91 saylı Ucar Seçki Dairəsində müşahidəçi məntəqəyə buraxılmayıb

FHN müharibə nəticəsində psixoloji problemlər yaşayan vətəndaşlarımıza psixoloji yardım işini davam etdirir
Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Həzi Aslanovun tarixi şücaətləri heç vaxt yaddaşlardan silinməyəcək

91 saylı Ucar Seçki Dairəsinin 15 saylı məntəqəsində müşahidəçi məntəqəyə buraxılmayıb. APA-nın yerli bürosunun xəbərinə görə, buna müşahidəçi vəsiqəsi ilə şəxsiyyət vəsiqəsində ad və soyadlar arasındakı fərq səbəb olub. 91 saylı Ucar Dairə Seçki Komissiyasının sədri Abdurazaq Abbasov APA-ya bildirib ki, hər iki vəsiqədə eyni şəxsin fotosu əks olunsa da, müşahidəçi vəsiqəsində həmin şəxsin adı Məmmədov Elnur Rəhman oğlu, şəxsiyyət vəsiqəsində isə Beydullayev Rəfael Faiq oğlu göstərilib.
DSK sədri bütün məntəqə komissiyalarının sədrlərinə müşahidəçi və şəxsiyyət vəsiqələrində ad və soyadların yazılışına diqqət yetirilməsi barədə tapşırıq verdiyini deyib. /APA/