Azərbaycan komandası III Dünya Köçəri Oyunlarının mas-reslinq yarışında üç medal qazanıb

Bakıda diplomatik xidmət orqanlarının 100 illiyinə həsr olunmuş İƏT Xarici İşlər Nazirləri Şurasının simulyasiyası keçirilib
Ölkəmiz Özbəkistanda Beynəlxalq Konqresdə təmsil olunur
Əhalisi soyqırım və deportasiyalara məruz qalmış tarixi Azərbaycan ərazilərindən biri də qədim Zəngəzur torpağıdır.

Azərbaycan milli komandası Qırğızıstanda keçirilən III Dünya Köçəri Oyunlarının mas-reslinq yarışında iki gümüş və bir bürünc medala sahib olub.

AZƏRTAC xəbər verir ki, Yakutiyanın milli idman növü olan mas-reslinq yarışında Nərgiz İbrahimova (75 kq) və Rəsul Səfərov (60 kq) gümüş medal qazanıblar. Yarışda 80 kiloqram çəki dərəcəsində çıxış edən Sultan Ağayev isə komandamızın aktivinə bürünc medal yazdırıb.

Qulu Kəngərli, AZƏRTAC-ın xüsusi müxbiri

İssık-Kul