Hikmət Hacıyev: Manvel Qriqoryanın əsir və girov götürdüyü yüzlərlə azərbaycanlının taleyi və onlara qarşı törətdiyi əməllər araşdırılmalıdır

Prezident İlham Əliyev Bakının Xəzər rayonunda “Buzovna-1” yarımstansiyasının açılışında iştirak edib
ÜST-ün məqsədi: Bu ilin sonuna qədər hər bir ölkə əhalisinin ən azı 40 faizinin koronavirusa qarşı peyvənd edilməsi
Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin əziz xatirəsini yad edib

Ermənistanın müdafiə nazirinin sabiq müavini, milli qəhrəman Manvel Qriqoryan Xocalı soyqırımının törədilməsi, Azərbaycanın Füzuli və Cəbrayıl rayonlarının işğalı zamanı azərbaycanlı sakinlərin mülkiyyətinin talan edilməsi, hərbi əsirlərə işgəncələrin verilməsi, kütləvi qətlə yetirilməsi, həmçinin mülki şəxslərin girov götürülməsi, işgəncələrə məruz qoyulması və öldürülməsi kimi çoxsaylı hərbi cinayətlərin törədilməsində iştirak edib.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Azərbaycanın Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev söyləyib.

Ermənistanın müdafiə nazirinin sabiq müavini Manvel Qriqoryanın həbsinə münasibət bildirən H.Hacıyev deyib: “2014-cü ilin noyabrında Azadlıq radiosunun erməni bürosuna verdiyi müsahibəsində o, Qarabağ döyüşlərindən yüzlərlə azərbaycanlı girovla geri qayıtdığını və hətta onları şəxsi evində işlətdiyini açıq şəkildə və “fəxrlə” bəyan etmişdi. Bu etirafına görə hətta erməni hüquq müdafiəçiləri tərəfindən tənqid olunan və bu kimi əməlləri ilə Cenevrə konvensiyalarının pozulmasında ittiham olunan Manvel Qriqoryan həqarətlə Cenevrə konvensiyaları filan tanımadığını bəyan etmiş, erməni olması ilə fəxr etdiyini demişdi. Ermənistanın milli qəhrəmanı olan bu şəxs bu kimi açıqlamalarından sonra da Ermənistanın Respublika partiyasının imtiyazlı üzvü kimi fəaliyyətini davam etdirmişdi. “Demokratiyadan və insan hüquqlarından” dəm vuran Ermənistanın yeni hakimiyyəti əsl mahiyyətini indi sübut etməlidir. Təəssüf ki, Manvel Qriqoryana qarşı başlanılan cinayət işi onun yalnız Ermənistanda törətdiyi iqtisadi cinayətlərlə məhdudlaşır. Cinayət işinin tərkib hissəsi olaraq onun müharibə dövründə törətdiyi hərbi cinayətləri, xüsusilə özünün etiraf etdiyi kimi əsir və girov götürülmüş yüzlərlə azərbaycanlının taleyi və onlara qarşı törədilmiş əməllər araşdırılmalıdır. Ümid etmək istərdik ki, beynəlxalq insan hüquqları müdafiəsi təşkilatları, o cümlədən Avropa Şurası bu məsələdə fəallıq nümayiş etdirəcəklər”, – deyə XİN-in mətbuat xidmətinin rəhbəri qeyd edib.