Azərbaycan ilə Fransa arasında hərbi-texniki sahədə əməkdaşlıq üçün yaxşı imkanlar var

İlham Əliyev Sabirabadda aqrokimyəvi vasitələrin istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub
Aİ Azərbaycandakı Nümayəndəliyi Bakıda “Avropa İttifaqı Azərbaycan üçün” (EU4Azerbaijan) adlı foto-sərgi təşkil edir
DİN vətəndaşlara çağırış edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 19-da Parisdə “Naval” qrupunun sədri və baş direktoru Erve Giyu ilə görüşüb.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə Azərbaycan ilə Fransa arasında hərbi sənaye sahəsində əməkdaşlıq haqqında müzakirələr aparıldı.

“Naval” qrupunun sədri və baş direktoru Erve Giyu rəhbərlik etdiyi şirkətin fəaliyyəti barədə dövlətimizin başçısına məlumat verdi.

Prezident İlham Əliyev məlumata görə təşəkkürünü bildirdi.

Söhbət zamanı qeyd edildi ki, Azərbaycan ilə Fransa arasında hərbi-texniki sahədə əməkdaşlığın həyata keçirilməsi üçün yaxşı imkanlar var və hazırda Fransa tərəfi ilə konkret layihələr üzərində iş gedir.