyyən edilmiş məhdudiyyətlər kifayət etmədikdə tətbiq edilir.

Fövqəladə və ya hərbi vəziyyətin qüvvədə olduğu müddət ərzində onun tətbiq edildiyi ərazidə yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşləri və piketlərin keçirilməsinə “Fövqəladə vəziyyət haqqında” və “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq məhdudiyyət qoyula bilər və ya onların keçirilməsi qadağan edilə bilər. Dinc toplantının keçiriləcəyi yerin və vaxtın məhdudlaşdırılması və ya qadağan edilməsi
Dinc toplantının keçiriləcəyi yerə hər hansı məhdudiyyətlər Sərbəst toplaşmaq haqqında qanunun 7-ci maddəsində müəyyən edilmiş meyarlara uyğun olaraq qoyulur.

Əgər toplantı təşkilatçılarının yazılı xəbərdarlığında göstərilmiş yerdə və vaxtda başqa bir toplantı təyin edilibsə və əks-toplantının keçirilməsinin tərəflər arasında qarşıdurma törədəcəyi barədə kifayət qədər əsaslar varsa, müvafiq icra hakimiyyəti orqanı əks-toplantının təşkilatçılarına başqa vaxtın və yerin müəyyən edilməsini təklif etməlidir. Dəyişdirilmiş vaxt və yer haqqında yazılı xəbərdarlıq tədbirlərin yeni tarixinə azı 3 gün qalmış müvafiq icra hakimiyyəti orqanına təqdim edilməlidir. Əks-toplantı keçirildiyi halda polis orqanları toplantı və əks-toplantı iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədi ilə tədbirlər görməlidir.

Toplantıların aşağıdakı yerlərdə keçirilməsi qadağan edilə bilər:

  1. Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikasının Prezident Sarayının, Azərbaycan Respublikası Prezidentinin iqamətgahının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin, siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən mərkəzi, rayon və şəhər icra hakimiyyəti orqanlarının, habelə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin, Ali Məhkəməsinin, Apellyasiya məhkəmələrinin və Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinin yerləşdiyi binaların ətrafında 200 metr radius çərçivəsində;
  2. Siyası məzmunlu toplantıların ziyarətgahlarda, ibadətgahlarda və qəbiristanlarda keçirilməsi məhdudlaşdırıla bilər.
  3.  Körpülərdə, tunellərdə, tikinti aparılan sahələrdə, insan həyatı və sağlamlığı üçün təhlükəli olan istehsalat obyektlərində və istismarı xüsusi təhlükəsizlik texnikası normalarına riayət olunmasını tələb edən digər obyektlərdə, xüsusi mühafizə olunan təbiət ərazilərində və obyektlərində, magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin, hava limanlarının, metropolitenin, dəmir yolu qurğularının, müdafiə obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının, neft buruqlarının, suların mühafizə zonalarında;
  4. Hərbi məqsədlər üçün istifadə olunan ərazilərdə və bu ərazilərin sərhədlərinə 150 metrdən yaxın, zəruri hallarda isə bu ərazilərdən toplantı iştirakçıları üçün təhlükəli məsafə daxilində olan yerlərdə;
  5.  Penitensiar müəssisələrin, istintaq təcridxanalarının, psixiatriya müalicə müəssisələrinin ərazilərində və bu ərazilərin sərhədlərinə 150 metrdən yaxın olan yerlərdə.

Piket düzəldənlər 50 nəfərdən çox olmamalı və piket edilən obyektin girişinə 10 metrdən yaxın məsafədə yerləşməməli, piket edilən obyektə giriş və çıxış üçün maneələr yaratmamalı və 10 vattdan yüksək olan səs gücləndirici qurğulardan istifadə etməməlidirlər.

Yığıncaqların, mitinqlərin və nümayişlərin keçirilməsi üçün hər bir şəhər və rayonda müvafiq icra hakimiyyəti orqanı xüsusi yerlər ayırmalıdır. Yığıncaqların, mitinqlərin və nümayişlərin keçirilməsi üçün təklif olunan yerlərin siyahısı yerli mətbuatda dərc edilir və başqa üsullarla əhaliyə çatdırılır. Təşkilatçılar yığıncaq, mitinq və ya nümayiş üçün ayrılmış yerlərin birini seçə bilərlər. Müvafiq icra hakimiyyəti orqanı yığıncaqların, mitinqlərin və nümayişlərin keçirilməsi üçün təklif olunmuş yerlərin siyahısını müraciətlər əsasında dəyişdirə bilər. Qanunun tələblərinə uyğun olaraq toplantının vaxtı müvafiq icra hakimiyyəti orqanı tərəfindən məhdudlaşdırıla bilər. Toplantı haqqında müvafiq icra hakimiyyəti orqanlarının qərarları tədbirin təşkilatçılarına onun keçirilməsinə azı 3 iş günü qalmış yazılı şəkildə çatdırılmalıdır. Həmin qərarlar aydın və əsaslandırılmış olmalıdır. Verilən qərarlardan inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Şikayətə məhkəmə tərəfindən 2 gün müddətində baxılmalıdır. Məhkəmənin bu cür şikayətlərə dair qərarlarından yuxarı məhkəmələrə şikayət verilə bilər.

                 2019-cu ildə sərbəst toplaşmaqla bağlı aşağıdakı aksiyalar keçirilib:

                                                                 İcazəli

  • Müxalifət 2019-cu il yanvarın 19-da BŞİH ilə razılaşdırılmış mitinq  keçirlib.
  • Özünü Demokratik Qüvvələrin Milli Şurası (DQMŞ) adlandıran qurum 8 oktyabr 2019-cu il tarixdə Bakı Şəhər İcra Hakimiyyətinin binası qarşısında piket keçirib.
  •  Azərbaycan Xalq Hərəkatı (AXH) 30  noyabr 2019-cu il tarixdə Lökbatanda mitinq keçirib

                 İcazəsiz aksiya keçirməyə cəhd:

  • Özünü “Demokratik Qüvvələrin Milli Şurası” adlandıran quruma BŞİH Lökbatan qəsəbəsində miniq keçirilməsinə icazə verməsinə baxmayaraq 19 oktyabr 2019-cu ildə şəhərin mərkəzində Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırmamış aksiya keçirməyə cəhd etsə də bunun qarşısı alınmışdı.  

.

                             B.   SEÇİCİ SİYAHILARI  

MSK Seçki Məcəlləsinin tələblərinə əsasən seçici siyahılarının dəqiqləşdirilməsi prosesini həyata keçirmişdir. MSK “Seçki komissiyalarının seçici siyahıları ilә iş qaydaları haqqında” təlimata əsasən bu işləri normal həyata keçirmişdir. Bu müddət ərzində fəaliyyət göstərən məntəqə seçki komissiyalarının üzvləri “qapı-qapı” gəzərək öz məntəqələrinin seçici siyahısını dəqiqləşdirmişlər. Sonradan bu məlumatlar dairə seçki komissiyalarına və növbəti mərhələdə isə MSK-ya ötürülmüşdür. MSK seçicilərin daxil olduğu məlumat bazasını toplayaraq orada mümkün təkrar və qeyri-dəqiqlikləri yoxlamış və sonra seçici siyahılarının dürüst variantını DSK-lara təqdim etmişdir.

Respublika üzrə seçici siyahıları seçicilərin tanış olması məqsədilə seçki məntəqələrində divardan asılmaqla yanaşı, həmçinin MSK-nın internet səhifəsində də yerləşdirilmişdir. Seçici səs verəcəyi məntəqənin yerləşdiyi ünvan, şəhərlərdə həmçinin sözügedən ərazinin xəritəsi, həmin ünvan istiqamətində hərəkət edən nəqliyyat vasitələri barədə lazımi məlumatları bu səhifədən əldə edə bilər. Seçicilər məlumatlarında aşkar etdikləri yanlışlıqların aradan qaldırılması ilə bağlı 115 nömrəli qaynar xəttə zəng vura, yaxud internet səhifəsindəki müvafiq “on-line” ərizə formasını dolduraraq Mərkəzi Seçki Komissiyasına ünvanlaya bilərlər. Bu məlumatlar bir daha nəzərdən keçirilir və lazımi dürüstləşdirmələr aparılır.

Azərbaycan Respublikası Seçki Məcəlləsinin tələblərinə müvafiq olaraq, 2019-ci il yanvar ayının əvvəllərindən başlayaraq ölkə üzrə vahid seçicilər siyahısının dəqiqləşdirilməsi prosesi həyata keçirilib. Vahid seçicilər siyahısının tərtib edilməsi, yoxlanılması və dəqiqləşdirilməsi fasiləsiz on-line rejimdə işləyən dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə həyata keçirilib. MSK-nı fiber-optik xətlər üzərindən 125 seçki dairəsinin dairə seçki komissiyaları ilə birləşdirən lokal şəbəkənin yaratdığı sürətli, interaktiv və təhlükəsiz informasiya mübadiləsi seçici siyahılarının ümumiləşdirilməsi prosesini intensivləşdirərək seçici məlumatlarının keyfiyyətli təhlilini təmin edib. Belə ki, seçicilər haqqında ətraflı məlumatların toplanması, siyahıların orfoqrafik və qrammatik baxımdan yoxlanılması, oxşar və təkrar seçici məlumatlarının təhlil edilməsi, həmçinin siyahıların keyfiyyətli hazırlanması və çap olunması üçün dövlət avtomatlaşdırılmış informasiya sisteminin yaratdığı imkanlardan istifadə edilib.

Milli Məclisə seçkilərlə əlaqədar seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər Komissiyanın qərarına əsasən müəyyən olunub və 5 387 600 (beş milyon üç yüz səksən yeddi min altı yüz) seçki bülleteni çap olunub. Seçicilərin  340 689 nəfəri məcburi köçkündür.

 “Seçki komissiyalarının seçici siyahıları ilә iş qaydaları haqqında” təlimatın 6-cı bəndində “Seçici siyahılarının düzgün tәrtib edilmәmәsinә görә” aşağıdakı mәsuliyyәt nəzərdə tutulur:

6.1. Seçicilәr haqqında mәlumatları tәqdim edәn icra orqanlarının rәhbәrlәri müvafiq mәlumatların düzgünlüyünә, tamlığına vә vaxtında verilmәsinә görә qanunvericiliklә müәyyәnlәşdirilmiş mәsuliyyәt daşıyırlar.

6.2. Seçicinin bilәrәkdәn birdәn çox seçici siyahısına daxil edilmәsinә görә tәqsirkar şәxslәr Azәrbaycan Respublikasının İnzibati Xәtalar Mәcәllәsinә uyğun olaraq inzibati mәsuliyyәtә cәlb oluna bilәrlәr.

              C.  SEÇKİ ADMİNSTRASİYASININ FƏALİYYƏTİ

Azərərbaycan Respublikasında seçkiləri və referendumları Mərkəzi Seçki Komissiyası (MSK) keçirir. MSK 125 dairə seçki komissiyaları (DSK) və 5500-ə qədər məntəqə seçki komissiyaları (MnSK) vasitəsilə prosesi idarə edir.Hesabat dövründə Mərkəzi Seçki Komissiyası Milli Məclisə seçkilərlə bağlı fəaliyyəti əvvəlki seşkilərdə olduğu kimi qanuna müvafiq olaraq mərhələli şəkildə aparılmışdır. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının 7 dekabr 2019-cu il tarixli 15/60 saylı Qərarı ilə təsdiq edilmiş “ AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ MƏCLİSİNƏ NÖVBƏDƏNKƏNAR SEÇKİLƏRİN HAZIRLANIB KEÇİRİLMƏSİ ÜZRƏ ƏSAS HƏRƏKƏT VƏ TƏDBİRLƏRİN T Ə Q V İ M  P L A N I” əsasında MSK öz işini təşkil etmişdir.

Seçki Məcəlləsinin tələbləri və MSK tərəfindən qəbul edilmiş “AZƏRBAYCAN RESPUBLİKASININ MİLLİ MƏCLİSİNƏ SEÇKİLƏRİN HAZIRLANIB KEÇİRİLMƏSİ ÜZRƏ ƏSAS HƏRƏKƏT VƏ TƏDBİRLƏRİN T Ə Q V İ M  P L A N I”-na uyğun olaraq seçkilərin günü haqda qərarın dərcindən sonra seçici qrupları, siyasi partiyalar, siyasi partiya blokları tərəfindən namizədlərin irəli sürülməsi başlanılıb. Aktiv siyasi fəaliyyətlə məşğul olan əksər partiyalar DSK-lar üzrə irəli sürdükləri namizədlərin adlarını KİV vasitəsilə ictimaiyyətin diqqətinə çatdırıb.

Azərbaycanda 2020-ci ilin fevralın 9-na təyin edilən növbədənkənar parlament seçkilərində iştirak etmək üçün 2431 nəfər müraciət edib. deputatlığa namizədliyi qeydə alınmış 1637 nəfərdən indiyə qədər 302 nəfəri deputatlığa namizədliyini geri götürüb. Hazırda deputatlığa namizədlərin sayı 1335 nəfərdir. 19 siyasi partiya toplam 272 namizəd irəli sürüb. Son parlamentin cəmi 80 üzvü (64 faiz) yenidən seçilmək istəyir. Qeydiyyata alınmış namizədlərin 21 faizini qadınlar təşkil edir.

Parlament seçkilərini izləmək üçün qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı 64 min 48 nəfərdir. Eyni zamanda, seçkiləri izləmək üçün 842 beynəlxalq müşahidəçi də akkreditasiyadan keçib. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) uzunmüddətli müşahidə missiyası artıq ölkəmizdədir. Müşahidəçilər heyətinə isveçli Piter Teyler rəhbərlik edir. Bu qurumun fevralın 9-da keçiriləcək parlament seçkiləri ilə əlaqədar ölkəmizə 30 uzunmüddətli və 350 qısamüddətli müşahidəçi göndərəcəyi barədə təşkilatın rəsmi saytında da məlumat verilib.  Nümayəndə heyətinin təkibində Albaniya, Çexiya, Danimarka, Fransa, Almaniya, İrlandiya, İtaliya, Niderland, Norveç, Rusiya, İsveç, İsveçrə, Türkiyə və Birləşmiş Krallıqdan təmsilçilər var. Avropa Şurası Parlament Assambleyası (AŞ PA) 25 nəfərdən ibarət nümayəndə heyəti ilə ATƏT Parlament Assambleyası və Demokratik Təşkilatlar və İnsan Haqları Bürosunun nümayəndələri ilə birgə seçkiləri müşahidə edəcək.


Seçkilərdə “exit-poll” keçirmək istəyən təşkilatların sayının getdikcə çoxalması seçkilərə olan marağın təsdiqidir. MSK-dan verilən məlumata görə, 5 qurum “exit- poll” keçirəcək. Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının “AJF&Associates İnc.” təşkilatı (Amerika Birləşmiş Ştatları) ilə birgə, Rəy Monitoqrinq Mərkəzi, “İnsan Hüquqları XXI əsr – Azərbaycan” Fondunun Fransanın “Opinion Way” Sosioloji Tədqiqatlar İnstitutu ilə birgə “exit – poll” keçirəcək qurum kimi qeydə alınıblar.

 MSK bu dövrdə 108 qərar qəbul etmişdir ki, bunlar da əsasən deputatlığa namizədin irəli sürülməsi, imza vərəqələrinin verilməsi qaydaları haqqında təlimata dəyişiklik edilməsi, seçkilərdə namizədin gəlirlərinin miqdarı, mənbələri, mülkiyyəti və əmlakları barədə məlumatların təqdim edilməsi qaydalarının, Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə deputatlığa namizədliyin təsdiq edilməsi və qeydə alınması üçün dairə seçki komissiyasına təqdim olunan seçki sənədlərindəki məlumatların yoxlanılması və namizədlərin qeydə alınması qaydalarının, “Təqvim Planı”nın təsdiq edilməsi, dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi və s. məsələlri əhatə edir. Bundan başqa MSK hesabat dövründə 11 təlimat hazırlamışdır ki, bu da seçki prosesinin normal keçirilməsinə xidmət edir. MSK 125 dairə üzrə ümumilikdə 5 milyon 387 min 600 ədəd bülleten çap etdirib.

Mərkəzi Seçki Komissiyasının qərarı ilə MSK nəzdində 9 nəfərdən ibarət tərkibdə ekspert qrupu yaradılıb. Qanunvericilikdə nəzərdən tutulmuş müddətdən gec olmayaraq dairə seçki komissiyaları nəzdində 3 nəfərdən ibarət ekspert qruplarının yaradılması isə dairə seçki komissiyalarına həvalə edilib.

MSK 16 yanvar 2020-ci il tarixdə  seçkiqabağı təşviqat prosesində KİV-lərin rolu ilə bağlı, 22 yanvar 2020-ci il tarixdə  Ali Məhkəmə və apellyasiya məhkəmələri ilə birgə layihəsi çərçivəsində seçki mübahisələrinin məhkəmə qaydasında həllinə həsr olunan regional seminar-müşavirə keçirilib.

MSK şikayət komissiyası  32 şikayətə baxaraq  onlardan  20 şikayəti əsaslı olmadığna görə təmin etməmiş, 1 şikayət ərizəsi geri götürülmüş, aşağıdakı 11 şikayəti əsaslı hesab edərək şikayətçinin xeyrinə qərarlar qəbul etmişdir:

  • Vətəndaş N.İ.Mahmudova şikayətini belə əsaslandırmışdır ki, öz təşəbbüsü ilə deputatlığa namizədliyini 20 saylı Nərimanov ikinci seçki dairəsindən irəli sürmüş və dairə seçki komissiyasının 20 dekabr 2019-cu il tarixli qərarı ilə namizədliyinin irəli sürülməsi təsdiq edilmişdir. Namizədliyinin qeydə alınması üçün müvafiq sənədləri dairə seçki komissiyasından almaq üçün ora gələndə digər irəli sürülmüş namizədlərlə maraqlanmış və ona məlum olmuşdur ki, dairə seçki komissiyasının 18 dekabr 2019-cu il tarixli qərarı ilə Zaur Qurbanlının da namizədliyinin irəli sürülməsi təsdiq olunmuşdur. O, Z.A.Qurbanlının ağır cinayətə görə məhkum olunmasına baxmayaraq dairə seçki komissiyası onun namizədliyinin irəli sürülməsini əsassız olaraq təsdiq etdiyi üçün komissiyanın bu qərarını qanunsuz hesab etmişdir.

2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 20 saylı Nərimanov ikinci seçki dairəsindən deputatlığa namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Mahmudova Nərgiz İlqar qızının 26 dekabr 2019-cu il tarixli 02 saylı müraciəti əsaslı olduğundan təmin edilsin, 20 saylı Nərimanov ikinci seçki dairəsi dairə seçki komissiyasının həmin seçki dairəsindən deputatlığa namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Qurbanlı Zaur Araz oğlunun namizədliyinin irəli sürülməsinin təsdiq edilməsinə dair 18 dekabr 2019-cu il tarixli 30/111 saylı qərarı əsassız hesab edilərək ləğv edilsin.

  • 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 45 saylı Abşeron seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Musayev Ceyhun Musa oğlunun 2 ynvar 2020- ci il tarixli 03 saylı müraciəti əsaslı olduğundan təmin edilməli, dairə seçki komissiyasının 31 dekabr 2019-cu il 35/464 saylı qərarı ləğv edilməlidir. 2. 45 saylı Abşeron seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Musayev Ceyhun Musa oğlunun həmin seçki dairəsindən namizədliyi qeydə alınmalıdır.
  • 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 44 saylı SumqayıtXızı seçki dairəsindən namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Məmmədov Taleh Sakit oğlunun 6 yanvar 2020-ci il tarixli 09 saylı müraciəti təmin edilsin, dairə seçki komissiyasının 2 yanvar 2020-ci il tarixli 2/4 saylı qərarı ləğv edilsin. 2. Namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Məmmədov Taleh Sakit oğlunun 44 saylı Sumqayıt-Xızı seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınsın.
  • 2020-ci il fevralın 9-na təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə 44 saylı Sumqayıt-Xızı seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Əlixanov Toğrul Mustafa oğlunun 6 yanvar 2020-ci il tarixli 10 saylı müraciəti təmin edilsin, onun namizəd kimi qeydə alınmasından imtinaya dair həmin dairə seçki komissiyasının 1 yanvar 2020-ci il tarixli 1/2 saylı qərarı ləğv edilsin. 2. 44 saylı Sumqayıt-Xızı seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Əlixanov Toğrul Mustafa oğlu həmin seçki dairəsi üzrə deputatlığa namizəd kimi qeydə alınsın.
  •  2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 30 saylı Suraxanı birinci seçki dairəsi üzrə namizədliyi Azərbaycan Ümid Partiyası tərəfindən irəli sürülmüş Sadıqova İlahə Artur qızının 6 yanvar 2020-ci il tarixli 11 saylı müraciəti təmin edilməli, onun namizəd kimi qeydə alınmasından imtinaya dair həmin dairə seçki komissiyasının 2 yanvar 2020-ci il tarixli 5/26 saylı qərarı ləğv edilməli. 2. 30 saylı Suraxanı birinci seçki dairəsi üzrə namizədliyi Azərbaycan Ümid Partiyası tərəfindən irəli sürülmüş Sadıqova İlahə Artur qızının həmin seçki dairəsi üzrə deputatlığa namizədliyi qeydə alınmalı.
  • 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 41 saylı Sumqayıt birinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Rəhimli Murad İlqar oğlunun 08 yanvar 2020-ci il tarixli 12 saylı müraciəti təmin edilsin, onun namizəd kimi qeydə alınmasından imtinaya dair həmin dairə seçki komissiyasının 07 yanvar 2020-ci il tarixli 4/17 saylı qərarı ləğv edilsin. 2. 41 saylı Sumqayıt birinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Rəhimli Murad İlqar oğlunun həmin seçki dairəsi üzrə deputatlığa namizədliyi qeydə alınsın.
  • 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 35 saylı Xətai üçüncü seçki dairəsi üzrə namizədliyi özü tərəfindən irəli sürülmüş Abbasov Rauf Çərkəz oğlunun 14 yanvar 2020-ci il tarixli 17 saylı müraciəti təmin edilsin, onun namizəd kimi qeydə alınmasından imtinaya dair həmin dairə seçki komissiyasının 10 yanvar 2020-ci il tarixli 32/132 saylı qərarı ləğv edilsin. 2. 35 saylı Xətai üçüncü seçki dairəsi üzrə namizədliyi özü tərəfindən irəli sürülmüş Abbasov Rauf Çərkəz oğlunın həmin seçki dairəsi üzrə deputatlığa namizədliyi qeydə alınsın.
  • 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 15 saylı Yasamal birinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Məmmədli Elcan Vəliməmməd oğlunun 15 yanvar 2020-ci il tarixli 20 saylı müraciəti təmin edilməli, onun namizəd kimi qeydə alınmasından imtinaya dair həmin dairə seçki komissiyasının 3 yanvar 2020-ci il tarixli 3/10 saylı qərarı ləğv edilməli. 2. 15 saylı Yasamal birinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Məmmədli Elcan Vəliməmməd oğlunun həmin seçki dairəsi üzrə deputatlığa namizədliyi qeydə alınmalı.
  • 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 13 saylı XəzərPirallahı seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Nəsirov Niyaz Eynulla oğlunun 16 yanvar 2020-ci il tarixli 23 saylı müraciəti əsaslı olduğundan təmin edilsin. 2. 13 saylı Xəzər-Pirallahı seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Nəsirov Niyaz Eynulla oğlunun həmin seçki dairəsi üzrə deputatlığa namizədliyi qeydə alınsın.
  •  2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 21 saylı Nəsimi birinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Həsənov Rəşid Cəmşid oğlunun 17 yanvar 2020-ci il tarixli 24 saylı müraciəti əsaslı olduğundan təmin edilsin, dairə seçki komissiyasının 16 yanvar 2020-ci il tarixli 7/25 saylı qərarı ləğv edilsin. 2. 21 saylı Nəsimi birinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Həsənov Rəşid Cəmşid oğlunun Milli Məclisə seçkilərdə namizədliyi qeydə alınsın.
  • 2020-ci il fevralın 9-na təyin edilmiş Milli Məclisə seçkilərdə 15 saylı Yasamal birinci seçki dairəsindən namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Humayzadə Oqtay Xudayat oğlunun 3 yanvar 2020-ci il tarixli 5 saylı müraciəti ərizəçi tərəfindən geri götürüldüyü üçün müraciətin baxılmasına xitam verilərək, şikayət ərizəsi ərizəçiyə geri göndərilsin.

 MSK tərəfindən seçki maarifçiliyinə aid bir sıra tədbirlər həyata keçirilib, müxtəlif vəsaitlər, seçki plakatları  çap olunaraq yayılıb. Seçkilərin hazırlanması və keçirilməsi ilə bağlı Mərkəzi Seçki Komissiyasının fəaliyyəti qənaətbəxşdir.

  • AVCİYA tərəfindən aparılmış KİV-in monitorinqinin nəticələri

                   Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) tərəfindən aparılan yazılı və elektron kütləvi informasiya vasitələrinin monitorinqinin

NƏTİCƏLƏRİ

Yazılı və elektron KİV-lərdə 9 fevral 2020-ci ildə keçiriləcək parlament seçkiləri ilə bağlı monitorinq 2 dövrü əhatə edir: I dövr (6 dekabr 2019-cu il  – 16 yanvar 2020-ci il) və II dövr (17-31 yanvar 2020-ci il)

Monitorinqə “Azərbaycan”, “Xalq qəzeti”,“Yeni Müsavat”, “Xalq cəbhəsi”, “Şərq”, “Bakı xəbər”, “525-ci qəzet”, “Yeni Azərbaycan”, “Bakinskiy raboçiy” (rus dilində), “Nedelya” (rus dilində) qəzetləri, Minval.az (rus dilində),  1news.az (rus dilində), Zerkalo.az (rus dilində), Kaspiy.az (rus dilində) saytları və AZƏRTAC, APA, Trend, Səs (rus dilində) informasiya agentlikləri daxil edilib. Monitorinqdə adı sadalanan KİV-lərdə seçki ilə bağlı xəbərlərin həcmi və təsnifatı yer alıb.

I dövr: (6 dekabr 2019-cu il  – 16 yanvar 2020-ci il)

Beşinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından sonrakı dövrdən təbliğat-təşviqat kampaniyasına start verilən günə qədər olan dövrü əhatə edir.  Diaqram 1, Diaqram 2.

Diaqram 1.

Monitorinqə cəlb etdiyimiz yazılı və elektron KİV-lərdə 9 fevral 2020-ci ildə keçiriləcək parlament seçkiləri ilə bağlı informasiyanin həcmi (6 DEKABR 2019 – 16 YANVAR 2020)

1-ci diaqramdan göründüyü kimi monitorinq müddətində (6 dekabr 2019 – 16 yanvar 2020) seçki ilə bağlı informasiyaların ən çox getdiyi KİV-lər arasında liderlik “Azərbaycan” qəzetinə (161 xəbər) məxsusdur, sonrakı yerləri müvafiq olaraq APA (115 xəbər) və TREND (102 xəbər) informasiya agentlikləri tutur. Seçki ilə bağlı ən az informasiya isə  “Bakinskiy raboçiy” (6 xəbər), “Nedelya” (7 xəbər) və “525-ci qəzet”də (11 xəbər) gedib. 

Diaqram 2.

9 fevral 2020-ci ildə keçiriləcək parlament seçkiləri ilə bağlı informasiyanın təsnifatı (6 DEKABR 2019 – 16 YANVAR 2020)

2-ci diaqramda seçki ilə bağlı informasiyanın təsnifatı əks olunub. Monitorinqə cəlb etdiyimiz yazılı və elektron mediada parlament seçkiləri ilə bağlı 681 xəbər, MSK-nın 213 sənədi (Mərkəzi Seçki Komissiyasının qərarları) və 78 analitik yazı gedib. 

II dövr: (17-31 yanvar 2020-ci il) təbliğat-təşviqat kampaniyasına start verilən gündən yanvarın 31-nə qədər olan dövr. Diaqram 3, Diaqram 4.

Monitorinqə cəlb etdiyimiz yazılı və elektron KİV-lərdə 9 fevral 2020-ci ildə keçiriləcək parlament seçkiləri ilə bağlı informasiyanin həcmi (17-31 YANVAR 2020)

Diaqram 3.

3-cü diaqramdan göründüyü kimi təbliğat-təşviqat kampaniyasına start verilən gündən yanvarın 31-nə qədər olan dövrdə (17-31 yanvar 2020) seçki ilə bağlı informasiyaların ən çox getdiyi KİV-lər arasında liderlik “Yeni Azərbaycan” qəzetinə (219 xəbər) məxsusdur, sonrakı yerləri müvafiq olaraq TREND (193 xəbər) və APA (131 xəbər) informasiya agentlikləri tutur. Seçki ilə bağlı ən az informasiya isə  “Nedelya” (3 xəbər), “Bakinskiy raboçiy” (8 xəbər) və “525-ci qəzet”də (11 xəbər) gedib. 

Diaqram 4.

9 fevral 2020-ci ildə keçiriləcək parlament seçkiləri ilə bağlı informasiyanın təsnifatı (17-31 YANVAR 2020)

4-cü diaqramda seçki ilə bağlı informasiyanın təsnifatı əks olunub. 17 yanvar tarixdən təbliğat-təşviqat kampaniyasına start verilməsi təbliğat xarakterli materialların (412) kəskin artmasına səbəb olub. Bundan başqa araşdırılan dövrdə monitorinqə cəlb etdiyimiz yazılı və elektron mediada parlament seçkiləri ilə bağlı 603 xəbər, MSK-nın 45 sənədi (Mərkəzi Seçki Komissiyasının qərarları), əks-təbliğat xarakterli 9 material və 71 analitik yazı gedib. 

                AVCİYA-nın seçkilər və referendumlarda iştirakı haqqında

                                                 MƏLUMAT                                      

Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosasiyası (AVCİYA) 2004-cü ildən bu günə kimi Azərbaycan Republikasında keçirilmiş bütün seçki və referendumların ölkə üzrə müşahidəsini həyata keçirib. “Exit-poll” (çıxışda sorğu) tədqiqatını da Respublikaya ilk dəfə gətirən AVCİYA olub. Assosiayanın Respublikanın əksər bölgələrində regional seçki ofisləri fəaliyyət göstərir. Assosiasiya 15 il ərzində “Şəffaf Seçkilər” Monitorinq Mərkəzi, Beynəlxalq Təhlükəsizlik və Mühafizə Tədqiqatları Mərkəzi “İSDİ Center” (Avrouniversitet, Estoniya), “Vabaharra” qeyri-hökumət təşkilatı (Estoniya), “Mediana” Marketinq və media araşdırmalar İnstitutu (Sloveniya), Bolqarıstanın “Azad və demokratik seçkilərin  keçirilməsi uğrunda vətəndaş təşəbbüsü Assosiasiyası”(ADSVTA) və s. təşkilatlarla əməkdaşlıq edib. AVCİYA Seçki Qərərgahı Bakıda fəaliyyət göstərən ATƏT-in Bakı ofisi, ABŞ Respublikaçılar İnstitutu, ABŞ Milli Demokratiya İnstitutu, Avrasiya Əməkdaşlıq Fondu, ABŞ-ın Konrpart təşkilatı,  İFES və digər təşkiltlarla əvvəlki seçkilər dövründə müxtəlif görüşlər keçirmişdir.  AVCİYA-nın seçki üzrə ekspertləri ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları bürosunun, Venetsiya Komissiyasının “Seçki Məcəlləsi”nə dəyişiklər edilməsi ilə bağlı təkliflərini təhlil edərək onlara rəsmi münasibətlərini bildirmişlər. Assosiasiya nümayəndələri Bolqarıstan, Gürcüstan, Belarus, Moldovada keçirilmiş seçkilərdə müxtəlif missiya tərkiblərində seçkiləri müşahidə etmişlər. AVCİYA, sıralarında 36 ölkənin nümayəndələrini birləşdirən Seçki Müşahidəçilərin Dünya Şəbəkəsinin (World Network od Election Observers-www.worldelection.net) üzvüdür. AVCİYA seçkilərin şəfaf keçirilməsinə yardım etmək  məqsədilə 2004-cü ildən bu günə kimi bir sira metodik vəsait və 21 kitabça nəşr etdirib. Assosiasiyanın hazırladığı sənədlər, Aralıq, Yekun hesabatlar və kitabların elektron variantları www.avciya.az  saytında yerləşdirilib. 

            AVCİYA Milli Məclisə  09 fevral 2020-ci il tarixdə keçiriləcək seçkilərlə bağlı  aşağıdakı işləri həyata keçirir:

  • ATƏT-in Demokratik təsisatlar və İnsan haqlarl Bürosunun və Venetsiya Komissiyasının “Seçki məcəlləsi”nə dəyişiklərə dair rəy və tövsiyyələrinə AVCİYA ekspertlərinin münasibətinin hazırlanması;
  •  Seçki öncəsi siyasi mühitin monitorinqinin təşkili;
  • Söz və mətbuat azadlığının monitorinqinin təşkili;
  • Sərbəst toplaşmaq azadlığının monitorinqinin təşkili;
  • KİV-in monitorinqinin   təşkili;
  • Seçki administrasiyasının fəaliyyətinin monitorinqinin   təşkili;
  •  Namizədlərin irəli sürülməsi, qeydə alınmasının monitorinqinin   təşkili;
  •  Seçici siyahılarının monitorinqinin   təşkili;
  • Seçki administrasiyasının fəaliyyətinin monitorinqinin   təşkili;
  • Təbliğat və təşviqat kampaniyası monitorinqinin   təşkili;
  •  Seçki qabağı monitorinqlə bağlı aralıq hesabatın hazırlanması və təqdimatı;
  • Regionlarda  seçki maarifçiliyinin həyata keçirilməsi, seçki fəallığının artırılması üçün seminarların və müşahidəçilər üçün treniqlərin keçirilməsi;
  • Regionlarda  müşahidəçilərin sənədlərinin toplanması və MSK  və DSK-da qeydiyyatdan keçirilməsi;
  •  Seçki qərərgahının fəaliyyətini və  seçki kampaniyasının gedişatını əks etdirən məlumatların press-relizlər  şəklində  ölkə daxilində və beynəlxalq aləmdə yayılması;
  • Seçicilərin maarifləndirilməsi məqsədilə kitabçaların hazırlanması. ( 2 kitabça nəşr olunub);
  • Seçkilərlə bağlı müxtəlif qurumların irəli sürdüyü təklif və tövsiyyələri təhlil edərək münasibət bildirmək;
  • Seçki günü müşahidənin təşkili;
  • Müşahidəçilərlə Seçki Qərargahı arasında mütəmadi əlaqənin təşkili;
  • Seçkilərin nəticələri ilə əlaqədar ilkin hesabatın Mətbuat Konfransında elan olunması;
  • Parlament  seçkiləri  bağlı Yekun Hesabatın  hazırlanması və s. işləri həyata keçirməyi planlaşdırıb.

AVCİYA Seçki Qərargahı

            Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyası (AVCİYA) seçkilərlə bağlı nəşr etdirdiyi kitablar:

  1. 2008 – ci il prezident seçkilərinin monitorinqi. Yaddaş kitabçası. Qanun. Bakı 2008;
  2. Azərbaycan Respublikası Prezidentinin seçkiləri sənədlərdə (15 oktyabr 2008 – ci il). Bakı 2008;
  3.  The presidenttial elections of Azerbaijan Republic in dokuments (october, 15, 2008). Baku – 2008;
  4. Demokratik seçkilər və  vətəndaş fəallığı. Bakı 2008;
  5.  Referendum ( 18 mart 2009). Bakı 2009;
  6.  18 mart referendumuna aid sənədlər. Bakı 2009;
  7. 2009 – cu il bələdiyyə seçkilərinin monitorinqi. Yaddaş kitabçası. Bakı 2009;
  8.  Seçki sistemləri və seçki komissiyalarının təşkili: yerli və beynəlxalq təcrübə. Bakı 2010 (azərbaycan və ingilis dillərində);
  9.  2010 – cu il Milli Məclisə seçkilərin monitorinqi. Yaddaş kitabçası. Bakı 2010;
  10.  AZƏRBAYCAN RESPUBLIKASI MILLI MƏCLISINƏ SEÇKILƏR 07 noyabr 2010-cu il SEÇKİLƏRİN NƏTİCƏLƏRİ İLƏ BAĞLI YERLİ VƏ BEYNƏLXALQ TƏŞKİLATLARIN MÖVQEYİ. Bakı 2010;
  11.  The Parliamentary Elections in the Republic of Azerbaijan  November 7, 2010 POSITIONS OF THE LOCAL AND INTERNATIONAL ORGANIZATIONS ON THE OUTCOME OF THE ELECTIONS. Bakı 2010;
  12.  Media və seçki prosesi: qanunvericilik və qabaqcıl təcrübə. Bakı 2010;
  13.  Seçici hüquqlarının qorunması. Bakı 2011
  14. 2013 – ci il prezident seçkilərinin monitorinqi. Yaddaş kitabçası. Bakı 2013
  15. 2014-cü il Bələdiyyə seçkilərinin monitorinqi. Yaddaş kitabçası. Bakı 2014
  16. 2015-ci il Milli Məclisə seçkilərin monitorinqi. Yaddaş kitabçası. Bakı 2015
  17. Konstitusiyaya  əlavə və dəyişikliklər edilməsi haqqında  REFERENDUM (26 sentyabr  2016-cı il MÜŞAHİDƏÇİLƏR  ÜÇÜN YADDAŞ  KİTABÇASI. Bakı 2016
  18. 2018 – ci il Prezident seçkilərinin monitorinqi. MÜŞAHİDƏÇİLƏR  ÜÇÜN YADDAŞ  KİTABÇASI. Bakı 2018 
  19. 2019-cü il Bələdiyyə seçkilərinin monitorinqi. Yaddaş kitabçası. Bakı 2019
  20. 2020 – cu il  MİLLİ   MƏCLİSƏ  NÖVBƏDƏNKƏNAR  SEÇKİLƏRİN  MONİTORİNQİ .YADDAŞ KİTABÇASI. Bakı 2020
  21. Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası, ATƏT PA, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu  seçkiləri müşahidə missiyalarının, Avropa Şurası Venesiya Komissiyasının  Azərbaycan Respublikasında keçirilmiş seçkilərlə bağlı . RƏY VƏ TÖVSİYƏLƏRİ. MÜQAYİSƏLİ TƏHLİ. Bakı 2020

AVCİYA seçki öncəsəi maarifçilik məqsədilə  Şamaxı, Şirvan, Gəncə, Mingəçevir, Quba, Sumqayıt və Bakı şəhərlərində regional seminarlar təşkil edib.  Bakı,  Gəncə, Sumqayıt  Mingəçevir, Şirvan şəhərlərində regional ofislərin işini bərpa olunub. AVCİYA Seçki Qərargahı hazırda fəaliyyət proqramına uyğun  seçkilərlə bağlı işlərini davam etdirir.          

                                Nəticələr və tövsiyyələr

  • Seçki ərəfəsindəki vəziyyət bir daha sübüt edir ki, xüsusilə regionlarda seçki maarifçilik işinin daha da genişləndirilməsinə ehtiyac var;
  • Seçkiqabağı təşviqat kampaniyası vaxtı namizədlərin sosial şəbəkələrdən əvvəlki illərə nisbətən daha çox istifadə etməsi ölkədəki əlverişli rəqabət mühitinin mövcudluğunu bir daha sübut edir. Bu amil televiziya  kanallarında pullu efir vaxtı üçün müəyyən edilmiş qiymətlərin təşviqat kampaniyasına ciddi təsir etmədiyini göstərir. Gələcəkdə bu amilin nəzərə alınması tövsiyyə edilir;
  • Ölkədə siyasi mühitin daha da demokratikləşdirilməsi üçün iqtidar və müxalifət siyasi partiyalar arasında dialoqun daha da inkişaf etdirilməsi zəruridir;
  • Şikayətlərə daha operativ baxılmasını təmin etmək üçün “Seçki Məcəlləsi”ndə şikayətlərin verilməsi ilə bağlı müəyyən olunmuş 3 gün müddətinin dəyişdirilməsi və ərizələrin tərtibinin sadələşdirilməsinə ehtiyac var.

AVCİYA-nın Milli Məclisə seçkilərin uzunmüddətli müşahidəsinə dair 06 dekabr 2019 – 04  fevral  2020-ci iltarixlərini əhatə edənaralıq hesabatında qeyd olunan faktlar sübut edir ki, mövcud qanunvericilik, seçki ərəfəsində ölkədəki ictimai-siyasi vəziyyət, sabitlik, namizədlər və müşahidəçilər üçün yaradılmış münbit şərait ədalətli və şəfaf seçkilərin keçirilməsinə tam imkan verir.                     

AVCİYA Seçki qərargahının rəhbəri:            M.P. Zülfüqarlı